Milan Tolerantlıq Fərmanı
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.