toplayıb-bölmə

toplayıb-bölmə
toplaya-toplaya
toplayıb-bölmək
OBASTAN VİKİ
Bölmə (riyaziyyat)
Bölmə (bölmə əməli) — 4 sadə hesab əməlindən biri. Vurmanın tərsidir.Ədədin qalıqsız bölündüyü hər bir ədəd həmin ədədin böləni adlanır. Bölmə elə əmələ deyilir ki, nəticədə alınan ədədi bölən ədədə vurduqda bölünən ədəd alınır. Bölmənin komponentləri bölünən, bölən və qismətdir. Məsələn, 8:2=4 bərabərliyində 8 - bölünən, 2 - bölən, 4 - isə qismət adlanır.
Sıfra bölmə
Sıfra bölmə (ing. zero divide, rus. деление на нуль) — bölənin sıfır olduğu bölmə əməli. Riyaziyyatda sıfra bölmə hesablana bilməyən qeyri-müəyyən nəticə verir, buna görə də hesablama texnikasında o, həll oluna bilmir və xəta kimi qəbul olunur. Sıfra bölmək olmaz. Belə ki, əgər {\displaystyle a:0=b} {\displaystyle a:0=b}, onda bölmənin tərifinə görə {\displaystyle b\times 0=a} {\displaystyle b\times 0=a} olmalıdır, eyni zamanda istənilən b üçün {\displaystyle b\times 0} {\displaystyle b\times 0} sıfra bərabərdir. Başqa sözlə 0-ın tərsi yoxdur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.