Tor

I der; -en, -en lit. səfeh, ağılsız II das; -(e)s, -e 1. böyük qapı; darvaza; 2. (Sport) qol; ein ~ schießen qol vurmaq
topp!
Torf
OBASTAN VİKİ
Tor
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tor (internet)
Tor (ing. The Onion Router) internetdə senzuradan yayınma alətlərindən biridir. O, istifadəçilərə onlayn məxfiliklərini qorumaq üçün yaradılıb, bu alət vasitəsilə internet istifadəçilərinin məlumatlarının veb saytlar və onlayn cəsuslar tərəfindən ələ keçirilməsi çətinləşdirilir. Tor istifadəçilərə imkan yaradır ki, məxfiliklərini təmin etməklə bərabər internetə daxil olduqları ərazidə baxılmasına qadağa qoyulmuş məlumatlara çıxış əldə etsinlər. Tor istifadəçilərin internet bağlantısını və məlumatlarını bir sistem vasitəsilə yönəldir, bu sistem təsadüfi seçilmiş relelərdən ibarətdir. Bu, təmin edir ki, istifadəçilərin məlumatlarının istəmədikləri insanlar tərəfindən əldə edilməsi demək olar ki, qeyri-mümkün olsun. Bildirişlərə görə, Azərbaycanda TOR-un saytı rəsmi olaraq bloklanmışdır Tor, şəbəkə - (ing. grid, rus. сетка, решетка) - düzbucaq altında kəsişən iki xətlər qrupu. Məsələn, elektron cədvəl sətirlər və sütunlar şəklində olan tordan ibarətdir; displeyin ekranı şaquli və üfüqi nöqtələrin (piksellərin) torudur.
Tor (mifologiya)
Tor (ing. Thor, q.skan. Þórr) — German-skandinav mifologiyasında tufan-ildırım tanrısı, Odinin oğlu. Qədim skandinav dilində Þórr, Qədim ingilis dilində ðunor, Qədim alman dilində Donar, Qədim sakson dilində thunar, Qədim friz dilində thuner kimi tanınır, hamısı proto-alman þunraz 'tufan' sözündən götürülmüşdür. Həftənin 4-cü günü (ing. Thursday, alm. Donnerstag) Torun şərəfinə adlandırılıb. Tor Asqardda yaşayan aslardan biri idi. Onun başlıca vəzifəsi Midqardda yaşayan insanları nəhəng pəhləvanlardan və bədheybətlərdən qorumaq idi. Tor iri cüssəli, sarışın, kürən saqqallı və kifayət qədər mülayim xasiyyətli tanrı idi.
Tor (personaj)
Tor (ing. Thor) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılan komiks personajı. Tor personajı german-skandinav mifologiyasındakı şimşək tanrısı Torun əsasında yaradılmışdır. Torun əlində tutduğu çəkici Myolnır da german-skandinav mifologiyasından ilhamlanmışdır. Tor ilk dəfə komiks nəşriyyatının gümüş dövründə — 1962-ci ilin avqustunda "Müəmmaya səyahət" komiksinin 83-cü buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li, Cek Kirbi və Lari Liberdir. Tezliklə Tor məşhurluq qazanmış, özünün Qisasçılar komandasında tapmış və "Qisasçılar" komiksinin hər nəşrində görünməyə başlamışdır. Tor bir çox filmə, oyuncağa, filmə, teleseriala, geyimə mövzu olmuşdur. Tor Sten Li, Cek Kirbi və Lari Liber tərəfindən yaradılaraq ilk dəfə "Müəmmaya səyahət" adlı komiksin 83-cü sayında (avqust, 1962) görünür. Bundan əvvəl eyniadlı personaj 1952-ci ildə "Venera" komiksinin 12 və 13-cü saylarında (fevral, aprel) peyda olmuşdu.
Tor Heyerdal
Tur Heyerdal (norveç:. Thor Heyerdahl, 6 oktyabr 1914, Larvik, Norveç- 18 aprel 2002, Kolla-Miçeri, İtaliya) – tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur Kon-Tiki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir. Tur Heyerdal Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olmuşdur. İlk ekspedisiyası 1937-1938-ci illərdə Polineziyaya,Fatu-Hiva adasına olmuşdur. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçmişdir. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edir, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969-1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir.
Tor körpüləri
Tor körpü releləri və ya qısaca Tor körpüləri - Torun bloklandığı ərazidə Tor Körpü Relesi (ing. Tor Bridge Relay) vasitəsilə şəbəkəyə daxil olmağa imkan verir. Tor Körpü Releləri (ing. Tor Bridge Relays) və ya sadəcə "Körpülər" (Bridges) elə relelərdir ki, onların Tor şəbəkəsində hamıya görünən siyahıları yoxdur. Buna görə də əgər onların sayəsində hətta müəyyən ərazidə bloklansa belə, Tor şəbəkəsinə yenidən qoşulma imkanı verir. Buna görə də bu körpülər internetdə bloklanmaya və internet senzuraya qarşı etibarlı vasitə sayılır.
Tor şəbəkəsi
Tor (internet) — internetdə senzuradan yayınma alətlərindən biridir
Tor: Raqnarök
Tor: Raqnarok (ing. Thor: Ragnarok) — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüserliyi və Walt Disney Studios Motion Picturesin distribütorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor 2: Zülmət aləmi" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir. Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir.
Tor dağı
Tor Dağı — Kanadanın Baffin adasında dağ zirvəsi. Auyuittuk Milli Parkında, Pangnirtungdan 46 km. şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1675 m-dir. Torus Yer kürəsində ən böyük şaquli yamaca malikdir: hündürlüyü 1250 m. və orta bucağı 105 dərəcədir. Bu xüsusiyyətinə görə dağ məşhur alpinizm yeridir. Dağda kempinqə icazə verilir. Bir neçə təyin edilmiş düşərgə Akşayuk keçidində yerləşir. Tor dağına yüksəlmək istəyən alpinistlər üçün bazadan bir neçə km şimalda küləkdən qorunma və təcili sığınacaqları olan qurulmuş düşərgə var.
Altıyerli TOR aparatı
Tor (Marvel Comics)
Tor (ing. Thor) — Marvel Comics nəşriyyatı tərəfindən yaradılan komiks personajı. Tor personajı german-skandinav mifologiyasındakı şimşək tanrısı Torun əsasında yaradılmışdır. Torun əlində tutduğu çəkici Myolnır da german-skandinav mifologiyasından ilhamlanmışdır. Tor ilk dəfə komiks nəşriyyatının gümüş dövründə — 1962-ci ilin avqustunda "Müəmmaya səyahət" komiksinin 83-cü buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li, Cek Kirbi və Lari Liberdir. Tezliklə Tor məşhurluq qazanmış, özünün Qisasçılar komandasında tapmış və "Qisasçılar" komiksinin hər nəşrində görünməyə başlamışdır. Tor bir çox filmə, oyuncağa, filmə, teleseriala, geyimə mövzu olmuşdur. Tor Sten Li, Cek Kirbi və Lari Liber tərəfindən yaradılaraq ilk dəfə "Müəmmaya səyahət" adlı komiksin 83-cü sayında (avqust, 1962) görünür. Bundan əvvəl eyniadlı personaj 1952-ci ildə "Venera" komiksinin 12 və 13-cü saylarında (fevral, aprel) peyda olmuşdu.
Tor (Raket Kompleksi)
Tor zenit-raket kompleksi — istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir. 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.
Tor (film, 2011)
Tor (ing. Thor) – Marvel Studios tərəfindən istehsal olunmuş, eyniadlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 4-cü filmidir. Kennet Brananın rejissorluğu, Eşli Edvard Miller, Zak Stentsin və Don Peynin ssenaristlikləri ilə çəkilmiş filmin əsas rollarında Kris Hemsvort, Natali Portman, Tom Hiddlston, Stellan Skarsqard, Kolm Fiori, Rey Stivenson, İdris Elba, Ket Denninqs, Rene Russo və Entoni Hopkins çıxış edirlər. Filmdə Tor buz nəhənglərinə qarşı özbaşına müharibə başlatdığı üçün Asqarddan Yerə sürgün edilir, güclərindən və çəkici Myolnirdən məhrum edilir. Loki Asqard taxtını ələ keçirməyə cəhd edir, Tor isə Lokini dayandırıb taxta layiq olmağa çalışır. Tor üçün ilk film adaptasiyası konsepsiyasını 1991-ci ildə Sem Reymi inkişaf etdirmişdir, lakin tezliklə layihə tərk edilmiş, bir neçə il boyunca "inkişaf cəhənnəmi"ndə qalmışdır. Bu zaman ərzində filmin müəllif hüquqları müxtəlif studiyalarda olmuş, nəhayət 2006-cı ildə Marvel layihəni inkişaf etdirməsi üçün Mark Protoseviçlə müqavilə imzalamış və filmi Paramount vasitəsilə maliyyələşdirib buraxmağı planlaşdırmışdır. İlk buraxılış tarixi 2010-cu il olan filmin rejissorunun Mettyü Von olması planlaşdırılsa da, o, 2008-ci ildə layihədən ayrılmış, onu Brana əvəz etmiş, filmin yeni buraxılış tarixi 2011-ci il olmuşdur. Əsas personajları canlandıracaq şəxslər 2009-cu ildə seçilmiş, filmin çəkilişləri isə 2010-cu ilin yanvarından mayına kimi Kaliforniya və Nyu-Meksikoda baş tutmuşdur.
Tor (həndəsi fiqur)
Tor (toroid) — doğuran çevrənin bu çevrə ilə eyni müstəvidə yerləşən və onu kəsməyən düz xəttin (fırlanma oxu) ətrafında firlanması nəticəsində alınan səth. Bəzən doğuran çevrənin fırlanma oxunu kəsməməsi də istisna olur. Belə olan halda, əgər doğuran çevrə fırlanma oxunu kəsərsə, yaxud ona toxunarsa, belə tor qapalı tor, əks halda açıq tor adlanır.
Tor Brauzer Bandl
Tor Brauzer Bandlı
Tor körpü releləri
Tor körpü releləri və ya qısaca Tor körpüləri - Torun bloklandığı ərazidə Tor Körpü Relesi (ing. Tor Bridge Relay) vasitəsilə şəbəkəyə daxil olmağa imkan verir. Tor Körpü Releləri (ing. Tor Bridge Relays) və ya sadəcə "Körpülər" (Bridges) elə relelərdir ki, onların Tor şəbəkəsində hamıya görünən siyahıları yoxdur. Buna görə də əgər onların sayəsində hətta müəyyən ərazidə bloklansa belə, Tor şəbəkəsinə yenidən qoşulma imkanı verir. Buna görə də bu körpülər internetdə bloklanmaya və internet senzuraya qarşı etibarlı vasitə sayılır.
Tor: Qaranlıq dünya
Tor: Qaranlıq dünya (ing. Thor: The Dark World) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının səkkizinci filmi. Kris Hemsvort - Tor Natalia Portman - Cen Foster Tom Hiddleston - Loki Antoni Hopkins - Odin Stellan Skarsqard - Dr.
Tor: Raqnarok (film, 2017)
Tor: Raqnarok (ing. Thor: Ragnarok) — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüserliyi və Walt Disney Studios Motion Picturesin distribütorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor 2: Zülmət aləmi" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir. Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir.
Tor: Raqnarök (film musiqisi)
Thor: Ragnarok (Original Motion Picture Soundtrack) — 2017-ci ildə Marvel Studios tərəfindən çıxarılmış "Tor: Raqnarök" filminin Mark Mazersbo tərəfindən yazılmış film musiqiləri albomudur. Albom Hollywood Records tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fiziki olaraq çıxarılmışdır. 2016-cı ilin avqustunda film musiqisinin yazılması Mark Mazersboya həvalə edilmişdir. YouTube-dakı “Every Frame a Painting” kanalında əvvəlki MKK filmlərinin musiqisini tənqid edən videodan ilhamlanan Mazersbo “Raqnarök”ün musiqisinin fərqlənməsinə çalışmışdır. Film musiqiləri “Abbey Road Studios”da yazılmışdır. Sintezləşdirilmiş film musiqisi Jan Mişel Jarrın işlərindən ilhamlanmışdır. Mazersbo "Devo” qrupunun musiqilərində olduğu kimi sintezator klaviaturası və orkestr musiqisini birləşdirmişdir. Patrik Doylun “Tor”, Brayan Taylerin “Tor: Qaranlıq dünya” və “Qisasçılar: Altron dövrü”, Co Harnellin “İnanılmaz Halk” filmi üçün yazdığı "The Lonely Man" teması da filmdə istifadə olunmuşdur. Əgər “Queen” qrupunun solisti Freddi Merkuri sağ olsaydı rejissor Tayka Vaytiti onladan film musiqisi üzərində işləməyi xahiş edərdi, çünki, “rəngarəng, cəsarətli kosmik macəra” filmi qrupun “hissləri”nə uyğun gəlir. Film musiqisi albomu “Hollywood Records” tərəfindən 20 oktyabr 2017-ci ildə dijital, 10 noyabr 2017-ci ildə isə fziki olaraq çıxarılmışdır.
Tor: Raqnarök (film musqisi)

Tor (zenit-raket kompleksi)
Tor zenit-raket kompleksi — istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir. 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.
Tor: Məhəbbət və İldırım
Tor: Məhəbbət və İldırım və ya Tor: Sevgi və İldırım (ing. Thor: Love and Thunder) – Marvel Comics personajı Tor əsasında hazılanmış super qəhrəman filmi. Film Marvel Kinematoqrafiya Kainatındakı Tor filmlərinin davamıdır. Tor Qisasçılar: Final filminin hadisələrindən sonra Qalaktika mühafizəçilərinə qoşulub rahatlıq tapmağa çalışır. Lakin o, geri qayıtmalı və Valkiriya, Korq və Ceyn Fosteri — hansı ki, Qüdrətli Tora çevrilmiş, bütün tanrıları məhv edən Tanrı Qəssabı Qoru dayandırmalıdır. Film bu işdə onun başına gələnləri bəhs edir. Kris Hemsvort — Tor rolunda Kristian Beyl — Tanrı Qəssabı Qorr rolunda Natali Portman — Qüdrətli Tor/Ceyn Foster rolunda Tessa Tompson — Valkiriya rolunda Kris Prett — Ulduz Lordu/Piter Kvil rolunda Cemi Aleksandr — Sif rolunda Pom Klementieff — Mantis rolunda Taika Vaititi — Korq rolunda Mett Deymon — Aktyor Loki rolunda Rassel Krou — Zevs rolunda Lyuk Hemsvort — Aktyor Tor rolunda Vin Dizel — Qrut rolunda Bredli Kuper — Roket Rakun rolunda Deyv Batista — Dağıdıcı Draks rolunda Karen Qillan — Nebula rolunda Qrup üzvü Ronnie James Dionun dul arvadı Wendy Dionun sözlərinə görə, filmdə Dionun "Rainbow in the Dark " mahnısı yer alacaq . 2021-ci ilin dekabrında Michael Giacchino filmin musiqisinin bəstəkarı olacağını açıqladı; o, əvvəllər Doktor Strenc və MCU Hörümçək-adam trilogiyasına , eləcə də Waititi-nin əvvəlki filmi Jojo Rabbit (2019) filmlərinin musiqilərinin müəllifi olub. Tor: Sevgi və İldırım filminin ABŞ-də 8 iyul 2022-ci ildə nümayişi planlaşdırılır. Əvvəllər 5 noyabr 2021-ci ildə buraxılması nəzərdə tutulmuşdu , lakin koronavirus pandemiyası səbəbiylə 18 fevral 2022-ci il tarixinə təxirə salınıb.
Tor: Qaranlıq dünya (film, 2013)
Tor: Qaranlıq dünya (ing. Thor: The Dark World) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının səkkizinci filmi. Kris Hemsvort - Tor Natalia Portman - Cen Foster Tom Hiddleston - Loki Antoni Hopkins - Odin Stellan Skarsqard - Dr.
Cüzeppe Tornatore
Cüzeppe Tornatore (it. Giuseppe Tornatore; 27 may 1956[…], Bageriya, Siciliya) — İtaliya kinorejissoru və ssenaristi. Cüzeppe Tornatore 27 may 1956-cı ildə Siciliyada Palermo yaxınlığındakı Bageriya kommunasında anadan olmuşdur. Hələ 16 yaşı olarkən aktyor ifası və teatrla maraqlanmağa başlayır. Luici Pirandello və Eduardo de Fillipponun əsərlərinə verilən quruluşa rəhbərlik etməyə başlayır. O, kinoda debütünü sənədli filmlə etmişdi. Bu, "Siciliyanın etnik azlığı" ("Le minoranze etniche in Sicilia") filmi idi. İşin uğurlu alınması nəticəsində bu film Salernoda keçirilən festivalda mükafat qazandı. Cüzeppe Tornatorenin ilk tammetrajlı filmi "Kammorist" idi və bu ekran əsəri 1986-cı ildə ekranlara çıxmışdı. Buna qədər Tornatore italyan televiziyasında işləyir, sənədli filmlər və verilişlər çəkirdi.
Cənub adası (Yeni Torpaq)
Cənub adası — Yeni Torpaq arxipelaqına daxil olan ada, Şimal adası ilə Matoçkin Şar boğazı vastəsi ilə ayrılır. Vayqaç adasından Kara darvazası (boğaz) vastəsi ilə ayrılır. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın sahəsi 33,275 km² təşkil edir. Ada Saxalin və Şimal adası kimi adalardan sonra Rusiyada sahəsinə görə üçüncüdür. Adanın qərbində Qusinnaya Zemlya yarımadası yerləşir. Ən hündür nöqtəsi — Pervousmotrennaya dağıdır (1291 m). Qədimdə adada məlum olmayan qəbilə yaşamışdır. Belə düşünülür ki Ust-Poluyu mədəniyyətinə aid qəbilələrdir. Alman mifologiyasında Sirtya adı ilə tanınır.
Dağ-meşə qəhvəyi torpaqlar
Qəhvəyi dağ-meşə torpaqları — inkişaf etdiyi kserofit meşə və kolluqlar iqlimi Aralıq dənizi iqlim tipinə yaxındır. Böyük və Kiçik Qafqazın orta və alçaq dağ qurşağını, Naxçıvan MR, Qanıx-Əyriçay vadisi və Lənkəran rayonunu əhatə edir. Dəniz səviyyəsindən 600–1200 m hündürlükdə, güclü parçalanmış dağlarda, bitki örtüyü yaxşı inkişaf etmiş meşəaltı və kserofil ot örtüklü palıd-vələs meşələri altında inkişaf etmişdir. Bu torpaqlar Lənkəran rayonunda 400–600 m yüksəkliklərdə əsasən cənub yamaclarda palıd-vələs meşələri altında yayılmışdır. İsti yayı və mülayim qışı ilə səciyyələnir. Orta illik temperatur 8,4°-10,8 °C, ən soyuq ayların temperaturu 1,2°-3,4°C arasında dəyişir. yağıntıların miqdarı 350–600 mm olub, əsasən yaz və payız fəsillərində düşür. Lənkəran rayonunda bu torpaqlar alçaq dağlıqda, yarımrütubətli subtropik iqlim tipinin hakim olduğu ərazilərdə yayılmışdır. Lənkəran rayonunun cənub qurtaracağından fərqli olaraq şimal hissədində insanın antropogen təsiri nəticəsində meşələr qırılmış və onların yerində taxıl, noxud, kartof və digər kənd təsərrüfatı bitkiləri becərilir. Burada yayılan qəhvəyi torpaqlar dağ və düzən qəhvəyi torpaqlara ayrılır.
Dağ-meşə çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Dağ-çəmən bozqır torpaqları
Dağ-çəmən torpaqları
Dağ–çəmən torpaqları — Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Bu torpaqların ümumi sahəsi 559,3 min ha-dır. Azərbaycanın dağlıq ərazilərinin ayrı – ayrı hissələri bir sıra fiziki – coğrafi şəraitlərinə — iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji – coğrafi şəraitin müxtəlifliyi dağ –çəmən torpaq tipini 3 yarımtipə bölməyə imkan verir: Çimli – torflu dağ-çəmən Çimli dağ – çəmən Qarımtıl dağ – çəmən. Çimli – torflu dağ – çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsa da respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli – dağ çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahələri tutmaqla 1800–2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır.
Dağ meşə-çəmən torpaqları
Dağ-meşə çəmən torpaqları — dəniz səviyyəsindən 1800 (2000) — 2100 (2200) m hündürlüklərdə, meşələrin yuxarı sərhəddində yayılmış torpaq tipi. Ərazi üçün parkşəkilli meşələr və yüksək otlaqlarla örtülü geniş talalar səciyyəvidir. Orta illik temperaturu 5,7–6,1°C, illik yağıntıların miqdarı isə 700–1200 mm arasında tərəddüd edir. Fəal temperatur cəmi 2000–2500 °C arasında dəyişir. Rütubətlənmə əmsalı Böyük Qafqazda 2,2, Kiçik Qafqazda isə 1,4-ə bərabərdir. Alçaqboylu ağaclar, sürünən kollar, palıd, tozağacı, ağcaqayın və taxılkimilərdən ibarət ot bitkiləri üstünlük təşkil edir. Hər il bitkilər torpağa çoxlu töküntü verir. Fitokütlənin miqdarı Böyük Qafqazda 70–80 s\ha (quru kütlə), Kiçik Qafqazda isə 40–60 s\ha arasında tərəddüd edir. Humusun üst qatda miqdarı orta hesabla 9–10% təşkil edir. Bu göstəriciyə görə dağ-çəmən torpaqlara yaxındır.
Dağ qara (meşə altından çıxmış) torpaqlar
Dağ qara torpaqlar (və ya meşə altından çıxmış torpaqlar) — bu torpaq tipinin müxtəlif yarımtiplərinə Böyük Qafqazın Şamaxı yayalasında, İsmayıllının İvanovka yaylasında, Qudyalçay və Qaraçayın orta axarlarında, Kiçik Qafqazın Murovdağın cənub və şimal yamaclarında, Qarabağda, Gəncəçay, Kürəkçay və Zəyəmçay hövzəsində, Kəlbəcər və Laçın rayonlarında, ayrıca zolaq şəklində meşələrin kənar hissələrində rast gəlinir. Bu torpaqların yayıldığı ərazilərdə iqlimi qışı quraq keçən mülayim istidir. Burada orta illik temperaturu 7,3-11,6°C -dir. Ən soyuq mülayim olub, temperatur 0,6-dan 3,3 arası dəyişir. Payız adətən isti olur. İlin isti dövrü havanın orta temperatur 17,1-23,6°C-ni ötmür. Orta illik yağıntının kəmiyyəti 380-640 mm arasında dəyişir. Rütubətlənmə əmsalı 1,22-1,29 təşkil edir. Humusu profil boyu bərabər paylanması və karbonatlılığın profil yuyulması xarakterikdir. Belə ki, mitselyar formada karbonatlara yalnız 80-90 sm dərinlikdə rast gəlinir.
Dağ qara torpaqlar

Dendrobium tortile
Dendrobium tortile (lat. Dendrobium tortile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Dendrobium dartoisianum De Wild. Dendrobium haniffii Ridl. ex Burkill Dendrobium tortile var.
Dominik Toretto
Dominik Toretto — Forsaj franşizasından Vin Dizelin canlandırdığı uydurma personaj. Cinayət həyatına gəncliyində yük maşınlarından DVD pleyerlər oğurlamaqla başlayan Dominik, son olaraq Rioda 100 milyon dollarlıq quldurluqla başa çatdırıb. Komandası və ailəsi ilə sülh içində yaşayacağını düşünərkən, Oven Şov komandasının dağılmasına səbəb olmuş və bu səbəbdən komandanın önəmli üzvlərindən olan Giselle Harabonun ölümünə səbəb olmuşdur. Daha sonra Oven Şovun böyük qardaşı Dekard Şov işə qarışdı və Hanı öldürdü. Buna görə də komanda yenidən birləşərək onun izinə düşürlər. Sürətli və Qəzəbli film seriyası Vibe jurnalının 1998-ci il may sayında çıxan küçə yarışları haqqında "Racer X" məqaləsindən ilhamlanıb.Atasının bir avtomobil yarışında ölümünün şahidi olan Dom, kiçik bacısı Mia Torettoya qulluq etmək və ondan asılı olan yarışçılara rəhbərlik etmək məsuliyyəti ilə qalır.Vin Dizelin Sürətli və Qəzəbli filmində rol almaq üçün 2,5 milyon dollar, Sürətli Beşlikdə rol almaq və istehsal etmək üçün isə 15 milyon dollar ödədiyi bildirilir.
Doğma Torpaq, Azərbaycan (1960)
Film Sovet hakimiyyətinin 40 ili ərzində Azərbaycanın iqtisadiyyat sahəsində və mədəni həyatda qazandığı nailiyyətlər haqqındadır. Filmdə Şərqin azad olunmuş qadını mövzusuna üstünlük verilmişdir. Burada biz Natəvanın heykəl portretini, rəssam Əzim Əzimzadənin rəsmlərini, xoreoqrafiya məktəbinin gənc balerinalarını, "Sevil" operasından bir səhnəni, "Çinar" rəqs ansamblını, professor Umnisə Musabəyovanı, məşhur pambıqçı Şamama Həsənovanı, şairə Mirvarid Dilbazini görürük. Neft Daşlarında yanğının söndürülməsi epizodu da filmə daxil edilmişdir. Xalqlar dostluğu mövzusu filmin ana xəttini təşkil edir. Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov, Əlibala Ələkbərov, Vladimir Zbudski Səs operatoru: Əziz Şeyxov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Doğma torpaq, Azərbaycan (film, 1960)

Dunay dalğaları (tort)
Dunay dalğaları (alm. Donauwelle‎) — albalılı yağlı xəmirdən və kərə yağ kremindən tort. Tort ikiqatlıdır: üst qat — qəhvəyidir, kakao əlavə olunur, aşağı qat — parlaqdır. Şirniyyat üçün formada olan iki qat xəmirin üstündə albalı (konservləşdirilmiş) qoyulur. Albanının ağırlığı altında, xəmir qatları qarışdırılır və "dalğalar" forması təşkil edir. Bişirildikdən sonra, tort krem və ya pudinq yağı ilə örtülür, sonra dalğaların imitasiyası ilə şokolad şirəsi (bəzən albalı suyu) əlavə olunur. Рецепт торта "Дунайские волны" (rus.) Nikolai Buroh: Das Teubner Buch- deutsche Küche. Gräfe Und Unzer, 2008, ISBN 978–3833804649, S. 488 (alm.) Гудрун Рушицка. Пироги и торты. Несложно и вкусно.
Duz torbası
Duz torbası (Duzluq, Duzqabı) — duz saxlamaq üçün istifadə edilən torba. Duz torbasından Azərbaycan və Türkmənistanda duzu müəyyən müddət saxlamaq və həmçinin daşımaq üçün istifadə edilirdi. Xüsusi naxış və ornamentlərlə bəzədilmiş duz torbası uzun, dar boğazlı olmaqla müxtəlif rəngli yun, pambıq və həmçinin ipək ipliklərdən Zili (Qayıq) toxunuşla toxunmuş olur. Müasir zamanda duz müxtəlif ölçülərdə müxtəlif növ kisələrdə saxlanır və daşınır. Müasir duzqabı (nəməkdan) isə içinə duz tökmək üçün kiçik qab olmaqla saxsı, şüşə, plasmas və digər materialdan hazırlanır.
Dərman tordiliumu
Dərman tordiliumu (lat. Tordylium officinale) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tordilium cinsinə aid bitki növü.
Elsuort Torpağı
Elsuort Torpağı, (ing. "Ellsworth Land") (əvvəllər Elsuort Dağlıq Bölgəsi), Antarktidada Antarktik yarımadasının quru hissəsinə yaxın bir yerdə yerləşən bölgəsidir. Meri Berd Torpağının şərqində, Ronni buzluğu ilə Bellinshauzen dənizi arasındadır. Bölgədə bir neçə sıradağları görmək olar. Bunlardan Elsuort dağlarındakı Vinson massiv (5.140 m) Antarktidanın ən yüksək nöqtəsidir. Kələ-kötür və buzla örtülü olan bölgə 1935-ci ildə amerikalı səyyah Linkoln Elsuort və pilotu Herbert Hollik-Kenyon tərəfindən, qitənin üzərindən təyyarə ilə keçərkən tapılmışdır. Argentina, Çili və ABŞ-nin, üzərində haqq iddia etdiyi Elsuort Torpağı hələ tam olaraq kəşf edilməmişdir.
Frans-İosif Torpağı
Frans-İosif Torpağı — Şimal Buzlu okean sularında Avropa qitəsinin şimalında yerləşən arxipelaq. Rusiyanın arktikada yerləşən ərazisi. İnzibati cəhətdən Arxangelsk vilayəti Primorski rayonu ərazisinə daxildir. Arxipelaq 192 adadan ibarətdir. Ümumi sahəsi 16,134 km² təşkil edir. Pyotr Alekseeviç Korotkin 1871-ci ildə Rusiya Coğrafiya Cəmiyyətinə arxipelaqın tədqiqatı məqsədi ilə öz təklifini vermişdir, Ancaq hökumət onun təklifini maliyyə çatışmazlığı səbəbindən qəbul etmir. Frans-İosif Torpağı Avstriya-Macarıstan ekspedisiyası rəhbəri Karl Veyprext və Yulis Pyer tərəfindən "Admiral Tegetthoff" şxunu (alm. Admiral Tegetthoff‎) ilə aşkarlanır. Onlar 1872-ci ildə Şimal dəniz yolunun açılışı məqsədi ilə yola çıxırlar ancaq Şimal Torpağının şimal qərbində buzların qalınlaşması səbəbindən irəliləyə bilmirlər. Buradan onlar qərbə istiqamətlənirlər.
Gvyudni Torlasius Youhannesson
Qvyudni Torlasius Youhannesson (isl. Guðni Thorlacius Jóhannesson; 26 iyun 1968[…], Reykyavik) — İslandiyanın hazırkı Prezidenti olan island tarixçi. Tarixçi olan Qvyudni 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl İslandiya Universitetində dosent idi. Tədqiqat sahəsinə müasir İslandiya tarixi, Treska döyüşləri, 2008–2011-ci illər İslandiya maliyyə böhranı və İslandiya prezidentliyi və digər mövzular daxildir. Qvyudni müəllim və jurnalist Marqret Torlasius və idman təlimçisi Yohannes Somundssonun oğludur. Qardaşı Patrekur Yohannesson İslandiya həndbol milli komandasının oyunçusu olub. Qvyudni gəncliyində həm İslandiyada, həm də İngiltərədə həndbol oynadı. Qvyudni 1987-ci ildə Reykyavikin mərkəzində yerləşən kiçik kollec olan Reykyavik Uşaq Kollecindən məzun oldu. RUK-də təhsil alarkən azyaşlı kolleci tələbələri üçün təşkil edilən və viktorina şousu olan "Gettu betur"-da yarışdı. 1991-ci ildə İngiltərədəki Vorvik Universitetində tarix və siyasi elmlər üzrə bakalavr dərəcəsi, 1997-ci ildə isə İslandiya Universitetində tarix üzrə magistr dərəcəsi aldı.
Göllərin hidromorf torpaqları
Göllərin hidromorf torpaqları — şoran, şorakət və solod torpaq tipi. Qazaxıstanda, Rusiyanın Aşağı Volqaboyu bölgəsində, Mərkəzi Asiyada, Şimali Amerikada ABŞ və Kanadada, Azərbaycanda Kür-Araz ovalığı ərazilərində yayılmışdır. Şoranlaşmış torpaqların formalaşması duzların qrunt sularında və süxurlarda toplanması və onların torpaqda akkumlyasiyasına təsir göstərən şərait ilə əlaqədardır. Bu duzlar torpaq qatında toplaşanda torpaqlar şorlaşır. Bir sıra vulkanizm rayonlarında püskürmə məhsullarının səthə çixması şoranlığın yaranmasına səbəb olur. Aerob şəraitdə bitkilər kök sistemi vasitəsilə alt qatlarda olan duzları su ilə birlikdə səthə çıxır. Küləklər də torpaqların şoranlaşmasına sürətləndirici təsir göstərməklə, şoranlaşmanın arealını genişləndirir. Bu prosesə impulsverizasiya, yəni duzların külək vasitəsilə yayılması deyilir. Rütubətli iqlim şəraitində torpaqlar profil boyu sularla yuyulur və həll olan duzlar torpaq profilindən çıxarılır. Əksinə, quraq ərazilərdə duzlar dərin qatlardan üst qatlara çıxır.
Hass (torpaq mülkiyyəti)
Hass (osman. خاص, ərəb. خاص‎; mənası – "xüsusi") — Osmanlı imperiyasında mütləq şəxsi hərbi xidmətlə əlaqəli olmayan böyük bir torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir hassdan illik gəlir 100 min akçadan çox olmuşdur. Hass sahibi bəy idi. Hökumət hərbi yürüş təşkil edərsə, bəy hər 5 min akça gəliri olan bir cəbəli verirdi.
Hayme Torres Bodet
Hayme Torres Bodet (1903-1974) — UNESCO-nun baş direktoru, şair, ədib 1903-cü ildə Mexikoda anadan olub. 1922-ci ildən 1924-cü ilə qədər Təhsil Nazirliyinin Kitabxanalar şöbəsinin rəhbəri, sonra isə Mexiko Universitetində Fransız ədəbiyyatı müəllimi təyin edilmişdir. 1929-cu ildən diplomatik xidmətə başlamış və Avropa ölkələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1940-1943-cü illərdə Xarici İşlər Nazirliyinin Katibliyində işləmiş, sonra (1943-1946) Təhsil Naziri olduğu müddətdə savadsızlıqla mübarizəyə başlamışdır. 1946-ci ildə Xarici İşlər Naziri vəzifəsinə təyin edilmişdir. O eyni zamanda UNESCO-nun təsis edildiyi London konfransında Meksika nümayəndə heyətinin rəhbəri olmuşdur. 1948-ci ildə Baş Direktor vəzifəsinə seçilmiş və dörd il sonra istefa vermişdir. O, 1974-cü ildə vəfat etmişdir.
Hedera helix var. tortuosa
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. Təbii halda Qərbi Avropada meşələrdə bitir. Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
II Oskar Torpağı
II Oskar Torpağı (norv. Oscar II Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). İsfiord ilə Konqsfiord arasında, Konqsvegen buzlağından qərbdə yerləşir. Torpaq Norveç (1872—1905) və İsveç kralı (1872—1907) olmuş II Oskarın şərəfinə adlandırılmışdır.
II Vilhelm Torpağı
II Vilhelm Torpağı (alm. Kaiser Wilhelm II Land‎) — Antarktidanın təbii ərazi bölgüsünə daxil olan hissə. 87°43' və 91°54' şərq uzunluqları arasında yerləşir. Sahillərini Deyvis dənizi yuyur. Buzlaq qatının qalınlığı cənub hissədə 2000 metri keçir. Buz qatından yalnız sahildə yerləşən sönmüş vulkan olan Qaussberq azad olur. Vulkanın hündürlüyü 369 metr təşkil edir. II Vilhelm Torpağı 1902-ci ilin fevralında alman ekspedisiyasının rəhbəri Erix fon Driqal tərəfindən kəşf edilmişdir. Ərazi Almaniya imperatoru II Vilhelmin şərəfinə adlandırılmışdır. II Vilhelm Torpağına rəsmi olaraq Avstraliya iddia edir.
Tor: Məhəbbət və İldırım (film, 2022)
Tor: Məhəbbət və İldırım və ya Tor: Sevgi və İldırım (ing. Thor: Love and Thunder) – Marvel Comics personajı Tor əsasında hazılanmış super qəhrəman filmi. Film Marvel Kinematoqrafiya Kainatındakı Tor filmlərinin davamıdır. Tor Qisasçılar: Final filminin hadisələrindən sonra Qalaktika mühafizəçilərinə qoşulub rahatlıq tapmağa çalışır. Lakin o, geri qayıtmalı və Valkiriya, Korq və Ceyn Fosteri — hansı ki, Qüdrətli Tora çevrilmiş, bütün tanrıları məhv edən Tanrı Qəssabı Qoru dayandırmalıdır. Film bu işdə onun başına gələnləri bəhs edir. Kris Hemsvort — Tor rolunda Kristian Beyl — Tanrı Qəssabı Qorr rolunda Natali Portman — Qüdrətli Tor/Ceyn Foster rolunda Tessa Tompson — Valkiriya rolunda Kris Prett — Ulduz Lordu/Piter Kvil rolunda Cemi Aleksandr — Sif rolunda Pom Klementieff — Mantis rolunda Taika Vaititi — Korq rolunda Mett Deymon — Aktyor Loki rolunda Rassel Krou — Zevs rolunda Lyuk Hemsvort — Aktyor Tor rolunda Vin Dizel — Qrut rolunda Bredli Kuper — Roket Rakun rolunda Deyv Batista — Dağıdıcı Draks rolunda Karen Qillan — Nebula rolunda Qrup üzvü Ronnie James Dionun dul arvadı Wendy Dionun sözlərinə görə, filmdə Dionun "Rainbow in the Dark " mahnısı yer alacaq . 2021-ci ilin dekabrında Michael Giacchino filmin musiqisinin bəstəkarı olacağını açıqladı; o, əvvəllər Doktor Strenc və MCU Hörümçək-adam trilogiyasına , eləcə də Waititi-nin əvvəlki filmi Jojo Rabbit (2019) filmlərinin musiqilərinin müəllifi olub. Tor: Sevgi və İldırım filminin ABŞ-də 8 iyul 2022-ci ildə nümayişi planlaşdırılır. Əvvəllər 5 noyabr 2021-ci ildə buraxılması nəzərdə tutulmuşdu , lakin koronavirus pandemiyası səbəbiylə 18 fevral 2022-ci il tarixinə təxirə salınıb.

Digər lüğətlərdə