1. Balıq, quş və s. tutmaq üçün ipdən çarpaz toxunaraq bərabər məsafələrdə düyünlə bərkidilmiş alət. Balıq toru.
2. Çarpaz toxunmuş ip, məftil və s. ibarət müxtəlif ləvazimat. Çarpayının toru. Futbol toru.
3. dan. İçinə ərzaq, xırda şey və s. qoyub aparmaq üçün ipdən və s.-dən toxunmuş zənbil, çanta, kisə. İpək tor. Şeyləri tora qoymaq.
4. Seyrək toxunmuş köynək, baş yaylığı, pərdə və s.
// Tordan hazırlanmış, tor şəklində olan. Tor köynək. Tor layka.
5. Hörümçəyin ifraz etdiyi yapışqanlı şirədən əmələ gələn çarpaşıq nazik tellər. Hörümçək toru.
6. məc. Hiylə, kələk, tədbir, qurğu.
◊ Tor gənəciyi zool. – bax çor. Tor gənəciyi, pambıq mənənəsi, pambıq qurdu tarlaların məhsuldarlığını xeyli aşağı salır.
Tor qurmaq – 1) quş, balıq və s. tutmaq üçün tor quraşdırmaq və ya suya salmaq. Ovçu bərədə durub; Bərə üstə tor qurub. (Bayatı);
2) məc. hiylə qurmaq, qurğu qurmaq, kələk düzəltmək.
Tora düşmək – aldanaraq pis işə qoşulmaq, kələyə düşmək, hiyləyə uymaq, tələyə düşmək.
Tora salmaq – hiylə gəlmək, kələk gəlmək, tələyə salmaq.