transpirasiya

transpirasiya (biol.)
transpersonal
transplant
OBASTAN VİKİ
Transpirasiya
Transpirasiya (lat. trans - vasitəsilə, lat. spiro - nəfəsvermək) — bitkinin torpaqdan aldığı suyun yarpaqlar vasitəsilə buxarlandırmasıdır. Bitkilər kök sistemi ilə aldıqları suyu yarpaqlarlara qədər qaldırır. Bitkilərin torpaqdan sorduğu çox böyük miqdarda suyun yalnız mində bir və ya iki hissəsi sintez olunan üzvi maddələrin tərkibinə daxil olur, qalan 998-999 hissəsi isə yarpaqların səthi ilə buxarlanır. İlk baxışda, suyun bitkilərdən buxarlanması öz mahiyyətinə görə fiziki bir prosesi andırır. Ancaq bitkilərin anatomik və morfoloji qurluşları və fizioloji xüsusiyyətləri bu buxarlanmanı adı fiziki buxarlanma prosesindən əsaslı sürətdə fərqləndirir. Təcrübələr göstərmişdir ki, subtropik şəraitdə havada rütubətin çox olması üzündən bitkilərdə buxarlanmanın azalması onların inkişafına mənfi təsir etmir, əksinə, müsbət təsir edir. Bitkilərin çoxlu su buxarlandırmasının səbəblərindən biri — onların əmələ gətirdikləri çoxlu və güclü yarpaq aparatıdır. Müşahidələr göstərmişdir ki, bitkidə yarpaqların ümumi səthi bitkinin tutduğu torpaq səthindən xeyli artıq olur.

Digər lüğətlərdə