TRAVERTİN TERRASLARI

travertindən təşkil olunmuş terras. Güclü və əksərən qaynar bulaqların səthə çıxdığı maili yamaclarda əmələ gəlir. Onun suyu yamac aşağı axaraq əhəngli tuf /travertin/ çökdürür və tufdan təşkil olmuş, pillələrlə yerləşən və əhəngli tuf səddlərlə ayrılan terraslar yaradır. Р–травертиновые террасы travertine terraces
TRAPP
TRAVERTİN TƏPƏLƏRİ
OBASTAN VİKİ
Bəhai terrasları
Bəhayi bağları (Hayfanın asma bağları) - Bəhailik dininə məxsus özəl bağ. Hayfa şəhərində yerləşən bu bağ 18 terrasdan ibarətdir. Terraslar və Babın məbədi Karmel dağındadır. Ümumən ərazi Hayfa şəhərinin ərəblər yaşayan Vadi Nisnas və Hadar Karmel rayonuna aiddir. Bəhai bağları İsrailin turizm baxımdan ən görməli məkanlarından biri hesab olunur. Bağların memarı iran mənşəli memar Fariborz Sahbadır. Ümumi mühəddislik quruluşu Hayfanın Karban and Co. şirkətinə məxsus. Ərazi Ümumdünya Bəhai Mərkəzi ilə birlikdə Qərbi Qalileyin YUNESKO-nun Ümumdünya İrsinə daxil. == Simvolikası == Terraslar Babın ilk on səkkiz şagirdlərini tərənnüm edir.
Sahil terrasları
Sahil terrasları- Qurunun qalxması və dənizin ləpədöymə işi nəticəsində sahildə əvvəlki səviyyədən yuxarıda yerləşən abraziya platformalarıdır.Sahil terrasları bir-birindən hündürdə yerləşən bir neçə terrasdan ibarət ola bilər.Qafqazın Qara dəniz sahilboyunda belə terraslar aydın görünür.
Çay terrasları
Başlıbel travertin təzahürü
Buzqov travertin yatağı
Buzqov travertin yatağı- Babək rayonu ərazisində Naxçıvan şəhərindən 40 km şimal-qərbdə,Aşağı Buzqov kəndindən 2 kilometr şimaldadır. == Geoloji quruluşu == Geoloji quruluşunda Orta Dördüncü dövr yaşlı açıq-boz, sarımtıl-boz və ağ rəngli məsaməli travertin təşkil edir. Travertin yatağın şimal hissəsində yerləşən dərinlik qırılması boyunca çıxan isti bulaqlardan kalsium karbonatın çökməsi nəticəsində əmələ gəlmişdir.Sahəsi 0.6 kvadrat kilometr, faydalı qatın qalınlığı 5.7–9.0 metrdir.Blok çıxımı 42.8 faiz təşkil edir. Yüksək dekorativliyə malik olduğuna görə üzlük daşı kimi istifadə olunur. Tullantıları isə birinci növ əhəng istehsalında və çınqıl kimi yol tikintisində işlədilir. Yatağın əlverişli dağ-texniki şəraiti açıq istismar üçün yararlıdır.1983-cü ildən istismar olunur. Yatağın sənaye ehtiyatı 10409 min kub metrdir.
Istisu travertin yatağı
Qarabağlar travertin yatağı
Qarabağlar travertin yatağı – Naxçıvan Muxtar Respublikası ərazisində istismar olunan ən böyük travertin yataqlarından biri Naxçıvan MR-də müxtəlif tərkibli, tikinti-quraşdırma işlərində böyük pay sahibi olan antibakterial keyfiyyətə malik travertin və mərmər daş məhsulları hazırda əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki daş ocaqlarında çıxarılır. Daş yatağında Almaniya və Türkiyə istehsalı olan texnikadan istifadə etməklə dağdan bloklar şəklində qaya parçaları qoparılır. Kəsilmiş daş parçaları yük avtomobillərinə yüklənərək Şahtaxtı dəmiryol stansiyasındakı vaqonlara daşınır, oradan da Naxçıvan şəhərindəki və Babək rayonunun Araz kəndindəki "Gəmiqaya Daş Məhsulları Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilir. Burada həmin bloklar kəsilərək plitələr çıxarılır, üzlük daşlar hazırlanır, müxtəlif təyinatlı məhsullar halına gətirilir. Həmin məhsullar isə cilalandıqdan sonra tikinti obyektlərinə göndərilir. Böyük və kiçik ölçülü travertin plitələrdən istər binaların fasadlarının üzlənməsində, istərsə də həyətyanı sahələrin bəzədilməsində, evlərin daxilində istifadə edilir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumatda göstərilir ki, müəssisədə illik travertin istehsalının həcmi təxminən 180-200 min kvadratmetr təşkil edir. Bundan əlavə olaraq ildə təxminən 25-30 min kvadratmetr dekarativ(mozaik) daş məhsulları da istehsal edilir. Onu da qeyd edək ki, müəssisənin istehsal etdiyi travertin daş məhsulları rəqabətədavamlı və ixracyönümlü məhsullardan biri hesab olunur. Hazırda müxtəlif çeşidli travertin daş məhsulları sifarişə uyğun olaraq, Bakı şəhərinə və Gürcüstan Respublikasına ixrac edilir.
Əsrik travertin təzahürü
Çay dərələri və terrasları
Azərbaycanın müasir, əsasən, mövsümi, qismən daimi çayları qar, buzlaqlar, yağış və yeraltı sularla qidalanmaqla müxtəlif formalaşma xüsusiyyətlərinə, mürəkkəb quruluşa, qədim inkişaf tarixinə malik olan dərə şəbəkəsi əmələ gətirir və relyefin təkamülündə əhəmiyyətli rol oynayır. Ərazinin müxtəlif hissələrində inkişaf etmiş çay şəbəkəsi morfoloji xüsusiyyətlərinə, yaşına, tektonik strukturlarla münasibətinə, uzunluqlarına, terras səviyyələrinin sayına, sululuq dərəcəsinə və sutoplayıcı hövzələrinin ölçülərinə görə fərqlənirlər. Çay dərələrinin orta hissəsi əsasən ortadağlıqda yerləşir və bu hissədə, əsasən, yataq nisbətən genişlənir və terras səthləri aydın seçilir. Əksər çay dərələrinin yamaclarının meyilli və astanalı olması burada da davam edir, onların dərinliyi 2000 metrə çatır. Buna baxmayaraq yataqda allüvi və sel materialları toplanır. Ana süxurlar isə daha çox meyilli və astanalı sahələrdə səthə çıxır. Çay dərələrinin aşağı hissəsi alçaqdağlığa və onların dağətəyi maili düzənliklərə çıxan sahələrinə uyğun gəlir. Bu hissədə çay dərələri xeyli genişlənir, dərinliyi isə 200-500 metrdəın artıq olmur. Səthi nisbətən hamar olub, geniş sahəni əhatə edən akkumulyativ terraslar formalaşır. Cənub yamacın gətirmə konuslarının zirvələri bir qayda olaraq burada yerləşir və burada akkumulyasiya prosesi üstünlük təşkil edir.