tribologiya

tribologiya
tribokimyəvi
triboloji
OBASTAN VİKİ
Tribologiya
Tribologiya— nisbi hərəkətdə bir-biri ilə təmasda olan səthlər haqqında elm. O, yağlama da daxil olmaqla, sürtünmə və yeyilmənin qarşılıqlı vəhdətini araşdırır. Tribologiya həm bərk cisimlər, həm də bərk cism və maye(qaz) arasında uyğun sərhəd səthlərinin qarşılıqlı təsirini əhatə edir. Əsas məqsədi triboloji mühitdə işləyən hissələr üçün əlverişli material, yağlayıcı maddənin və son zamanlar elmi tədqiqat işlərinin əsasını təşkil edən, effektiv örtüklərin seçilməsindən ibarətdir. Hissələrin səthləri arasında təmas münasibətləri şəkil də göstərilmiş triboloji sistem kimi ümumiləşdirilə bilir. Buradan göründüyü kimi triboloji sistemdə əsas cism və onun əksi olan cismin seçilməsi, səthin xassələrinə (kələkötürlük, bərklik, korroziyaya qarşı qat) təlabatın qoyulması, nisbi hərəkətin (sürüşmə, diyirlənmə, yuvarlanma) verilməsi, təmas səthində yaranan gərginliklər (qüvvə, təzyiq) və gözlənilən səthi zədələmə mexanizmləri (yeyilmə) araşdırılır. Aralıq materialının seçil-məsi ümumi triboloji sistem üçün çox əhə-miyyətlidir. Məsələn, yağlama materialının seçilməsi (sürtünmə əmsalı, istilikkeçirmə, materialın verilməsi) ilə təmasda olan hissə-lərin qarşılıqlı yüklənmə halına bir başa təsir etmək olur. Ətraf mühitin təsiri kimi burada temperatur və havanın rütubətliyi də nəzərə alınır. Yuxarıda qeyd olunan, qarşılıqlı təmasda olan əsas hissələrə istənilən triboloji sistemdə rast gəlindiyi halda, aralıq materialı və ətraf mühitin təsiri həmişə mövcud olmaya da bilər.