Tuareqlər
Tuareqlər — Böyük Səhranın yerli əhalisi.
Tuareqlər Timbuktu şəhərində yaşayırlar.
Timbuktu şəhərindəki Beynəlxlaq hava limanından çıxdıqdan sonra gözə ilk olaraq sarımtıllıq dəyir. Hər yer və hər şey sarıdır. Bu darıxdırıcı rəngin təsirini neytrallaşdıran isə insanların rəngarəng paltarıdır. Sakinlər sanki bu monotonluğu öz əlvan geyimləri ilə darmadağın edirlər. Ən çox gözə çarpan rəng isə göydür. Açıq göy rəngli əbaları burada yalnız tuareqlər geyinirlər. Elə şəhərin yaranması da bu qəbilənin adı ilə bağlıdır.
Yarıməfsanəvi məlumatlara görə, şəhərin əsasını XI əsrdə tuareq qəbiləsindən olan Buktu adlı bir qadın qoyub.