Turşsu (içki)
Turşsu — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə də toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda içilən təbii, müalicəvi mineral süfrə suyu.
Bu suyun mənbəyi Şuşa şəhərinin 17 km cənub-qərbində, Zarıslı çayının dərəsində 1700 m yüksəklikdədir. Bu su mikroelementlərlə zəngin olub, karbonatlı, hidrokarbonatlı, maqneziumlu, natriumlu, kalsiumludur. Minerallaşması 2,4 q/l-dir. Mədə-bağırsaq, öd kisəsi yuyulur, vanna edilir. Bu su ilə ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi və s. xəstəliklər müalicə olunur. Turşsu boru vasitəsilə Şuşa şəhərinə nəql edilirək və öz təyinatı üzrə istehlak edilirdi.