tüklüpapaq
tüksüzləşdirilmə
OBASTAN VİKİ
Tüksüz biyan
Tüksüz biyan (lat. Glycyrrhiza glabra) — paxlakimilər fəsiləsinin biyan cinsindən olan çoxillik ot bitkisi. Hündürlüyü 1,5 m-ə qədər, yoğun və dərin kökü vardır. Gövdəsi, yarpaqlarının saplaq və oxları, eləcə də çiçək qrupu qısa tüklüdür. Yarpaqları ardıcıl 9-15 yarpaqcıqlardan ibarət, mürəkkəb lələkvaridir, yarpaqcıqlar uzunsov yumurtavaridir, alt tərəfindən bir qədər parıltılı, xırda qatranlı vəziciklərin mövcudluğu səbəbindən yapışqanlıdır. Çiçəkləri xırda, açıq bənövşəyi rəngdədir. Meyvəsi qonur rəngli, yasti-uazunsov lobyavari, bir və ya bir neçə toxumludur. Kökünün rəngi sarı, iyi zəif, dadı isə şirindir. İyun-iyul aylarında çiçəkləyərək iyul-sentyabr aylarında meyvə verir. Quba, Qusar, Xaçmaz, Füzuli, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarında, Samur-Dəvəçi, Xəzəryanı, Kür- Araz və Lənkəran ovalıqlarında, Kür və Naxçıvan düzənliklərində, Abşeronda və Qobustanda arandan dağətəyi hündürlük qurşagına kimi (dəniz səviyyəsindən 400 m-ə qədər) rast gəlinir.
Tüksüz dəniz donuzu
Neophocaena phocaenoides (lat. Neophocaena phocaenoides) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin neophocaena cinsinə aid heyvan növü. Əsasən isti sularda yaşayır. Onlara Yaponiya sahillərindən tutmuş Cənubi Afrika sahillərinə qədər ki ərazilərdə rast gəlmək olar. Sakit okean suları əsas arealı hesab edilir. Onları hətta Kuril adalarının cənub rayonlarınds belə görmək olur. Dayazlıqlarda, sahilə yaxın ərazilərdə üzürlər. Bəzən çayların axarının əksinə min km məsafə qət edirlər (Yanszı çayı ilə 1800 km). Qruplar halında hərəkət edirlər. Adətən hər qrupda 5–6 fərd olur.

Digər lüğətlərdə