TÜRKÜ
TÜSTÜ
OBASTAN VİKİ
Türmə
Həbsxana (ing. Prison) — Cinayət törətmiş və ya qanunsuz hərəkət törətməkdə təqsirli bilinən şəxslərin saxlanıldığı yer.
Türmə işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Значение слова в других словарях