təbaşir-kalsit

təbaşir-kalsit
təbaşir
təbaşirləmə
OBASTAN VİKİ
Kalsit
Kalsit – Ca [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Manqanlı, bariumlu, stronsiumlu, dəmirli, sinkli, kobaltlı, qurğuşunlu kalsitlər; islandiya şpatı – rəngsiz, şəffaf, irikristallik güclü ikiqat şüasındırma qabiliyyəti olan kalsit. == Xassələri == Rəng – adətən rəngsiz və südü-ağ rəngli, bəzən qatışıqlarla sarı, qırmızı, boz, yaşıl, qonur, qara kimi müxtəlif rənglərə boyanır. Rəngi bəzən zonal olur; Mineralın cizgisinin rəngi – ağ, boz; Parıltı – şüşə parıltısından sədəfiyədək, ayrılma müstəvilərində irizatsiya edən; Şəffaflıq – şəffaf, yarımşəffaf, qeyri-şəffaf; Sıxlıq – 2,6-2,8; Sərtlik – 3; Ayrılma – {1011} üzrə mükəmməl; Bölünmə – {0112}, bəzən {0001} üzrə; Sınıqlar – qeyri-hamar; pilləli; Lüminessensiya – nadir torpaq elementlərinin qarışığından asılı olaraq bəzən ağ, mavi, narıncı rəngdə lüminessensiya edir; Başqa xassələr – sıxıldıqda elektriklənir; Morfologiya – kristallar: tez-tez rast gəlir; skalenoedrik, lövhəvarı, romboedrik, prizmatik; mineralın çəkisi 30 tona çatan nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {0001} üzrə (o cümlədən polisintetik), nisbətən az hallarda {0112}və {1011} üzrə; Mineral aqreqatları: dənəvər, sıx, torpaqvari (dağ unu) kütlələr, druzalar, stalaktit və stalaqmitlər, oolitlər (oolit və ya kürü daşları), konkresiyalar, qabıqlar, məsaməli əmələgəlmələr (travertin), «mərmər oniksi» – incəzolaqlı yarımşəffaf sıx kütlələr, incəlifli (atlas şpat, papirşpat) əmələgəlmələr, qumlu kalsit – kristalın çəkisinin 60%-dək qum dənələri saxlayan kalsit (fontenblov qum-daşları), araqonit, gips, barit, selestin və b. üzrə psevdo-morfozalar. == Mənşəyi və yayılması == Poligen mineraldır. Kalsitin çox böyük kütlələri ekzogen şəraitlərdə biogen- və xemogen-çökmə yolla əmələ gəlir. Çökmə mənşəli kalsit əhəngdaşlarının, təbaşirin, mergellərin, əhəngli qumdaşlarının və başqa süxurların əsas tərkib hissəsidir. Mineralın biokimyəvi əmələgəlmələri balıqqulaqlı, mərcan əhəngdaşlarını və rifləri təşkil edir.
Təbaşir
Təbaşir — ovulan, ağ, bəzən sarımtıl yaxud bozumtul orqanik mənşəli əhəng daşı. Əsasən protozoyların (əsasən foraminifer) kiçicik, diametri 0,095-dən — 0,0047-dək mm diametrdə, balıqqulağılarından ibarətdir. Daha yaxın araşdırmalardan sonra məlum oldu ki balıqqulağıları əsasən Textularia və Rotalia və nisbətən daha az Globigerinaya aiddir. Təbaşir dövrünə aid, dərin dəniz çöküntüsü sayılır. Təbaşirin ən yaxın bənzəri qlobigerin lildir, lakin təbaşir adətən tamamilə foraminifer baluqqulağılarından ibarət deyil; onun daxilində tez tez xırda ovulmuş, lakin kristalik karbonat əhəngi tapırlar. Əsasən yazmaq üçün və tikintidə istifadə olunur.
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Təbaşir dövrü
Təbaşir dövrü — Mezozoy erasının sonuncu dövrü Yura dövründən sonra gələn dövr. Radioloji məlumatlara görə Təbaşir dövrü 145,5 milyon il bundan əvvəl başlamış, təqribən 66 miyon il əvvəl sona çatmışdır. 79 milyon il davam etmə müddəti ilə Fanerozoy eonunun ən uzun dövrüdür. Beynəxalq Statiqrafik Cədəldəki adı "cretaceous" Latın dilindəki "creta" təbaşir sözündən götürülüb. Buna səbəb dövrün ikinci yarısının təbaşirli çöküntülərin zəngin olması olub. Adı adətən alman dilinəki tərcüməsi olan "Kreide" sözünün baş hərfi - "K" kimi qısaldılır. == Tədqiqat tarixi == Müstəqil geoloji dövr kimi ilk dəfə 1822-ci ildə Belçika geoloqu Jan-Batist Omalius d’Allua tərəfindən Paris hövzəsinin təbəqələrini təsvir edərkən "Təbaşir relyefi" (Terrain Crétacé) adı ilə ayrılmışdır. Təbaşir adlanrıımasına səbəb Qərbi Avropada Üst Təbaşir aşlı süxurlarda təbaşirin (kalsium karbonat) üstünlük təşlik etməsi olub. "Cretaceous" sözü latın dilində "creta" təbaşir deməkdir. == Geologiya == === Stratiqrafik bölgülər === Təbaşir dövrü hər biri 6 mərtəbədən ibarət olan 2 şöbəyə bölünür: Alt və Üst.
Üst təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
взрыхля́ться выпира́ющий красне́ть не́христь оли́вка пому́чить свола́киваться тринитротолуо́ловый лесово́дческий перевоспита́ться популяризи́роваться прика́зчицкий реставра́ция патрахиль пена absorbency buttonholder Cathleen prizewinner unheeding wayless двояковогнутый раздобывать тепловозостроение толпа