tənbəllik
tənbölənli
OBASTAN VİKİ
Tənbölən
Tənbölən (lat. bi- "ikiqat" və sectio "bölmə") və ya "bucağın tənböləni" — başlanğıcı bucağın təpəsində olan və onu iki bərabər bucağa ayıran parçaya deyilir. Tənböləni bucağın daxilində yerləşən və onun tərəflərindən eyni uzaqlıqda olan nöqtələrin həndəsi yeri kimi də təyin etmək olar. Üçbucağın təpəsini onun qarşı tərəfi ilə birləşdirən və bu təpədəkı bucağı yarıya bölən parçaya üçbucağın tənböləni deyilir. Üçbucağın üç tənböləni var. Üçbucağın iki tənböləni bərabərdirsə, onda üçbucaq bərabəryanlıdır və digər tənböləni həm üçbucağın medianı, həm də hündürlüyüdür. Bunun tərsi də doğrudur: bərabəryanlı üçbucağın iki tənböləni bərabər, üçüncü tənböləni isə həm medianı, həm də hündürlüyüdür. Bərabərtərfli üçbucağın hər üç tənböləni bərabərdir. Bərabərtərəfli üçbucağın hər üç xarici bucağının tənböləni qarşı tərəfə paraleldir. .

Digər lüğətlərdə