TƏRLAN

is.
1. zool. Güclü dimdiyi və uzun qanadları olan yırtıcı quş.
Bir yanında tərlanlar, dumanlı dağlar; Bir yanda kəkliklər, ayna bulaqlar. M.Müşfiq.

// məc. Obrazlı təşbehlərdə.
Doğrudan da getdikcə Solmazın yeri görünür, o şux tərlanın səsi eşidilmirdi. S.Rəhimov.
[Natiq:] Ancaq heç biri mənim könlümün tərlanını ovlaya bilməz. B.Bayramov.

2. məc. Qoçaq, igid, zirək, qəşəng mənasında.
Misri qılınc bağlamışam belimə; Tərlanların tavarına gəlmişəm. Koroğlu”.
Əjdər o tərlanı basdı bağrına; Qadın tək ağlamaq gəldi arına. H.K.Sanılı.

// məc. Obrazlı təşbehlərdə qoçaq təyyarəçilərə verilən ad.
Uçun, tərlanlarım! Öpürəm sizi; Qəlbimdə döyünən saf qəlbinizi. S.Vurğun.

Синонимы

  • TƏRLAN TƏRLAN (quş ovlamaq üçün ələ öyrədilən ovçu quş) Səhər irişincə min nəğmə urar; Şahbazı, tərlanı bizim dağların (S

Этимология

  • TƏRLAN Güman edirəm ki, əsli turalan kimi olub, yəni “tura (dağ keçisinə) hücum edən” mənası ilə bağlıdır. (Bəşir Əhmədov
TƏRKÖYNƏK
TƏRLƏDİCİ
OBASTAN VİKİ
Tərlan
Tərlan — Azərbaycanda daha çox işlədilən kişi və qadın adı. Tərlan Əliyarbəyov — sovet hərbi xadimi. Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü Tərlan Musayeva — Sosialist Əməyi Qəhrəmanı; Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Tərlan Əhmədov — azərbaycanlı futbol mütəxəssisi Haşım Tərlan — şair. Tərlan Fərəcov Tərlan Fərzullayev — Aktyor. Koordinator.
Haşım Tərlan
Haşım Tərlan — şair. == Həyatı == Haşım Tərlan 1923-cü ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini burada almışdır. O, kiçik yaşlarından şeir yazmağa başlamışdır. Tərlanın ailəsi Cənubı Azərbaycanda olduğu üçün, 1938-ci ildə onlar İrana köçüb, Sərab şəhərinin yaxınlığında, ata-baba yurdları olan Zangilabad kəndində məskən salırlar. İkinci dünya müharibəsi dövründə Tərlan kəndi tərk edərək Tehrana köçür, orda bir müddət nəqar işləyir, sonra tikiş fabrikində işə düzəlir. 1946-ci ilin dekabrında Cənubi Azərbaycanda milli hərəkat boğulduğdan sonra Tərlan bir müddət həbsə alınır və sürgün olunur. Azad olandan sonra o, yaradıcılığını gah gizli, gah açıq şəkildə davam etdirir. H. Tərlan 1964-cü ildən etibarən Səlamullah Cavidin Tehranda təşkil etdigi "Dostlar görüşü" ədəbi məclisinə cəlb olunur, məclisin iclaslarinda fəal iştirak edir. Tərlanin ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların böyük rəğbətini qazanmışdır.
Tərlan (Komican)
Tərlan (fars. طرلان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 59 ailədə 62 nəfəri kişilər və 83 nəfəri qadınlar olmaqla cəmi 145 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Tərlan (balet)
Tərlan - Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet-tamaşa. Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunları iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunub. Kinolenti qalmayıb. Balaca qız Tərlan yuxuda onun qorxulu yaratıq tərəfindən təqib olunduğunu görür. Xeyir və Şər qüvvələrinin savaşının sonucu bəllidir: cəsarətli oğlan uşağı qalib gəlir və qızı xilas edir.
Tərlan (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Tərlan (Komican) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. Digər Tərlan (quş) — yırtıcı quş Tərlan (balet) — Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet.
Tərlan Amanaliyev
Tərlan Atakişiyev
Tərlan Eyniyev
Tərlan Fərzullayev
Tərlan Yaşar oğlu Fərzullayev — aktyor. Əksər tamaşaçılar onu "Bacanaqlar" teleserialından tanıyır. ", "Qonşular", "Aramızda qalsın","Üç Bacı","Qız Atası" teleseriallarında çəkilmişdir. Tərlan Fərzullayev 20 iyul 1979-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur. Evlidir. O, 28 aprel 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Tərlan Fərəcov
Fərəcov Tərlan Hüseyn oğlu — texnika elmləri doktoru Fərəcov Tərlan Hüseyn oğlu Azərbaycan Respublikasının Puşkin rayonunda anadan olmuşdur. 1955-ci ildə "Neft yataqlarının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1955-1958-ci illərdə "Gürganneft" trestində müxtəlif vəzifələrdə işləmişdir. 1958-1968-ci illərdə AzETNÇİ-da böyük mühəndis işləmişdir. 1963-cü ildə "Quyuların qazılması zamanı elastik-plastik süxurların mexaniki xassələrinin və səmərəli dağılmasının tədqiqi" mövzusunda namizədlik, 1968-ci ildə isə "Böyük dərinliklərdə qazıma zamanı dağ süxurlarının dayanıqlığı və dağıdılması proseslərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1994-cü illərdə Fərəcov T.H. həmçinin AzNKİ-nun "Nəzəri mexanika" kafedrasında pedaqoji fəaliyyət göstərmiş, "Maşın və mexanizmlər nəzəriyyəsi" kafedrasının müdiri olmuşdur. Fərəcov T.H. dağ süxurlarının dağılması mexanikası sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft və qaz quyularının qazılması zamanı dağ süxurlarının dağılması və deformasiyası məsələlərinin tədqiqi. Fərəcov T.H. 45 elmi məqalənin və 1 monoqrafiyanın müəllifidir.
Tərlan Fətullayev
Tərlan Göyçəli
Tərlan Göyçəli — Aşıq Pəri Məclisinin üzvü Tərlan Göyçəlinin Göyçə aşıqları haqqında silsilə oçerkləri və bir çox tarixi, elmi və publisist əsərləri aşıq sənətinin öyrənilməsinə həsr olunmuşdur. Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. 246 səh. Tərlan Göyçəli. "Ömrümün mənası dağlarda qaldı". Bakı.
Tərlan Gülüşov
Tərlan Kərimov
Tərlan Eldəniz oğlu Kərimov (1986) — azərbaycanlı cüdoçu. Tərlan Daşqın oğlu Kərimov (1992-2020) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.
Tərlan Musayeva
Tərlan Musayeva (Musayeva Tərlan Həsən qızı; 22 yanvar 1955, Kələntərli, Bərdə rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Prezident təqaüdçüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü. 22 yanvar 1955-ci il tarixində Azərbaycan Respublikasının Bərdə rayonu Kələntərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Tərlan Musayeva 1972-ci ildə Mirbəşir (indiki Tərtər) şəhəri 1 saylı orta məktəbini bitirmiş, həmin ildə Bərdə rayonunun 105 saylı kənd texniki peşə məktəbinə daxil olmuşdur. 1973-cü ildə peşə məktəbini sürücü mexanik ixtisası üzrə bitirərək, Bərdə rayonu "Kommunizm" kolxozunda mexanizator kimi əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətində fərqləndiyinə görə dövlət tərəfindən "Qırmızı əmək bayrağı" ordeni, Xalqlar dostluğu ordenləri ilə təltif edilmiş, həmçinin Azərbaycan SSRİ və SSRİ Lenin komsomolu mükafatlarına layiq görülmüşdür. Eyni zamanda, Xalq nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarını almışdır. Habelə, Paşa Angelina, Tursnoy Axundova və Sevil Qazıyeva adına mükafatlara və bir neçə fəxri fərmanlara layiq görülmüşdür. 1980-ci ildə kinorejissor Yalçın Əfəndiyev tərəfindən Tərlan Musayeva haqqında sənədli film çəkilmişdir. Tərlan Musayeva 23 yaşında SSRİ Ali Sovetinin (X–XI çağırış) ən gənc deputatı olmuşdur. 1995-ci ildə 56 saylı Bərdə rayon seçki dairəsindən majoritar qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Tərlan Rəsulov
Tərlan Aqşin oğlu Rəsulov (27 avqust 1968, Bakı) – Azərbaycan teatr rejissoru, Azərbaycanda ilk interaktiv teatr olan dOM Müstəqil Teatrının (dOM Teatrı) yaradıcısı və rəhbəri, spontan aktyorluq metodunun müəllifi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mədəniyyət Mərkəzinin müdiri, Aktyor və rejissor hazırlığı üzrə Eksperimental Teatr laboratoriyasının rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tərcüməçi, prodüser. Azərbaycan Respublikası Mədəniyyət nazirliyi yanında Ekspert Şurasının üzvü. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. Beynəlxalq teatr festivallarının iştirakçısı və laureatı. "MANIFEST XXL Teatr. Gələcəyə qayıdış"ın müəllifi. Tərlan Rəsulov 27 avqust 1968-ci ildə Bakı şəhərində aktyor, vokalçı və pedaqoq Aqşin Rəsulov ailəsində anadan olub. Babası Dadaş Rəsulzadə Cənubi Azərbaycanda, Ərdəbil şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul imtahanlarından uğurla keçərək həyat təcrübəsi qazanmağa üstünlük verib. 1986–88-ci illərdə Sovet Ordusunda, Almaniyada Məhdud Sovet Kontingenti sıralarında xidmət edib.
Tərlan Seyidov
Tərlan Mir Əşrəf oğlu Seyidov (19 yanvar 1943, Bakı – 1 fevral 2023, Bakı) — musiqişünas, pianoçu, pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru və professoru. SSRİ Bəstəkarlar İttifaqının üzvü. Tərlan Seyidov 1943-cü ildə Bakıda həkimlər ailəsində doğulub. 1966-cı ildə Bakı Musiqi Akademiyasının fortepiano sinfini bitirib. 1971–72-ci illərdə Gnesinlər adına Moskva Musiqi İnstitutunda təcrübə keçmişdir. 1976-cı ildə Moskva Dövlət Konservatoriyasında ixtisasartırma kursunu bitirmişdir. 1980-ci ildə Orta İxtisas Musiqi Məktəb-Studiyasını yaradıb və ona rəhbərlik edib. Həmin ildə Bakı Musiqi Akademiyasının Uşaq Opera Teatrını yaradıb və onun bədii rəhbəri olub. 100-ə qədər pianoçu yetişdirib. O, Azərbaycan fortepiano mədəniyyətini dərindən araşdıranlardan biri idi.
Tərlan Qasımzadə
Tərlan İlqar oğlu Qasımzadə (1 yanvar 1995, Lənkəran) — Azərbaycanlı futbolçu-qapıçı. Azərbaycan Premyer Liqasının "Kəpəz" komandasında çıxış edir. 1995-ci il yanvarın 1-də Lənkəran şəhərində anadan olan Tərlan Qasımzadə 13 yaşında futbol oynamağa başlayıb. Futbolçunun ilk məşqçisi Namiq Qarayev olub. 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Tərlan Qasımzadə 13 yaşından "Xəzər-Lənkəran" futbol klubunun az yaşlı yığmasında çıxış etməyə başlayıb. 2010-cu ildə əsas komandada oynamışdır. 2013–2014-cü illərdə hərbi xidmətdə olarkən ÇSKA-nın sıralarına yazılsa da, icarə əsasında Lənkəran klubunda oynamağa davam edib. 2015-ci ilin iyununda "Xəzər-Lənkəran" futbolçu ilə müqaviləni daha üç il uzadıb. 2016–2017-ci mövsümündə AZAL-da çıxış etsə də, çempionatda cəmi 1 oyun keçirib.
Tərlan Məmmədhüseynov
Tərlan Əhmədli
Tərlan Əhmədli - Azərbaycan Premyer Liqasında Araz-Naxçıvan klubunun qapıçısı kimi çıxış edən azərbaycanlı peşəkar futbolçu . == Kariyera == 2013-cü il 20 dekabrda "Sumqayıt" komandasının heyətində "Xəzər Lənkərən"a qarşı oyunda debüt edib. Azərbaycan Premyer Liqasında "Sumqayıt", "Sabah", "Qəbələ", "Turan-Tovuz" və "Araz-Naxçıvan"da çıxış edib.
Tərlan Məmmədov
Tərlan Məmmədov (bioloq)
Tərlan Novruzov
Novruzov Tarlan Cabbar oğlu — ədəbiyyatşünas, 1993-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1993), professor (1995). Tərlan Novruzov 1947-ci il yanvarın 20-də Yardımlı rayonundakı Bürzümbül kəndində kolxozçu ailəsində doğulmuşdur. Yardımlı rayonundakı M.F.Axundov adına orta məktəbi bitirmişdir (1963). Sonra həmin rayonda birillik pedaqoji kursu bitirmişdir (1964). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində təhsilini davam etdirmişdir (1965-1969). İnstitutun Azərbaycan dilçiliyi kafedrasında assistent, sonra müəllim vəzifəsində işləmişdir (1969-1974). Orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim (1974-1983), M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasında baş müəllim olmuşdur (1984). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan, rus və xarici ölkələr ədəbiyyatı kafedrasında baş müəllim, dosent vəzifələrində çahşmışdır (1985-1993). Hazırda həmin kafedranın professorudur (1993-cü ildən). Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbiyyatşünas kimi elmi tədqiqatla məşğul olmuşdur.
Tərlan Novxanı
Tərlan Novxanı (16 oktyabr 1985, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni, aktyor, bəstəkar. Cavadov Tərlan Xanlar oğlu 16 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1990-1999-cu illərdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən, 20 Yanvar qurbanı Rüstəm Əliyevin adını daşıyan 3 №-li tam orta məktəbdə oxuyub. 1999-2003-cü illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin avtonəqliyyat fakültəsində, 2003-2008-ci illərdə isə Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətini keçərək, baş əsgər rütbəsini alıb. Tərlan Novxanı 2005-ci ildə ailə həyatı qurub və iki övladı - bir oğlu və bir qızı var. 14 yaşından meyxana oxumağa başlayıb. İlk ustadı - meyxanaçı Oqtay Kamil olub. 15-16 yaşlarında toy mərasimlərində ifaçılıq etməyə başlayıb. Professional meyxanaçı karyerası 2005-ci ildə başlayıb.
Tərlan Poladov
Tərlan Mollaçı oğlu Poladov (d.8 iyun 1968, Azərbaycan, Bakı) — sambo və cüdo güləşi üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının "əməkdar məşqçisi". 1968-ci il iyun ayının 8-də Azərbaycan Respublikasının Bakı şəhərində dünyaya gəlib. 1986-cı ildə 53 nomrəli orta məktəbi bitirib. 1986–1993-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdır. Evlidir, üç övladı var. Cüdo və samboda beynəlxalq dərəcəli idman ustasıdır. SSRİ yığmasının tərkibində bir sıra yarışların qalibi və mükafatçısı olub. 1992-ci ilin iyun ayının əvvəllərində Ukraynanın paytaxtı Kiyev şəhərində sambo üzrə Avropa çempionu olmuşdur. (Zülfiyyə Hüseynova və Ceyhun Məmmədovla birgə) 1993-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində cüdo güləşindən idman növündən Avropa ikincisi olub. Hal-hazırda Azərbaycan Cüdo Federasiyasının "Regionlarda cüdonun inkişafı" sektorunun müdiridir.
Tərlan Qasımov
Tərlan Qasımov (5 may 1974, Ucar rayonu) — ictimai xadim, "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri, "Kaspi" qəzetinin və jurnalının Arxangelsk vilayətində təsisçisi. Tərlan Qasımov 1974-cü il mayın 5-də Ucar rayonunun Qəzyan kəndində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Sosial-Siyasət Universitetinə daxil olmuşdur. 1997-ci ildən Rusiyanın Arxangelsk şəhərində yaşayır və işləyir. 2015-ci ildən "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının İdarə Heyətinin sədri olmuşdur. Ailəlidir, iki övladı var. Arxangelsk vilayətinin qubernatoru İqor Orlovun başçılığı ilə Arxangelsk vilayətinin nümayəndə heyəti 2016-cı ildə Arxangelsk vilayətinin "Azərbaycan diasporu" təşəbbüsü ilə Bakıda keçirilən VII Rusiya-Azərbaycan Regionlararası Forumunda rəsmi olaraq iştirak edib. Diaspor, həmçinin, mayın 1-də və 9-da Rusiya tətillərinin qeyd olunmasında fəal iştirak edib, burada Azərbaycan diasporunun nümayəndələri ölümsüz alayın hərəkətinə qatıldılar. Azərbaycan diasporu şəhərin gününə, milli birlik günü, onun mədəniyyətini və milli irsinin müxtəlifliyini layiqincə təqdim edən tədbirlərdə iştirak etdi. 2016-cı ildə Arxangelsk vilayətinin Hökumətinin dəstəyi ilə Arxangelsk vilayətindəki Azərbaycan mədəniyyətinin günləri açıqlanıb.
Məmmədağa Tərlanov
Məmmədağa Əlibaba oğlu Tərlanov (16 mart 1918, Bakı – 9 dekabr 1988, Bakı) — Azərbaycan təsviri və tətbiqi sənətinin tədqiqatçısı, sənətşünas alim, professor, müəllim, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. 1918-ci il martın 16-da Bakıda dünyaya göz açmışdır. Əslən Bakının Novxanı kəndindən olan rəssam 1936-cı ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirmiş, 1938-ci ildən 1941-ci ilədək SSRİ Rəssamlıq Akademiyasında təhsil almışdır. Böyük Vətən müharibəsinin başlanması ona təhsilini davam etdirməyə imkan verməmişdir. Həmin ilin iyun ayında cəbhəyə yollanmışdır. 1945-ci ilin əvvəllərində cəbhədə ayağından ağır yara alan Məmmədağa əvvəlcə Moskvaya, müalicə aldıqdan sonra isə Bakıya qayıdıb. Həmin il Azərbaycan Dövlət İncəsənət Muzeyinin elmi katibi vəzifəsinə təyin olunub. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1952-ci ilin iyun ayında isə sədri seçilib və 10 il bu vəzifədə çalışıb. O, eyni zamanda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyib. 1947–1951-ci illər olduqca ağır, gərgin zəhmət tələb edən dövr idi.
Tərlan Musayeva (film, 1980)
Tərlan Rzayev (əsgər, 2003)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Tərlan Kərimov (baş leytenant)
Tərlan Kərimov (cüdoçu)
Tərlan Kərimov (14 sentyabr 1986, Sumqayıt) — Azərbaycanı təmsil edən samboçu və cüdoçu, sambo üzrə Avropa Çempionatlarının qalibi. Tərlan Kərimov 2008-ci ildə Tbilisi şəhərində (Gürcüstan) sambo üzrə Avropa Çempionatının bürünc medalına sahib oldu. Bir il sonra, 2009-cu ildə isə Tərlan Kərimov Milan şəhərində (İtaliya) baş tutan sambo üzrə Avropa Çempionatının qalibi oldu. Sambo ilə paralel olaraq Tərlan Kərimov cüdo ilə də məşğul olurdu. 2008, 2009 və 2010-cu illərdə Tərlan Kərimov cüdo üzrə Azərbaycan Çempionatlarını qızıl medallarla başa vurdu. 2010-cu ildə Tərlan Kərimov həm də Avstriyanın Vyana şəhərində və Misirin Qahirə şəhərində baş tutan IJF World Cup seriyalı beynəlxalq turnirlərdə müvafiq olaraq bürünc və gümüş medallara sahib oldu. 2011-ci ildə Tərlan Kərimov yanvarda Azərbaycanda IJF World Masters beynəlxalq turnirini bürünc medalla başa vurdu. Daha sonra isə Tərlan Kərimov apreldə İstanbul şəhərində baş tutan Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Həmin ilin avqustunda Tərlan Kərimov həm də Paris şəhərində Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Tərlan Kərimov 2012-ci ilin mayında Azərbaycanda IJF Qran-Pri beynəlxalq turnirində bürünc medala sahib oldu.

Значение слова в других словарях