TƏSBİH

namaz kimi ibadətlərdə Allahın ucalığını vurğulayan “Sübhanallah” sözünü zikr etməkdir. Bu barədə Quran ayəsi də mövcuddur (17: 44). Təsbih adlanan nafilə namazı da vardır. Bu namazı günahların bağışlanmasını diləmək üçün qılmaq tövsiyyə edilir.
TƏRİQƏT
TƏSƏVVÜF
OBASTAN VİKİ
Təsbih
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
Fatimə təsbihatı
Fatimə təsbihatı — şiələrə görə hər namazdan sonra deyilməsi müstəhəb olan dua. == Demək sifarişi == Fatimənin təsbihatı belə deyilir 34-dəfə:Allahu Əkbər (ərəb. ٱللَّٰهُ أَكْبَرُ‎) 33-dəfə:Əlhəmdulillah (ərəb. ٱلْحَمْدُ لِلَّٰهِ‎) 33-dəfə:Sübhənəllah (ərəb. سُبْحَانَ ٱللَّٰهِ‎) == Tasbihat deyilməsinin şərtləri == Hz. Zəhranın (s) təsbihini deməyin şərtləri vardır: Hər şeydən əvvəl, sayısı nə azaldılmalı, nə də artırılmalıdır. Yəni sıra və sayı belə olmalıdır: "Allahu Əkbər" əvvəl 34 dəfə, sonra 33 dəfə "əl-Həmdulillah" və son olaraq 33 dəfə "Subhanallah" deyilməlidir. Buna görə də, müstəhəb bir iş olsa belə, sayında heç bir dəyişiklik olmadan olduğu kimi söylənilməlidir. İkincisi: zikir ürəkdən deyilməlidir. Üçüncüsü: təsbeh namazdan dərhal sonra olmalıdır.

Digər lüğətlərdə