Ulduz Rəfili
Ulduz Saleh qızı Rəfili (15 dekabr 1922, Goranboy, Gəncə qəzası – 8 yanvar 2006, Bakı) — rejissor, əməkdar incəsənət xadimi, professor
Ulduz Saleh qızı Rəfili 15 dekabr 1922-ci ildə Goranboy rayonunun Borsunlu kəndində doğulub. 12 yaşı olanda nəsilləri sovet repressiyasına məruz qalıb və o, böyük bacısı Səmayə xanımla 1934-cü ildə Bakıya köçüb.
Ulduz xanımın öz əli yazdığı avtobioqrafiyasında oxuyuruq: "Atam Saleh Əliyev hələ mən dünyaya gəlməmiş vəfat etmişdir.
Daha sonra Ulduz xanım Moskvada Dəmiryolu Nəqliyyatı üzrə Mühəndislər İnstitutuna daxil olmuş, orada oxumaqla yanaşı, Moskva metropolitenində stansiya növbə rəisi və elektrik qatarında maşinist kimi çalışmışdır.
Ulduz Rəfili müharibə bitdikdən sonra Bakıya qayıtmış, burada indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir. Həmin müddətdə də təhsil almaqla yanaşı, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsləhətçi və o zamankı Kitabxanaçılıq Texnikumunda pedaqoq kimi fəaliyyət göstərmişdir.
O, ali məktəbi bitirdikdən sonra 1951-ci ildə ilk Azərbaycan qadın teatr rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində fəaliyyətə başlayıb.
1972–1975-ci illərdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru kimi fəaliyyət göstərib. Burada həm Azərbaycan, həm də rus bölmələrində tamaşalar hazırlayıb, onlara quruluş verib.
U.Əliyeva 50-dən artıq tamaşaya — "İkinci ailə" (1954), "Ayrılan yollar" (1957), "Durna qatarı" (1958), V.Hüqo "Qavroş" (1959), "Ümid nəğməsi" (1959), "Hünər" (1963), S.Qədirzadə "Şirinbala bal yığır" (1965), "Xoruz" (1965), X.Əlibəyli "Dovşanın ad günü" (1966), C.Məmmədov "Dan ulduzu" (1967), K.Qaldoni "İki ağanın bir nökəri" (1968), M.Təhmasib "Rübailər aləmində" (1968), Anar "Ötən ilin son gecəsi" (1968), S.Sani Axundov "Qaraca qız" (1971), X.Əlibəyli "Aycan" (1973), Ə.Əylisli "Mənim nəğməkar bibim" (1975) və s.