Verirlər - al, döyürlər - qaç.

Lit. When one gives you, take it, when one beats you, run away. = Дают бери, бьют беги.
vergiləri ödəmək
veto qoymaq
OBASTAN VİKİ
Gizlən qaç
Gizlən qaç və ya gizlənpaç — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyun. == Ümumi məlumat == Bu oyun qədim uşaq oyunlarından biridr. Bu oyun bəzi bölgələrdə "Gizdilim paç", "Gizlən paç", "Gildirimparç", "Gizlinpaç", "gizlənqaç", "Qaçgizlən", "Gizlilimpars" (Muğan), "gizlənparç", "gizdələnparç", "gildirimparç" (Naxçıvan), "yaşınbacı", "yeşinbac", "yeşinbaba", "yeşinbabaş", "saxlanbac", "salanbac" (Şimal-qərb rayonlarımız), "Çapbakal" (Oğuz), Azərbaycanın cənub bölgələrində, əsasən də Cənubi Azərbaycanda "Gizdilim palanc" adlandırılsada Azərbaycanın bir çox ərazilərində əsasən "Gizlən qaç" adlandırılır. == Oyunun qaydaları == Bir dəstə uşaq yığışıb oyuna başlayırlar. Oyuna başlamazdan onlar dairə şəkili alır, yavaşca hamıdan yaşca böyük olan oyunçu uşaqları bir-bir sağdan-sola və ya soldan-sağa barmaqla göstərərək aşağıdakı sözləri deyir. Burada "lıd" hecası hansı oyunçuya düşərsə, o, püşkün şərtlərinə görə müəyyən olunmuş yerdə (mətə) gözlərini yumur, qalan oyunçular isə ətrafa səpələnib müxtəlif yerlər də gizlənirlər. Hamı gizlənəndən sonra, gözünü yuman oyunçu gözlərini açıb gizlənən oyunçuları axtarmağa başlayar. Əgər gizlənən oyunçulardan hansı biri axtaranın nəzərini yayındırıb cəld müəyyən olunan yerə (mətəyə) əlini vurarsa, o, göz yummaq işindən azad olur. Sonra o, qalan oyunçulara köməklik məqsədilə şərti işarə ilə yoldaşlarına aşağıdakı üsulla kömək edə bilər: — "Alma" desəm gəl, "Armud" desəm qal. Bununla da o, axtaran oyunçu durduğu yerdən uzaqlaşanda, "Alma!" – deyib yoldaşlarını pusqudan çıxmağa tələsdirir.
Qaç, Melos!
Qaç, Melos! (走れメロス, Haşire Merosu) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış novella. İlk dəfə 1940-cı ildə nəşr olunmuşdur. Yaponiya məktəblərində oxu materialı kimi tədris olunur. Novellanın əsas mövzusu dostluğa olan inamdır. == Məzmun == Melos ədalət anlayışı yüksək olan gənc, sadəlövh çobandır. O, insanlara güvənmədiyi üçün ailə üzvləri daxil olmaqla bir çox insanı öldürmüş tiran kral Dionisin torpaqlarında yaşayır. Melos kralın əməllərindən xəbər tutanda qəzəblənir və ona sui-qəsd təşkil etmək qərarına gəlir. Gizli şəkildə kralın Sirakuzda yerləşən qəsrinə daxil olsa da, yaxalanır və kralın hüzuruna gətirilir. Melos kralı öldürməyi planlaşdırdığını etiraf etsə də, kiçik bacısının toyunu təşkil etmək üçün edamının 3 günlüyünə təxirə salınmasını xahiş edir.
Qaç, Lola, qaç (film, 1998)
Qaç, Lola qaç (alm. «Lola rennt»‎) — alman kinorejissoru Tom Tıkverin filmi. Film kompüter oyunu əsasında qurulub. Burada əsas film qəhrəmanına bir neçə həyat (cəhdlər) verilir. Lakin kompüter oyunundan fərqli olaraq, burada nə baş qəhrəman, nə də tamaşaçılar əvvəlcədən bu barədə bilmir. Lolanın (Franka Potente) boyfriendi Manni (Moritz Bleibtreu) qaçaqmalçılıq sazişi bağlayır və o 100 min markanı boss Ronniyə çatdırmalıdır. Lola motorollerlə onu təyin olunmuş yerə özü aparacağını söz verir. Amma motorolleri oğurlayırlar və o metro ilə getməli olur. Burada Manni həlledici bir səhv eləyir — o pulla dolu paketi metroda qoyur. O tez taksofona girərək Lolaya zəng vurur və ona başa salmağa çalışır: əgər həmin pulları əldə edə bilməzsə, onu öldürəcəklər.
.al
.al — Albaniyanın internet kodu.
Dəsmal aldı, qaç
Dəsmal aldı, qaç - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun quruluşu == Bu oyun əsasən iki variantda oynayırlar. Birinci üsul. Uşaqlar dairəvi şəkildə yerə oturub, ortada dayanan başçıya baxırlar. Bir uşaq dairə boyunca qaçır və dəsmalını oyunçulardan birinin arxasında gizlincə yerə qoyur. Başçı uşaqlardan soruşur: - Dəsmal kimin arxasındadır? Uşaq dəsmalın öz arxasında qoyulduğunu bilməsə onu ortaya salır, bir-birinin üstünə itələyirlər. Döyülən uşaq başqa birisinin üstünə yıxıla bilsə onu azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya çıxarıb təpiklə vururlar. Belə-belə uşaqlar hamısı ortaya çıxmalı olur. Özünü möhkəm müdafiə edib ortaya çıxmayan qalib gəlir..
Al-qırmızı
Al-qırmızı — qeyri-spektral rənglər qrupundan biri. Onun üçün təbii standart rəng bənövşəyi rəngdir, bu rəng, mavi (ya da bənövşəyi) rəngin qırmızı ilə qarışdırılması ilə əldə edilə bilər. Kolorimetriyada, bənövşəyi rəng mavi və ya tünd qırmızı ilə qarışdırmaqla əldə edilən bir sıra rəngə aiddir. == Ədəbiyyat == Ball, Philip. Bright Earth, Art and the Invention of Colour. Hazan (French translation). 2001. ISBN 978-2-7541-0503-3. Heller, Eva. Psychologie de la couleur: Effets et symboliques.
Al Ana
Al Bano
Al Bano(Al Bano Karrizi) 20 may 1943) — məşhur İtalyan müğənnisi, aktyor və şərabçı. == Həyatı == Al Bano Karrizi 1943-cü ildə İtaliyada Puglia bölgəsinin Brindisi vilayətində çox kasıb italyan ailəsində doğulub. Anası evdar qadın Atası əkinçilik və maldarlıqla məşğul olurdu. Anası İolanda Ottino ona Albano adını verdi, çünki o, doğulduğu zaman, atası Carmelo Karrisi II Dünya müharibəsi dövründə Royal İtaliya Ordusu üçün Albaniya ilə döyüşürdü. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Albanonun digər qardaşı isə tanınmış pop musiqiçisi Franko Karrisdi. Al Bano müğənnilik fəaliyyətinə qədər ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyib. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlirO, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir.1966-cı ildə müğənni olaraq, Delle Rose-de və televiziyada yayımlanan musiqi festivalında çıxış edir,1968-ci ildə "Pensando a te" qrupu ilə birlikdə İtalyan mahnısı olan "L'Estate" Disko musiqisi ilə birciliyi qazanır. O, "La siepe" və "Nel sole" kimi bir sıra böyük hitləri qeyd etdi. "Nel sole" 1967-ci ildə üç ay azadlıq dövründə İtaliyada 600 min nüsxə satdı və nəticədə 1 milyondan çox nüsxə və 1968-ci ilin iyulunda qızıl diskə layiq görülmüşdür.
Al Bayda
Əl-Bayda (ərəb. البيضاء‎) — Liviyanın şimal-şərqində şəhər. Əl-Cəbəl əl-Əxdar rayonunun mərkəzi və Liviyanın ikinci böyük şəhəri. Əhalisi təxminən 250,000 nəfərdir (2010). Əl-Bayda Liviyanın ən böyük dördüncü şəhəridir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Əl-Bayda ilə əlaqəli mediafayllar var.
Al Fursan
Al Fursan (ərəb. ﺍﻟﻔﺮﺳﺎﻥ‎) (azərb. Cəngavərlər‎) – Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Təməli 2010-cu ildə qoyulmuşdur. Şou təyyarəsi olaraq Aermacchi MB-339 istifadə olunur. Komandada 10 ədəd təyyarə var və onlardan 7si şou zamanı istifadə olunur. Təyyarələr qara və qızılı rənglərə boyanıb. Bu rənglər səhra və onun altında yatan nefti təmsil edir. Şou zamanı BƏƏ bayrağının rənglərini əks etdirmək üçün qırmızı, ağ, qara və yaşıl tüstüdən istifadə olunur. Şou zamanı qara tüstüdən istifadə edən yeganə komandadır.
Al Jazeera
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. == Tarixi == Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.
Al Kapone
Al Kapon, tam adı Alfons Qabriel "Böyük Al" Kapone (it. Alphonso Gabriel "Great Al" Capone; 17 yanvar 1899[…], Bruklin, Nyu-York ştatı – 25 yanvar 1947[…]) — Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik etmişdir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının çətin günlər yaşadığı 1930-cu illərdə güc qazanmağa başlamış, ən əsası içkilərə qoyulan qadağalardan məharətlə istifadə yayınmış, bununla öz maddi imkanını dəfələrlə artırmışdır. Al Kapone 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. Onun valideynləri — atası Qabriel Kapone (12 dekabr 1864 – 14 noyabr 1920) və anası Teresina (28 dekabr 1867 – 29 noyabr 1952) İtaliya köçkünləri idi. Onun atası, Qabriel, Neapol ətrafındakı Kastellammare-di-Stabia şəhərində bərbər, anası Teresina isə dərzi idi. Qabriel və Teresinanın doqquz uşaqları var idi: Alfons, Ceyms, Rafael, Salvatore, Con, Albert, Metyu, Roza və Mafalda. Kapone ailəsi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkun Bruklin məhəlləsinə köçür və Qabriel Kapone bərbər dükanı açır. Alfonsun 11 yaşı olanda ailə yenidən köçərək Bruklinin başqa bir hissəsində məskunlaşır.
Al Leonq
Albert Al Leonq və ya Al "Ka Bong" (ing. Al Leong, 30 sentyabr, 1952, ABŞ) — ABŞ aktyorudur və döyüş sənətləri ustasıdır. Şimali Şaolin Kunq Fusu, Taekvondo, Kali və Ciu-Citsu kimi döyüş növləri ilə məşğul olub. Filmlərdə əksər rolunu mənfi xarakter kimi çıxış edib.
Al Paçino
Alfredo Ceyms "Al" Paçino (ing. Alfredo James "Al" Pacino; 25 aprel 1940[…], Manhetten, Nyu-York ştatı) — italyan əsilli ABŞ aktyoru, rejissoru, ssenaristi və prodüseri. O, həm də teatr aktyoru kimi tanınır. "Qadın ətri" filmində oynadığı rola görə "Oskar" mükafatına layiq görülüb. == Həyatı == Al Paçino 25 aprel 1940-сı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub. Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət "Xaç atası" filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967—1969-cu illərdə Nyu-York polisi (N.Y.P.D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə "Xaç atası" filmində Maykl Korleonenin rolunu canlandırıb.
Al dərəsi
Al dərəsi (fars. دره آل‎) — İranda dərə. Al dərəsi Məşhəddən 45 kilometr (28 mil) şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən yüksəklikyi 1,998 metrdir. == Xüsusiyyətləri == Al vadisi mənbəyi Həzar Məscid dağlarında olan şəlalələrə malidir. Vadidə 5 şəlalə mövcuddur, lakin burada su axını yalnız güclü yağışlar zamanı baş verir.
Al-Shehbaz
İhsan Əl-Şehbaz (ing. Ihsan Al-Shehbaz, 1939, İraq) — İraq mənşəli ABŞ botaniki, Harvard Universitetinin fəlsəfə üzrə doktoru; Kələmçiçəyikimilər bitki fəsiləsinin sistematikası üzrə mütəxəssisdir. == Elmi işləri == K. Mummenhoff, & O. Appel 2002. Cardaria, Coronopus, and Stroganowia are United with Lepidium (Brassicaceae) // Novon 12:5–11 2003 Notes on some species of Stroganowia transferred to Lepidium (Brassicaceae)//Harvard Papers in Botany, 7, 465–466. M. A. Beilstein, & E. A. Kellogg 2006. Systematics and phylogeny of the Brassicaceae (Cruciferae): an overview Pl. Syst. Evol. 259: 89–120 Beilstein M, Al-Shehbaz IA & Elizabeth A. Kellogg 2006. Brassicaceae phylogeny and trichome evolution.
Al yelkənlər
Al yelkənlər - Aleksandr Qrinin 1916-1922-ci illər arasında qələmə aldığı kiçikölçülü romantik sevgi macərası üzərində qurduğu romanı. Hadisələrin gedişin əsərin qəhrəmanlarının, hiss edilmədən bütün gözəl arzuların çin olduğu bir aləmə aparıb çıxarır. Kitabdakı bütün hadisələr tamamilə Aleksandr Qrinin təxayyülünün məhsulu olub, hər hansı real hadisəyə söykənmir. Kitab əsasında çoxsaylı teatr tamaşaları hazırlanmış, musiqi əsərləri bəslələnmiş və film çəkilmişdir. == Personajlar == Matroq Lonqren Menners Assol - Lonqrenin tək övladı Artur Qrey Lilian Qrey - ana Cim - Qreylərin mehtəri Betsi - Qreylərin qulluqçularından biri Kapitan Qop Letika - matros Xin Menners - mehmanxanaçı Panten - kapitan (Qreyin) köməkçisi Tsimmer - "Nağd pul" meyxanasında dənizçləri əyləndirən skripkaçı Duss - Tsimmerin iş ortağı Atvud - bosman Frits - təbilçi == Xarici dillərə tərcümə == Hekayə ingilis, alman, ispan, poland, ukrayna, belarus, yunan, italiya, çin, macar, bolqar, vietnam, türk və s. dünya dillərinə tərcümə olunmuşdur.
AL Market
Marqarita Al
Marqarita Al (rus. Маргари́та Ви́кторовна Аль 7 oktyabr 1959, Almatı) — rus və qazax şairəsi, filosof, rəssam, nasir, ədəbiyyatşünas, metametafor və rus kosmizminin tədqiqatçısı, Avrasiya Xalqları Assambleyasının ədəbi şurasının sədri, Avrasiya xalqlarının mədəni layihələrinin inkişafına yardım fondunun "LIFFT" pezidenti, Ümumdünya Yazıçılar Təşkilatının "WOW" prezidenti (2023), peşəkar rəssamlar Yaradıcılıq Birliyinin üzvü, beynəlxalq PEN təşkilatının üzvüdür. Poetik janrda 10 şerin müəllifi kimi şöhrət qazanmışdır. Futurist Vasili Kamenskinin instalyasiyalarının ənənələrini davam etdirərək, poetik səhnələr yaratmışdır. Oljas Süleymenov, Konstantin Kedrov və Aleksander Oçhirov onun ədəbi və ictimai fəaliyyətində müəllimləri və mentorları hesab olunur. == Həyatı == 7 oktyabr 1959-cu ildə Qazaxıstan SSR-nin SSRİ Alma-Ata şəhərində anadan olmuşdur. 1990-cı ildə Avrasiya Milli Universitetini bitirib. 1997-ci ildə SSRİ parçalanandan sonra Moskva şəhərinə köçüb. 2005-ci ildən Poeziya və Fəlsəfə Akademiyasında. 2023-cü ildən Maksim Qorki adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərir.
Qisas al
Qisas al (ing. Do Revenge) — 2022-ci ildə ekranlara çıxan yeniyetmələr üçün nəzərdə tutulmuş amerikan qara komediya filmi. Filmin rejissoru Cennifer Kaytin Robinson, eyni zamanda senarini Selest Ballard ilə birlikdə yazmışdır. Film qismən Alfred Hiçkokun "Qatardakı qəriblər" (1951) filmindən və Patrisiya Haysmitin eyniadlı kitabına əsaslanır. Premyerası 16 sentyabr 2022-ci ildə Netflix-də baş tutub və tənqidçilər tərəfindən müsbət qarşılanıb. Filmin rejissoru 1990-cı illərin məşhur orta məktəb filmlərindən, özəlliklə "Heathers" və "Yaramaz qızlar" kimi klassiklərdən ilhamlanıb. Yay düşərgəsində tanış olan və onlara qarşı pis rəftar edənlərdən qisas almaq üçün dostlaşan Drea və Eleanor adlı qızlardan bəhs edir. Camila Mendes — Drea Maya Houk — Eleanor Austin Abrams — Max Rish Shah — Russ Talia Ryder — Gabbi Ava Capri — Carissa Jonathan Daviss — Elliot Maia Reficco — Montana Paris Berelc — Meghan Alisha Boe — Tara Sophie Turner — Erica Sarah Michelle Gellar — the Headmaster Qisas al Netflix-də Qisas al — Internet Movie Database saytında.
Al Kapon
Al Kapon, tam adı Alfons Qabriel "Böyük Al" Kapone (it. Alphonso Gabriel "Great Al" Capone; 17 yanvar 1899[…], Bruklin, Nyu-York ştatı – 25 yanvar 1947[…]) — Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik etmişdir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının çətin günlər yaşadığı 1930-cu illərdə güc qazanmağa başlamış, ən əsası içkilərə qoyulan qadağalardan məharətlə istifadə yayınmış, bununla öz maddi imkanını dəfələrlə artırmışdır. Al Kapone 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. Onun valideynləri — atası Qabriel Kapone (12 dekabr 1864 – 14 noyabr 1920) və anası Teresina (28 dekabr 1867 – 29 noyabr 1952) İtaliya köçkünləri idi. Onun atası, Qabriel, Neapol ətrafındakı Kastellammare-di-Stabia şəhərində bərbər, anası Teresina isə dərzi idi. Qabriel və Teresinanın doqquz uşaqları var idi: Alfons, Ceyms, Rafael, Salvatore, Con, Albert, Metyu, Roza və Mafalda. Kapone ailəsi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkun Bruklin məhəlləsinə köçür və Qabriel Kapone bərbər dükanı açır. Alfonsun 11 yaşı olanda ailə yenidən köçərək Bruklinin başqa bir hissəsində məskunlaşır.
Hala Al Turk
Hala Al Turk (ərəb. حلا الترك‎; 15 may 2002, Manama) — Bəhreynli müğənni. O 2011-ci ildə keçirilən Arabs Got Talent televiziya şousundakı çıxışından sonra məşhurlaşıb. Onun "Live in the moment" mahnısı 2015-ci ildə 3 ay ərzində 15 milyon dəfə izlənmişdir.
Maher Al Mueaqly
Mahir bin Həmid Əl-Muəqli (ing. Maher bin Hamad Al Mueaqly; ərəb. الشيخ ماهر بن حمد المعيقلي‎) — Məkkədəki Məscidül-Həramın imamı, məşhur Quran qiraətçisi, çox gözəl səsə və avaza sahib olan məşhur imam. == Həyatı == Şeyx Mahirin ana və atası Mədinəyə köçmüşlər və Mahir 7 yanvar 1969-cu ildə burada anadan olmuşdur. Ana babası qədim Ərəb qəbiləsindən olmuşdur. Anası isə Pakistan əsilli imiqrantdır. Evlidir və 4 övladı vardır: 2 oğlan və 2 qız. == Təhsil == O Mədinədə Quranı öyrənmiş, əzbərləmiş və hafiz olmuşdur. Bir çox məşhur alimlərin dərslərini almışdır. Özunun Şeyx karyerasını Səudiyyə Ərəbistanının Şimal tərəfində başlamışdır.
Mastabat al-Firon
Əl-firon (mastaba) - Misirdə qədim abidələrdən biri.
Sulayman Al-Sabe