vermişel
verst
OBASTAN VİKİ
Versal
Versal (şəhər) —
Versal (rayon)
Versal (fr. Versailles) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — İvelin. Suprefektura — Versal. Rayonun əhalisi 2006-cı ildə 356 980 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 2164 nəf / km² . Rayon ərazisi — 165 km².
Versal (şəhər)
Versal- Fransanın şəhərlərindən biridir.İvelin departamentinin inzibati və mühüm turizm mərkəzidir.Əhalisi 104 min nəfərdir(1978).Əsası 1624-cü ildə qoyulmuşdur.Fransız dilində "kotan şırımı","yamac döşü" mənasındadır.
Versal sarayı
Versal sarayı (fransızca: Le château de Versailles) - Fransanın paytaxtı Parisdə yerləşən tarixi saray. Versal sülh müqaviləsi burada imzalanmışdır. Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanmış və daha sonra müxtəlif illərdə genişlətdirilmişdir. Hazırda saray muzey kimi fəaliyyət göstərir. Roma İmperatorluğundan sonra ilk dəfə böyük ölçülər bu sarayda tətbiq edimişdir. Bunun səbəbi sabit və mərkəzi monarxiya idarəsi idi. İtaliya, Almaniya, İngiltərədə siyasi şərait fərqli olduğundan uzun müddət oralarda belə saray tikilə bilməmişdir. Sarayın maraqlı cəhəti tikilərkən tualet və ya vanna yerləşdirilməməsidir. Bunun səbəbi o dövrdə zadəgan anlayışına görə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi.Bu səbədən Avropada Versal sarayının qoxusunu "Avropadaki bütün saraylardan fərqli" (Memoirs: Duc de Saint-Simon ) adlandırırdılar. 1768-ci ilə qədər sarayda tualet olmamışdır.
Versal Ali Şurası
Versal Ali Şurası — Paris Sülh Konfransına (1919–1920) rəhbərlik etmiş ali orqan. Şuranın tərkibinə beş böyük dövlətin (ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya) nümayəndə heyətlərinin başçıları və xarici işlər nazirləri daxil idi. == Rusiya məsələsi == 1919-cu ilin mayından Ali şuranın iclaslarında "rus məsələsi" — Rusiyaya münasibət məsələsi daha fəal müzakirə edilməyə başladı. İyunun 12-də Antanta Ali şurası admiral Aleksandr Kolçakın başçılıq etdiyi Osmanlı hökumətinin tanınması və ona hərtərəfli yardım göstərilməsi barədə nota ilə çıxış etdi. Müttəfiqlərin Kolçak hökumətini Ümumrusiya hökuməti kimi tanımalarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq Azərbaycan nümayəndələri etiraz etdilər. Nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşov hələ mayın 31-də verdiyi bəyanatda Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyünü Qafqaz Azərbaycanının həyati mənafeyinə qarşı zərərli hesab etmişdi. Azərbaycan nümayəndə heyəti iyunun 5-də bununla bağlı sülh konfransının sədrinə və Müttəfiq dövlətlərin baş nazirlərinin adına etiraz notası göndərdi. Azərbaycanın da daxil olduğu yeni yaranmış yeddi respublikanın nümayəndə heyətlərinin başçıları tərəfındən iyunun 17-də etiraz bəyannaməsi, habelə iyunun 23-də Azərbaycan, Gürcüstan və şimali Qafqaz respublikaları adından 7 maddədən ibarət etiraz notası imzalandı. Notada Kolçakla bərabər, Qafqaz respublikaları üçün ciddi təhlükəyə çevrilmiş Denikinə qarşı da etiraz edilirdi. Azərbaycan, Gürcüstan və Dağlı Respublikası nümayəndələri Versal Ali şurasının üzvlərini inandırmağa çalışırdılar ki, Denikin Könüllü ordusunun Cənubi Qafqaza yolunu bağlamaq lazımdır.
Versal Sülh Konfransı
Paris Sülh Konfransı (18 yanvar 1919–21 yanvar 1920)— Birinci dünya müharibəsindən sonrakı dünyanın taleyini həll etmək məqsədi ilə "Antanta" ölkələri və ABŞ-nin Parisdə çağırdıqları sülh konfransı. == Faəliyyəti == Konfrans 18 yanvar 1919-cu ildə öz işinə başlayır. Bu tarix simvolik bir tarix idi. Alman imperatoru l Vilhelm 1871-ci ilin 18 yanvarında Versalda "Güzgülü zalda" Fransa-Prussiya müharibəsindən qısa müddə sonra öz hakimiyyətini elan etmişdi. Həmdə 18 yanvar 1701-ci ildə Prussiya krallığının da yarandığı gün idi. Burada 27 ölkə təmsil olunurdu. Məğlub ölkələr və Sovet Rusiyası konfransa dəvət almamışdılar. Konfransda aparıcı rolu "Böyük dördlük" — ABŞ prezidenti Vudro Vilson, Böyük Britaniya baş naziri Lloyd Corc və Fransa baş naziri Jorj Klemanso və İtaliya baş naziri Vittorio Orlando oynayırdı. Konfransda məqsəd Almaniya və məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq idi. Müqavilənin əsasını V.Vilsonun konqresə təqdim etdiyi 14 maddə təşkil edirdi.
Versal müqaviləsi 1715
Versal müqaviləsi - Səfəvi dövləti ilə Fransa arasında 1715-ci ildə imzalanmış ticarət müqaviləsi == Müqavilə və onun şərtləri == 1708-ci il müqaviləsindən sonra Fransa yeni imtiyazlar əldə etmək üçün Səfəvilər dövlətinə yeni bir müqavilə təklifi irəli sürür. Bununla əlaqədar olaraq 1715-ci il avqustun 15-də Versalda müqavilə imzalandı. Müqavilənin I maddəsinə görə 1708-ci il müqaviləsi hazırkı müqavilənin müddəalarına zidd gəlmədiyi üçün qüvvədə qalırdı. II maddədə göstərilirdi ki, fransız tacirləri və ümumiyyətlə, fransız bayrağı altında İranda bütün ticarət edənlər hər hansı məhdudiyyət qoyulmadan və hər hansı gömrük və vergi ödəmədən istənilən malları azad surətdə İrana gətirə və oradan həm Hindistana, həm də Avropaya apara bilər. IV maddə ilə şah fransız tacirlərini, həmçinin konsulları İsfahanda, Fars körfəzi limanlarında, Türkiyə və Gürcüstanla sərhədlərdə pulsuz olaraq həm yaşayış, həm də onların kantor və faktoriyalarının münasib evlərlə təmin etməli idi, bu binalar üzərində fransız bayrağı qaldırıla bilərdi. V maddəyə görə İran sarayı yanında digər ölkələrin səfirlərilə müqayisədə fransız səfirinə müstəsna yer verilirdi. Bu digər dövlətlərin təbəələrilə müqayisədə fransız konsullarına, faktoriyaların rəislərinə və onların agentlərinə də şamil edilirdi. VI maddə ilə bütün fransızlar can vergisi verməkdən azad olunurdu. X maddədə bildirilirdi ki, fransızlar və digər dövlətlərin nümayəndələri arasında həm mülki, həm də cinayət-məhkəmə işlərini yerli hakimiyyət orqanları fransız konsulunun iştirakı ilə həll etməlidir. XI maddəyə görə 1708-ci il müqaviləsi və hazırkı müqavilə üzrə fransızlara verilmiş immunitet və imtiyazlara əlavə olaraq digər dövlətlərin nümayəndələrinin istifadə edəcəyi bütün imtiyazlar da onlara şamil edilirdi.
Versal sülh müqaviləsi
Versal sülh müqaviləsi – Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən sülh müqavilələrindən biri. == Tarixi == Versalda (Fransa) Antanta dövlətləri ilə Almaniya arasında 1919-cu il 28 iyunda imzalanmış, 1920-ci il 10 yanvarda qüvvəyə minmişdir. Almaniya məğlub dövlət olduğundan müqavilənin tərtib olunmasında iştiraka buraxılmamışdı. Müqavilə layihəsinin Paris Sülh Konfransında (1919-1920) Beşlər şurası (ABŞ, İngiltərə, İtaliya, Fransa, Yaponiya) tərəfindən tərtib olunmasına baxmayaraq, həlledici müqavilə imzalandıqdan sonra ABŞ senatı iki dəfə - 1919-cu ilin noyabrında və 1920-ci ilin martında müzakirələr keçirsə də, onu ratifikasiya etmədi. Buna səbəb isə V.Vilsonun təşəbbüsü ilə yaradılmış və ABŞ-nin dünyada aparıcı rolunu müəyyən etməli olan Millətlər Cəmiyyətində İngiltərə və Fransanın mövqeyinin üstünlüyü idi. Çin isə Şandunun Yaponiyaya verilməsinə etiraz edərək, müqaviləni imzalamadı. 1921-ci ilin avqustunda ABŞ Almaniya ilə ikitərəfli sülh müqaviləsi bağladı. Bu müqavilə Versal sülhü ilə eyni olsa da, burada Millətlər Cəmiyyəti barəsində maddələr yox idi. Versal sülh müqaviləsi 440 maddədən ibarət olub, 15 hissəyə bölünmüşdü. Millətlər Cəmiyyətinin Nizamnaməsi(1-ci hissə) və Beynəlxalq əmək bürosunun nizamnaməsi (13-cü hissə) də müqavilənin tərkibinə daxil idi.
Versal müqaviləsi (1715)