Vişeqrad Konqresi (1335)
Vişeqrad Konqresi — 1335-ci il oktyabr ayının sonu noyabr ayının əvvəlində Macarıstanın Vişeqrad şəhərində keçirilən Avropa monarxlarının konqresi. Orada Şərqi Avropanın üç monarxı iştirak etmişdir, Çexiya kralı I Yan, Macarıstan kralı Karl Robert (görüşün təşəbbüskarı) və Polşa kralı III Kazimir. Görüşdə anti-habsburq koalisiyasının yaranması və I Yanın Polşa tacından imtina etməsi barədə müzakirələr aparılmışdır, sonuncu mövzunun müqabilində Sileziya üzərindəki çex suverenliyi tanınmaq və 20 min praqa qroşu məbləğində əlavə ödənişinin edilməsi təklif olunmuşdur.
1300-cü ildə Çexiya kralı II Vatslav taxtda çıxdı və Polşa kralı ela olundu, bu da hakim Polşa sülaləsi Pyastlar nümayəndələrinin narahatlığına səbəb oldu, çünki belə halda Vatslavın varisləri Polşa taxtına namizəd olurdular. Bu münaqişəni həll etmək yolunda monarxlar razılaşma imzalamaq üçün danışıqlara başladılar? Macarıstan kralı I Karl Robert isə bu işdə vasitəçi rolunu oynadı.
Trençin Konvensiyası hazırlanandan sonra, 1335-ci ilin payızının sonlarında Vişeqradda hər üç monarxın toplantısı keçirildi, hansında ki I Yanın Polşa tacı və bütöv Polşa ərazisinə iddialarından imtina etdiyi təsdiqləndi, bunun müqabilində ona vəd edilmiş 20 min qroş məbləğində pul təzminatı verildi və Çexiyanın Sileziya hersoqluğu üzərində hakimiyyəti tanındı. Əsas müvəffəqiyyət üç ölkənin Habsburq sülaləsinə qarşı çoxdan gözlənilən müdafiə ittifaqının yaradılması və yeni ticarət yollarının yaradılması ilə bağlı razılaşmaların əldə olunması idi.
Sileziya, 1742-ci ildə Prussiya krallığının ərazisinə keçənə qədər Çex tacının hakimiyyəti altında qaldı və Sileziya torpaqlarının çox hissəsi yalnız İkinci Dünya Müharibəsindən sonra Polşaya geri qaytarıldı (Sileziyanın kiçik bir hissəsi indi də Çex Respublikasına aiddir).
6 dekabr 1335-ci ildə, sazişin imzalanmasından sonra, Polşa kralı III Kazimir və Çexiya kralı I Yan Praqaya gəldilər, burada salnamələrə görə, polyak monarxına böyük ehtiram göstərildi.