VULKAN GÜNBƏZİ, EKSTRUZİV GÜNBƏZ

püskürülən süxurların yatım forması zəng şəkilində. Çox qatı lavanın vulkan boğazından sıxılıb çıxması sayəsində əmələ gəlir. вулканический купол swelling dome, volcanic dome
VULKAN GÖLÜ
VULKAN KONUSU
OBASTAN VİKİ
Günbəz
Günbəz — dairəvi, çoxbucaqlı və ellipsvarı bina və qurğuların üstünü örtmək için istifadə edilən yarım kürə şəklindəki memarlıq və mühəndislik elementi. Günbəz vasitəsilə əlavə dayaqlar qoymadan çəx böyük sahənin üstünü örtmək mümkündür. Vertikal düşən yükdən günbəz konstruksiyalarda sıxılma gərginliyi yaranır və ağırlıq kənar dayaqlara düşür. Günbəzlərin qurulması ta qədim zamanlardan məlum idi. Ancaq böyük və mürəkkəb günbəzlər Qədim Roma dövründə məbədlərin və böyük ictimai binaların tikintisi zamanı geniş tətbiq edilirdi.
Arpaci günbəzi
Arpaci günbəzi - Cəbrayıl rayonunda təpə adı. Tovuz rayonunda Arpaçökəği və Qubadlı rayonunda Arpaçüxuru adları ilə mənaca eynidir.
Buzlaq günbəzi
Buzlaq günbəzi- Kiçik üfüqi ölçüləri ilə əlaqədar olaraq nisbətən dik yamacları olan, günbəzvari formada çox da böyük olmayan buzlaq örtüyü; dağ buzlaq tipi olub, suayrıcı sahəni əhatə edir. Kənarlarından dərəyə axan buz, dərə buzlağını əmələ gətirir.
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Yarı günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Yarım günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Başıkəsik günbəz
Başıkəsik günbəz ― Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşən XIII-XIV əsrlərə aid günbəz. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Başıkəsik günbəz Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşir. XIII-XIV əsrlərə aid olan günbəzin üstü açıq olduğuna görə insanlar tərəfindən "Başıkəsik" adlandırılıb. Hündürlüyü 12 metr, diametri 5 metrdir. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Daha sonra türbə bərpa olunub və ilkin formasına gətirilib. Cəbrayıl rayonunun işğal edildikdən sonra günbəzin divarları bir neçə yerdən dağıdılıb. Ermənistan Silahlı Qüvvələri günbəzdən müşahidə postu kimi istifadə ediblər. 2020-ci il oktyabrın 23-də türbənin yerləşdiyi Dağ Tumas kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Alaşa xan günbəzi
Alaşa xan günbəzi (qaz. Алаша хан күмбезі) — Qazaxıstanda memarlıq abidəsi. Karağandı vilayətinin Ulıtau rayonunda, Malşıbay kəndindən 2 kilometr cənub-cənub-qərbdə, Qarakəngir çayının sağ sahilindədir. Oğuz-qıpçaq dövrünə (X–XI əsrlər) aiddir. Улытау.
Qaffariyyə Günbəzi (Marağa)
Qaffariyyə Günbəzi Marağa şəhərinin şimal-qərbində, Sufiçayın kənarında yerləşir. Abidə Azərbaycan Elxanilər dövlətinin 9-cu hökmdarı Sultan Əbu Səid Bahadur xan tərəfindən tikdirilmişdir. Qaffariyyə Günbəzi Marağa şəhərinin digər tarixi abidələri kimi katakombaya malik daş bünövrə üzərində ucaldılmış dörd guşəli bina formasında inşa edilmişdir. Binanın hər 4 tərəfində rombşəkilli ornamentlətrlə bəzədilmiş sütunlar yerləşir. Binanın şimal tərəfə açılan qapısınnın hər tərəfində iki tağ, bir tərəfində isə kitabə yerləşir. Binanın qara, ağ və açıq mavi rəngli kaşılarla işlənmiş fasadı memarlıq-üsbul baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, binanın ümumi görünüşünə unikal şəkil verməkdədir. Portalın üzərində həkk olunan epiqrafik yazı abidənin Elxani hökmdarı Əbu Səid Bahadurxanın (716-736 hicri-qəməri) hakimiyyət illərində inşa edildiyini xəbər verir. Tarixi mətnlərdə qeyd edilənlərə əsasən, Sultan Yaqub bin Həsən bəy Ağqoyunlunun hakimiyyət illərində yaşayan Nizaməddin Əhməd bin Hüseyn Əlqəffari adlı bir arif həcc ziyarətindən qayıdan zaman bu günbəzin yaxınlığında abidə tikdirmiş, eləcə də bağ saldırıb, digər əmlaklarla birgə onu abidənin tərkibində vəqf kimi bağışlamışdır. Ona görə də qeyd edilən abidə, ona məxsus digər binalar, eləcə də Qaffariyyə Günbəzi bu şəxsin adı ilə məşhurlaşmışdır. Binanın üzərində olan bütün yazılan Reyhani xətti ilə işlənmişdir.
Altı günbəz sinaqoqu
Altı günbəz sinaqoqu — Quba rayonunun Qırmızı Qəsəbəsindəki İsaak Xanukov küçəsində yerləşən, memar Gilel ben Xaimin layihəsi əsasında 1888-ci ildə inşa edilmiş sinaqoq. Altı günbəz (sinaqoq həm də 6 guşəlidir) qəsəbədəki Qilqat məhəlləsi sakinlərinin Qələdüz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə 6 gün ərzində bura köçüb gəlmələrinin rəmzidir. Məbədin 14 əsas pəncərəsi vardır. Böyük ibadət zalı olan sinaqoq şərq üslubunda tikilmiş qədim memarlıq abidəsidir. İçərisindəki ibadət divarına baxan hissə aron-kaduş adlanır. O, hündürlüyünə görə Avropada təkrarı olmayan və Qüdsə baxan qibləgahdır. Hündürlüyü 7 metrdir. Müqəddəs kitab həmin divarda yerləşən dolabda saxlanılır. Pəncərələri altıguşəli ulduz şəklində palıd ağacından hazırlanmışdır. Sinaqoqun bərpasına 1995-ci ildə başlanılmış və 2000-ci ilin oktyabr ayında başa çatdırılmışdır.
Dairəvi Günbəz türbəsi
Dairəvi günbəz türbəsi — Marağa şəhərində yerləşən Səlcuqlar dövrünə aid abidədir. Abidə Göy Günbəz türbəsi ilə 10 metrlik məsafədə yerləşir. Abidənin üzərində kufi xətti ilə onun tikilmə tarixi hicri 563-cü il göstərilsə də, içəridə yerləşən qəbirlə bağlı heç bir məlumat verilməmişdir. Binanın tikilişi zamanı işlənmiş müxtəlif rəngli kaşılar, naxış və ornament növləri o dövrdə kaşı ilə işləmə sənətinin inkişaf etdiyini göstərməklə yanaşı, türbənin ümumi görüşünə xüsusi rəng qatmışdır. Abidə dairəvi formalı, sadə və üzəri ikitərəfli günbəzlə örtülmüş fasada malik türbədir. Lakin zamanla abidənin tavanı və günbəzi dağılaraq tarixə qovuşmuşdur. Türbənin qeyd edilən iki hissəsi dağıldıqdan sonra isə binanın digər hissələrini qoruyub-saxlamaq üçün köhnə günbəzin yerində çardaq formalı dam tikilmişdir. Dairəvi türbə giriş qapısını əhatə edən çərçivə və aypara şəkilli tağlarla bəzədilmişdir. Tağın aşağı və yuxarı hissəsində isə kərpic və firuzəyi kaşılarla bəzədilmiş mürəkkəb naxışlara malik kufi xəttlə yazılmış kitabələr memarlıq-üslub baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Abidə öz tikildiyi tarix ilə Qırmızı Günbəd türbəsinin tikildiyi tarix arasındakı qısa zamanda öz fasad quruluşunun keçdiyi böyük inkişaf və təkamül yolunu göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Göy Günbəz (Kərkük)
Göy Günbəz — 1361-ci ildə Kərkükdə Cəlairilər dövründə tikilmiş türbə. Türbə Səlcuqlular xanədanının üzvlərindən olan Buğday Xatun üçün tikilib. İki mərtəbəli və səkkiz guşəli tikilən günbəzin hündürlüyü 17 metrdir.
Göy Günbəz türbəsi
Göy Günbəz Türbəsi və ya Göy Günbəd Türbəsi — Marağa şəhərində Dairəvi Türbənin yaxınlığında yerləşən və Möminə Xatun Türbəsinin təsiri ilə inşa edilmiş Azərbaycan memarlığının maraqlı nümunələrindən biri. Göy Günbəz Səlcuq memarlığının səkkizbucaqlı qülləvari türbələrindən biridir. Göy Günbəzin qülləsinin plan-məkan quruluşu Xərrəqan türbələri ilə birtiplidir – səkkizüzlü prizmanın bucaqları bayırda silindrik dayaqlarla möhkəmləndirilmişdir. Ancaq dayaqlararası sivri tağçalarda və karnizdə stalaktitlərdən istifadə etmək baxımından Göy Günbəz Mömünə Xatun Türbəsinin aydın təsirinə məruz qalmışdır. Bununla belə marağalı memar öz böyük naxçıvanlı həmvətənini yamsılamaqdan uzaq olmuşdur. Mömünə Xatun türbəsində incəlik, təntənə klassik ciddiliyə tabe edildiyi halda, Göy Günbəz türbəsində dekorativlik, bədii şuxluğa üstünlük verilmişdir. Hətta Göy Günbəzin üst yazı qurşağı da kufi xəttinin daha dekorativ növü ilə yazılmışdır. Göy Günbəz türbəsinin memarlıq bəzəyində ikiplanlı relyefi olan kərpic naxışlara tuş gəlinir. Onda daha qabarıq naxış quruluşu xüsusi profilli xırda kərpiclərdən yığılmışdır. Bu ümumi şəbəkənin altından keçən girihlər daha sıx quruluşlu olub, dayaz relyeflidir.
Qırmızı Günbəz türbəsi
Qırmızı Günbəz Türbəsi (az-əbcəd. قیرمیزی گۆنبز توربهسی‎, fars. گنبد سرخ‎) — XII əsrdə Marağada tikilmiş qülləvari günbəzlərdən biri. Qırmızı Günbəz türbəsi Azərbaycan ərazisində inşa olunmuş ən qədim müsəlman xatirə tikililərindən biri olmaqla yanaşı Azərbaycan memarlıq tarixində kaşı, istifadəsinin ilk bəlli örnəyi olan abidədir. Azərbaycan memarlıq irsində də “memar” ixtisası adına birinci dəfə Qırmızı Günbəz türbəsinin kitabəsində rast gəlinir. Bu fakt XI-XII yüzilliklərdə Azərbaycanda memar nəsillərinin olduğunu sübut edir. 12-ci əsrdə iqamətgahı Naxçıvanda olan Azərbaycan Atabəyləri dövləti meydana gəlir. O, şimaldan Kür çayına qədər Azərbaycanın bütün cənub vilayətlərini, o cümlədən indiki İran və İraqın bir hissəsini əhatə edirdi. Bu dövrdə Naxçıvan böyük bir dövlətin iqtisadi, siyasi və mədəni həyatının mərkəzinə çevrilir. Şəhərsalma və xalq sənətçiləri yüksək səviyyəyə qalxır.
Uzun Günbəz türbəsi
Uzun Günbəz türbəsi — Elxanilər dönəmində Qəzvində Həmdullah Qəzvini şərəfinə tikilmiş tarixi türbə. Türbə 13-cü və 14-cü yüzilliklərin arasında, Elxanilər dönəminin görkəmli coğrafiyaçı və tarixçisi olan Həmdullah Qəzvininin məqbərəsi üstündə tikilmişdir. Türbə hazırkı Qəzvinin Mələkabad məhəlləsində, sıx yaşayış evlərinin arasında yerləşir. Türbə Azərbaycan memarlıq üslubunda tikilmişdir. Türbənin sahəsi 40 metr və yerləşdiyi bağın ümumi sahəsi isə 280 metrdir. Başqa Elxani türbələrinə bənzər olaraq türbədə istifadə olunan yeganə material kərpicdir. Türbənin planı səkkizbucaqlı olaraq, üstü isə Konus şəkilli firuzəyi günbəz ilə örtülmüşdür. Günbəzinin uzunsov olmasına görə, türbə yerlilər arasında "Uzun Günbəz" kimi tanınır. Türbənin döşəməsi yer səviyyəsindən aşağıda yerləşir. Türbənin giriş qapısı ağacdan olaraq, oyulmuş dolaşıq çiçəkvari naxışlar ilə diqqət çəkir; Türbənin içərisi isə parlaq firuzə rəngli kaşılarla bəzədilmişdir.
Üç Günbəz türbəsi
Üç Günbəz Türbəsi və ya Üç Günbəd türbəsi – Qərbi Azərbaycanın Urmiya şəhərində yerləşən Səlcuqlular dövründə tikilmiş türbə. Urmiya gölünün sahilində yerləşir. Üç Günbəz türbəsinin adının müxtəlif yozumları olsa da onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H. Qəzvini "Zeyle tarixe qozide" əsərində (1330) Marağa vilayətində "Se günbəd" adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və ellikcə tanındığına işarədir. El rəvayətinə örə Üç Günbəz türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri 580 – ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbəzin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş. Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur. Üç Günbəz türbəsinin plan biçimi bayırda dairəvi, daxildə isə kvadratdır.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms) — mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. Volcano Live Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. Mərkəzi vulkan Yan püskürmə Şlak konusu Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.