Kəndirqayış: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
|||
Sətir 56: | Sətir 56: | ||
}} |
}} |
||
'''Kəndirqayış''' və ya '''Çıntırqayış''' — [[Azərbaycan mifologiyası]]nda [[Demon| |
'''Kəndirqayış''' və ya '''Çıntırqayış''' — [[Azərbaycan mifologiyası]]nda [[Demon|şeytani varlıq]]. Əsasən [[Naxçıvan Muxtar Respublikası]] ərazisində yayılmışdır. |
||
== Fəaliyyəti == |
== Fəaliyyəti == |
05:05, 3 sentyabr 2022 tarixindəki versiya
Kəndirqayış | |
---|---|
Yaşadığı yer | Yol ətrafı |
Sehrli gücləri |
Qolların uzanması, güclü bədən, cildini dəyişmə |
Növü | Şeytani varlıq |
Əsas formaları |
|
Kəndirqayış və ya Çıntırqayış — Azərbaycan mifologiyasında şeytani varlıq. Əsasən Naxçıvan Muxtar Respublikası ərazisində yayılmışdır.
Fəaliyyəti
Şeytani varlıq olan Kəndirqayış miflərə görə axşamüstü yol kənarında insanların rastına çıxır. Uzun qolları var və arıqdır. Kəndirqayış yolçuların gözünə arıq, xəstə, köməksiz[1] uşaq və ya qarı cildində görünür və onlardan kömək istəyir. Bədheybət uzun qollarını onu götürmək üçün əyilən yolçunun boynuna dolayır və onu sıxır.[2] Digər bir halda isə qarı cildində olan Kəndirqayış yolçudan onu yolun digər ucuna keçirməsini istəyər. Yolçu onu qucağında yolun o biri tərəfinə keçirdikdən sonra bedhəybətin qolları uzanar və insanı elə sıxar ki, boğulub ölər.[1]
Bədheybət Naxçıvan ərazisində Kəndirqayış, Sədərək rayonunda Çıntırqayış, Ordubad rayonunda isə Cıntırqeyiş adlanır. Çox sözə baxmayan və ağlayan uşaqları qorxutmaq üçün Naxçıvanda Kəndirqayış obrazından istifadə edilir.[3] Bundan başqa Naxçıvan ərazisinə aid bir nağılda Kəndirqayış belə təsvir edilir:
Məlik Cümşüd hər nə qiyamət qopdusa, kəndirqayış kimi yerindən tərpənmədi ki, tərpənmədi. |
Əl-ayağın uzanması Azərbaycan folklorunda geniş yayılmışdır. Kəndirqayış kimi Hal anasının keçi dönərgəsi Unuqay da bu xüsusiyyətə malikdir.[2]
İstinadlar
Mənbə
- Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.