Çay nənəsi

Çay nənəsitürkAzərbaycan mifologiyasında su ilə bağlı mifik varlıq.

Çay nənəsi
Çay nənəsi ilə eyniləşdirilən Hal anasının təsviri (Əzim Əzimzadə). Çay nənəsinin tək göz və ya döşə malik olması ilə bağlı məlumat yoxdur.
Çay nənəsi ilə eyniləşdirilən Hal anasının təsviri (Əzim Əzimzadə). Çay nənəsinin tək göz və ya döşə malik olması ilə bağlı məlumat yoxdur.
Yaşadığı yer Axar çayın içi və ya su kənarları
Sehrli gücləri Toxunmadan insanların vəziyyətinin pisləşdirilməsi (Şaman azarı, baş dönməsi)
Vəzifəsi
  • Su iyəsi
    • İnsanların suya baxmaması
    • İnsanların suyu çirkləndirməməsi
Versiyaları
  • Çay qarısı (mənfi varlıq)
  • Çay anası (müsbət varlıq)
Əlaqəli varlıqlar
Məlumat
Növü İyə (şeytani ruh)

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Çay nənəsi gözəl yaşlı qadın cildindədir.[1][2] Onun yerə çatacaq qədər uzun qara və ya sarı saçları var, döşləri böyükdür, qaşı yoxdur. Onun gözləri qara və böyük, dərisi qırmızımtıldır. Darağı qızıl və ya gümüş rəngdədir.[3]

Çay nənəsi azərbaycanlıların ənənəvi demonoloji (şeytani ruhlarla bağlı) inanclarında su mərasimi ilə bağlı olan mifik varlıqdır. Onunla bağlı inanclar Hal ruhu ilə əlaqədardır.[2] Həmçinin Hal anasının Çay nənəsi adlandırılmasına da rast gəlinir.[4] Digər bir fikrə görə isə Çay nənəsi türk mifologiyasındakı Su Ananın regional adlarından biridir.[5]

Azərbaycan türklərinin inanclarına görə Çay nənəsi çayda (və ya su kənarlarında[3]) yaşayır. Əgər suyun üstündəki körpüdən keçərkən insan suya çox baxarsa, o, əsəbləşir və insanı boğmaq üçün[6] başını döndürür. Başı dönən insanın gözləri qaralır və çaya düşür.[2]

Qədim türk inanclarında Çay nənəsi ona qarşı hörmətsizlik eləyənlərə pis davranar. Belələrini suya salar və ölümünə səbəb olar. Buna görə də Azərbaycan türklərində və digər türk boylarında suya çox baxılmaz.[3] Bundan başqa Çay nənəsi su kənarlarında saçlarını qızıl və ya gümüş daraqla dararkən insanlar tərəfindən görüləndə insanlardan qorxaraq suya atılar.[3]

Azərbaycanlılar, səhər erkən saatlarda dərəyə gedəndə suyun sahibi olan varlığa salam verməyi vacib hesab edərlər. Yoxsa, o, əsəbləşər. Həmçinin suya zibil atanda Çay nənəsi hirslənər və insanlara ziyan verər.[1] TDV İslam ensiklopediyasına görə, suyu çirkləndirənlər su iyəsi (Çay nənəsi) tərəfindən cəzalandırılar, "şaman azarı"na tutular.[7]

Naxçıvan folklor nümunələrində su ilə bağlı verilən mifik varlıqlara Çay qarısı və Çay anası da daxildir. Çay qarısı insanı düz yoldan çıxarıb pis yola salır. Onlar imansız və dinsizdir. Çay anası isə əksinə olaraq adamı pis yoldan qaytarır, yaxşı yola salır.[8]

  1. 1 2 Türk Söylence Sözlüğü, Deniz Karakurt, Türkiye, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2013-11-07 at the Wayback Machine
  2. 1 2 3 Beydili, 2003. səh. 136
  3. 1 2 3 4 KÜÇÜK Mehmet Alparslan GELENEKSEL. TÜRK DİNİ İNANIŞLARINDAN MİTOLOJİYE: "ÖLÜM/OBUR RUHLAR". Gazi Türkiyat 1, no.20(2017): 25–53.
  4. Cəlal Bəydili (Məmmədov). Türk mifoloji obrazlar sistemi: struktur və funksiya (monoqrafiya). — Bakı: Mütərcim, 2007. — 272 səh.
  5. Akbaş Ercan, Ceren. "Türk Dünyası Atasözlerinde Mitolojik Izler." MasterThesis, October 30, 2020. https://acikbilim.yok.gov.tr/handle/20.500.12812/372787[ölü keçid].
  6. Ramazan QAFARLI. MİF, ƏFSANƏ, NAĞIL VƏ EPOS (EPİK ƏNƏNƏDƏ JARLARARASI ƏLAQƏ).
  7. HACI MEHMET GÜNAY, "SU", TDV İslâm Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/su#1 Arxivləşdirilib 2022-05-02 at the Wayback Machine (02.05.2022).
  8. Babək, 2011. səh. 72
  • Aynur Babək. Azərbaycan folklorunda su ilə bağlı inamlar. Bakı "Nurlan", 2011. – 212 səh.
  • Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, Yurt Yayınevi  (türk.)