Kəndirqayış

Kəndirqayış və ya ÇıntırqayışAzərbaycan mifologiyasında şeytani varlıq. Əsasən Naxçıvan Muxtar Respublikası ərazisində yayılmışdır.

Kəndirqayış
Yaşadığı yer Yol ətrafı
Sehrli gücləri Qolların uzanması,
güclü bədən,
cildini dəyişmə
Növü Şeytani varlıq
Əsas formaları
  • Bədhəybət
  • Qarı
  • Uşaq

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Şeytani varlıq olan Kəndirqayış miflərə görə axşamüstü yol kənarında insanların rastına çıxır. Uzun qolları var və arıqdır. Kəndirqayış yolçuların gözünə arıq, xəstə, köməksiz[1] uşaq və ya qarı cildində görünür və onlardan kömək istəyir. Bədheybət uzun qollarını onu götürmək üçün əyilən yolçunun boynuna dolayır və onu sıxır.[2] Digər bir halda isə qarı cildində olan Kəndirqayış yolçudan onu yolun digər ucuna keçirməsini istəyər. Yolçu onu qucağında yolun o biri tərəfinə keçirdikdən sonra bedhəybətin qolları uzanar və insanı elə sıxar ki, boğulub ölər.[1]

Bədheybət Naxçıvan ərazisində Kəndirqayış, Sədərək rayonunda Çıntırqayış, Ordubad rayonunda isə Cıntırqeyiş adlanır. Çox sözə baxmayan və ağlayan uşaqları qorxutmaq üçün Naxçıvanda Kəndirqayış obrazından istifadə edilir.[3] Bundan başqa Naxçıvan ərazisinə aid bir nağılda Kəndirqayış belə təsvir edilir:

" Məlik Cümşüd hər nə qiyamət qopdusa, kəndirqayış kimi yerindən tərpənmədi ki, tərpənmədi.
"

Əl-ayağın uzanması Azərbaycan folklorunda geniş yayılmışdır. Kəndirqayış kimi Hal anasının keçi dönərgəsi Unuqay da bu xüsusiyyətə malikdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 ORDUBAD FOLKLOR MÜHİTİ. Aytən Cəfərova. Azərbaycan Folklor İnstitutu. Bakı, 2016
  2. 1 2 3 Süleymanova, 2012. səh. 62-63
  3. AXTARIŞLAR. Cild 13. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN İNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTU. "Tusi", 2020.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.