Minos

Vikipediya, azad ensiklopediya
Solavirum (müzakirə | töhfələr) (KU: Kateqoriya:Qədim Yunan mifologiyasıKateqoriya:Qədim yunan mifologiyası) tərəfindən edilmiş 20:31, 13 may 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Minos, Minoy (q.yun. Μίνως) — Kritin mifik hökmdarı [1], Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir.

Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi. Kokalın sənətkarı əldən buraxmaq istəməyən qızları onu dəhşətli əzablarla öldürür. Yunanların belə bir inancı var ki, o sonra Aidin yeraltı səltənətində amansız, qəddar bir hakim olub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.152-153, Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С.399

Həmçinin bax[redaktə | mənbəni redaktə et]