Kəndirqayış
Kəndirqayış və ya Çıntırqayış — Azərbaycan mifologiyasında bədheybət.
Fəaliyyəti
Kəndirqayış miflərə görə axşamüstü yol kənarında insanların rastına çıxır. Uzun qolları var və arıqdır. Çıntırqayış yolçuların gözünə arıq, xəstə, köməksiz[1] uşaq və ya qarı cildində görünür və onlardan kömək istəyir. Bədheybət uzun qollarını onu götürmək üçün əyilən yolçunun boynuna dolayır və onu sıxır.[2] Digər bir halda isə qarı cildində olan Kəndirqayış yolçudan onu yolun digər ucuna keçirməsini istəyər. Yolçu onu qucağında o biri tərəfə keçirdikdən sonra bedhəybətin qolları uzanar və insanı elə sıxar ki, boğulub ölər.[1]
Əl-ayağın uzanması Azərbaycan folklorunda geniş yayılmışdır. Kəndirqayış kimi Hal anasının keçi dönərgəsi Unuqay da bu xüsusiyyətə malikdir.[2]
Bədheybət Naxçıvan ərazisində Kəndirqayış, Sədərək rayonunda Çıntırqayış, Ordubad rayonunda isə Cıntırqeyiş adlanır. Naxçıvan ərazisinə aid bir nağılda Kəndirqayış belə təsvir edilir: "Məlik Cümşüd hər nə qiyamət qopdusa, kəndirqayış kimi yerindən tərpənmədi ki, tərpənmədi."[2]
İstinadlar
Mənbə
- Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.