Kəndirqayış

Vikipediya saytından
Abutalub (müzakirə | töhfələr) (→‎Fəaliyyəti) tərəfindən edilmiş 09:41, 28 avqust 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kəndirqayış
Yaşadığı yer Yol ətrafı
Sehrli gücləri Qolların uzanması,
güclü bədən,
cildini dəyişmə
Zəif cəhətləri bilinmir
Əsas formaları
  • Bədhəybət
  • Qarı
  • Uşaq

Kəndirqayış və ya ÇıntırqayışAzərbaycan mifologiyasında bədheybət.

Fəaliyyəti

Kəndirqayış miflərə görə axşamüstü yol kənarında insanların rastına çıxır. Uzun qolları var və arıqdır. Çıntırqayış yolçuların gözünə arıq, xəstə, köməksiz[1] uşaq və ya qarı cildində görünür və onlardan kömək istəyir. Bədheybət uzun qollarını onu götürmək üçün əyilən yolçunun boynuna dolayır və onu sıxır.[2] Digər bir halda isə qarı cildində olan Kəndirqayış yolçudan onu yolun digər ucuna keçirməsini istəyər. Yolçu onu qucağında o biri tərəfə keçirdikdən sonra bedhəybətin qolları uzanar və insanı elə sıxar ki, boğulub ölər.[1]

Bədheybət Naxçıvan ərazisində Kəndirqayış, Sədərək rayonunda Çıntırqayış, Ordubad rayonunda isə Cıntırqeyiş adlanır. Naxçıvan ərazisinə aid bir nağılda Kəndirqayış belə təsvir edilir:

" Məlik Cümşüd hər nə qiyamət qopdusa, kəndirqayış kimi yerindən tərpənmədi ki, tərpənmədi.
"

Əl-ayağın uzanması Azərbaycan folklorunda geniş yayılmışdır. Kəndirqayış kimi Hal anasının keçi dönərgəsi Unuqay da bu xüsusiyyətə malikdir.[2]

İstinadlar

  1. 1 2 ORDUBAD FOLKLOR MÜHİTİ. Aytən Cəfərova. Azərbaycan Folklor İnstitutu. Bakı, 2016
  2. 1 2 3 Süleymanova, 2012. səh. 62-63

Mənbə

  • Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.