Kəndirqayış

Vikipediya saytından
Abutalub (müzakirə | töhfələr) (→‎İstinadlar) tərəfindən edilmiş 09:49, 28 avqust 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kəndirqayış
Yaşadığı yer Yol ətrafı
Sehrli gücləri Qolların uzanması,
güclü bədən,
cildini dəyişmə
Zəif cəhətləri bilinmir
Əsas formaları
  • Bədhəybət
  • Qarı
  • Uşaq

Kəndirqayış və ya ÇıntırqayışAzərbaycan mifologiyasında bədheybət.

Fəaliyyəti

Şeytani varlıq olan Kəndirqayış miflərə görə axşamüstü yol kənarında insanların rastına çıxır. Uzun qolları var və arıqdır. Çıntırqayış yolçuların gözünə arıq, xəstə, köməksiz[1] uşaq və ya qarı cildində görünür və onlardan kömək istəyir. Bədheybət uzun qollarını onu götürmək üçün əyilən yolçunun boynuna dolayır və onu sıxır.[2] Digər bir halda isə qarı cildində olan Kəndirqayış yolçudan onu yolun digər ucuna keçirməsini istəyər. Yolçu onu qucağında o biri tərəfə keçirdikdən sonra bedhəybətin qolları uzanar və insanı elə sıxar ki, boğulub ölər.[1]

Bədheybət Naxçıvan ərazisində Kəndirqayış, Sədərək rayonunda Çıntırqayış, Ordubad rayonunda isə Cıntırqeyiş adlanır. Çox sözü baxmayan və ağlayan uşaqları qorxutmaq üçün Naxçıvanda Kəndirqayış obrazından istifadə edilir.[3] Bundan başqa Naxçıvan ərazisinə aid bir nağılda Kəndirqayış belə təsvir edilir:

" Məlik Cümşüd hər nə qiyamət qopdusa, kəndirqayış kimi yerindən tərpənmədi ki, tərpənmədi.
"

Əl-ayağın uzanması Azərbaycan folklorunda geniş yayılmışdır. Kəndirqayış kimi Hal anasının keçi dönərgəsi Unuqay da bu xüsusiyyətə malikdir.[2]

İstinadlar

  1. 1 2 ORDUBAD FOLKLOR MÜHİTİ. Aytən Cəfərova. Azərbaycan Folklor İnstitutu. Bakı, 2016
  2. 1 2 3 Süleymanova, 2012. səh. 62-63
  3. AXTARIŞLAR. Cild 13. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN İNCƏSƏNƏT, DİL VƏ ƏDƏBİYYAT İNSTİTUTU. “Tusi”, 2020.

Mənbə

  • Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.