I Məhəmməd ibn Yəzid

Vikipediya, azad ensiklopediya
Cavidaga (müzakirə | töhfələr) tərəfindən edilmiş 15:21, 26 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Məhəmməd ibn Yəzid
Layzanşahların II hökmdarı
? – 917
ƏvvəlkiYezid ibn Xalid
SonrakıƏbu Tahir Yezid ibn Məhəmməd
Şəxsi məlumatlar
Vəfat tarixi
Uşağı
Ailəsi Məzyədilər

Məhəmməd ibn Yəzid – Layzanşah, Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmmədin atası.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Bu Şirvanşah haqqında mənbələrdə cüzi məlumatlar qalmış, onun adı keçəri olaraq anılmışdır. "Tarix-i əl-Bab"da onun haqqında deyilir: "Bir müddətdən sonra Yezid öldü və onun yerinə oğlu Məhəmməd ibn Yezid keçdi. O, uzun müddət hakimiyyət sürdü, ləyaqəti ucaldı, əməlləri çiçək açdı. Onun ölümündən sonra (təqr-h.305 (917)-ci il — SA.) oğlu Əbu Tahir Yəzid ibn Məhəmməd hakimiyyətə gəldi."[1]

Şübhələr[redaktə | mənbəni redaktə et]

Vladimir Minorski "Şirvan və Dərbəndin tarixi" əsərində dediyinə görə Məhəmməd ibn Yezid Şirvanşah ola bilməz, çünki o Şirvanşah Heysam ibn Xalidin nəslindən deyil, əksinə Layzanşah Yezid ibn Xalidin oğludur. Buna görə də Məhəmməd ibn Yezid Şirvanşah sayılmamalıdır.[2]