Huşəng ibn Kavus – Şirvanşahlar dövlətinin otuz üçüncü hökmdarı, Şirvanşah Kavus ibn Keyqubadın oğlu.
Huşəng ibn Kavus | |
---|---|
| |
Şirvanşahlar Dövlətinin XXXIII hökmdarı | |
1372 – 1382 | |
Əvvəlki | Kavus ibn Keyqubad |
Sonrakı | I İbrahim |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Atası | Kavus ibn Keyqubad |
Dini | Sünni İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Huşəng Şirvanda 1372-ci ildən hakimiyyətə başlamışdır. Bu vaxta qədər o, sultan Üveysin yanında girov saxlanılırdı. Huşəng də, atası kimi icazəsi ilə Şirvanşah taxtına sahib olduğu Üveyslə dostluq münasibətləri saxlayırdı. Belə ki, Kavusun ölüm xəbərini eşidən sultan Üveys özü atasının taxtını tutmaq üçün Huşəngi Şirvana göndərmişdi.
Huşəngin hakimiyyəti sultan Üveysin oğlanları Hüseyn və Əhmədin hökmranlıq dövrünə təsadüf etmişdir. Şeyx Üveys h.776 (1374)-cı ildə, Kavusdan iki il sonra ölmüşdür. Onun ölümündən sonra oğlanları və digər iri feodallar – Azərbaycan əmirləri arasında çəkişmə başladı. Bu mübarizə nəticəsində Müzəffərəddin Şah Şüca h.777 (1375/6)-ci ildə bir neçə aylığa Cənubi Azərbaycanı tutaraq qardaşı oğlu Şah Mansuru qoşunla Şirvana və Muğana göndərdi.
Mənbələrin verdiyi məlumata , görə, Şirvanşah onunla vuruşmaqdan vaz keçmiş və itaətkarlıq göstərmədən Şirvanı tərk etmişdi. Cəlairi dövlətini taxt-taca sahib olmaq uğrunda mübarizədə qardaşı şeyx Həsəni öldürmüş Hüseyn idarə edirdi. H.784 (1382/3)-cü ildə Üveysin digər oğlu Əhməd qardaşı sultan Hüseynə qarşı yürüş edərək, Təbrizdə onu öldürüb hakimiyyəti ələ keçirdi. Əslində, ölkədə öz süzerenlərinə, sultan Üveysin oğlanlarına itaət etməkdən boyun qaçıran iri köçəri feodallar – əmirlər ağalıq edirdilər. Cəlairilər dövlətinin tənəzzülü dövründə Şirvanşah Huşəng öz hakimiyyətini və dövlətini möhkəmləndirdi.
Bu vaxt Muğan vilayəti Şirvanın tərkibinə daxil idi. Qardaşı Bəyazidi Cəlairi dövlətinin qanuni varisi və sultan elan edən Sultaniyyə hakimi Sarı Adilə etibarını itirən sultan Əhməd Naxçıvandan keçib, Təbrizdən Arrana və Muğana qaçdı. Huşəng Şirvanşaha müraciət edən sultanın yanına gəldi və ona sığınacaq verdi. Bu vaxt Əhmədi təqib edən əmir Adil öz qoşunları ilə Arrana və Muğana girdi. Adil Bərzəndə çatanda Şirvanşah Huşəng də buraya gələrək əmir Adil, Əhməd və Bəyazid arasındakı danışıqlarda vasitəçilik etdi. Şirvanşah qardaşları barışdıra bildi və sülh sazişi bağlanmasına nail oldu. Həmin sazişə görə Əhməd Azərbaycana, Bəyazid İraqi-Əcəmə, Adil və Əhməd isə birlikdə İraqi-Ərəbə sahib oldular.[1][2][3][4][5] Cəlairilərlə dostluq əlaqələri saxlayan Şirvanşah Huşəng ibn Kavusun zamanında Şirvanın Bakuyə, Güştəsbi, Şəbəran və Şamaxı şəhərlərində üzərində şeyx Üveysin oğlu, h.776 (1374/5)-cı ildən h.784 (1382)-cü ilədək hökmranlıq etmiş Cəlal əd-Din Hüseynin, habelə onun qardaşı Qiyas əd-Din Əhmədin (h.784 (1382)-h.813 (1410)-cü illər) adları çəkilən kitabə olan gümüş pullar zərb edilirdi.[6][7][8]
Numizmatik materiallar Şirvanşahın Cəlairilərdən asılılığını təsdiq edir. Mənbələrdə Huşəngdən öz dövrünə görə təhsil görmüş hökmdar, həm də tanınmış şair kimi danışılır.[9] Lakin onun hakimiyyəti az – on il sürmüşdür. XIV əsrin sonlarında Şirvanda xırda feodalların və kəndlilərin zadəganlar əleyhinə üsyanı baş verdi. Huşəng h.748 (1382)-ci ildə onun qəddarlığından qəzəblənmiş rəiyyəti tərəfindən öldürüldü.[10][11][12] Bundan sonra Şirvan feodalları ehtimal ki, Huşəngin birbaşa vəliəhdi olmadığından Dərbəndilər sülaləsindn Şeyx I İbrahimi hökmdar seçdilər.
SƏLƏF Kavus ibn Keyqubad |
Huşəng ibn Kavus Kəsranilər |
XƏLƏF I İbrahim |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |