Əbu Tahir Yəzid ibn Məhəmməd

Əbu Tahir Yəzid ibn MəhəmmədŞirvanşahlar dövlətinin altıncı hökmdarı.

Əbu Tahir Yəzid ibn Məhəmməd
rus. Абу Тахир Язид ибн Мухаммед
917 – 948
ƏvvəlkiI Məhəmməd ibn Yəzid
SonrakıII Məhəmməd ibn Yəzid
Şəxsi məlumatlar
Doğum tarixi 901
Doğum yeri
Vəfat tarixi
Atası I Məhəmməd ibn Yəzid
Uşaqları Oğulları: Əhməd ibn Yəzid
II Məhəmməd ibn Yəzid
Ailəsi Məzyədilər

Atası I Məhəmməd ibn Yəzidin ölümündən sonra hakimiyyətə gələn Əbu Tahir Yəzid ibn Məhəmməd Şirvana da sahib olmaq üçün səbirlə məqam gözlədi. Adamlarının əksər hissəsi əsir alınıb öldürülən Əli ibn Heysəmin zəifləməsindən istifadə edən Yəzid qəflətən Mərzuqiyyədə onun üzərinə hücum çəkərək özünü, oğlu Abbası və nəvəsi – Abbasın oğlu Əbu Bəkiri əsir aldı. Yəzid Heysəmi və Abbası edam etdi. Əbu Bəkir qaçdı. "Beləliklə, xoşbəxtlik Heysəmin evini tərk edib, onun qardaşı (əminəvəsi Yəzidin) evinə köçdü..."[1]

"Tarix-i əl-Bab"a görə Əbu Tahir Yəzid ibn Məhəmməd ibn Yəzid ibn Xalid ibn Yəzid ibn Məzyəd ibn Zaidə əş-Şeybani h.305 (917)-ci ildə Şirvanı zəbt etmiş, h.306 (918)-cı ildə isə Şirvan torpağında Yəzidiyyə şəhərini saldırmışdır. Lakin arxeoloji tədqiqatlar Yəzidiyyənin qədim yaşayış məskəninin yerində tikilməsini sübut etmişdir. S. Aşurbəyli isə ehtimal edir ki, Əbu Tahir Yəzid onun tikintisini başa çatdırmış, möhkəmləndirmiş və öz şərəfınə Yəzidiyyə adlandırmışdır.[1] O, Layzanı iqta şəklində oğullarından birinə – Məhəmmədə vermişdir. Şirvanşah Əbu Tahir Yəzid otuz üç ilə yaxın hökmranlıq etmiş h.337-ci ilin rəbiül-əvvəl (948-ci il, sentyabr) ayında ölmüşdür.

Haşimilərlə münasibətlər

[redaktə | mənbəni redaktə et]

Əbu Tahir Yəzidin hakimiyyəti dövründə Dərbəndlə bağlı bir sıra hadisələr baş verdi. H.318 (930)-cı ildə Şabranın qapıları qarşısında onun oğlu Məhəmmədlə əl-Baibn əmiri Əbu əl-Malik əl-Haşimi arasında vuruşma oldu. Lakin tərəflərin heç biri qəti qələbə çala bilmədi və onlar arasında barışıq bağlandı. Bu dövrdə Dərbənddə "Tarix-i əl-Bab"a görə, əsası h.255 (869)-ci ildə Haşim ibn Süraqə tərəfindən qoyulmuş Haşimilər sülaləsi hakimiyyət sürürdü.[2]

Sacilərdən vassal asılılığı

[redaktə | mənbəni redaktə et]

Şirvanşahlar qısa bir müddət (908/9-cu ilədək) tabe olduqları Cənubi Azərbaycanın feodal hakimləri – Sacilərlə yaxşı münasibətləri qoruyub saxlamağa çalışırdılar. Belə ki, Yəzid xətadan qurtarmaq üçün h.320 (932)-ci ildə Yusif ibn Əbu Sacın Azərbaycan əmiri Balduyədən qaçaraq, ondan sığınacaq istəyən qulamı Müflihi həbs edib Balduyəyə göndərmişdi. Deylemlilərlə sülh bağladıqdan sonra Şirvanşah onlarla birgə bizanslılara (Rum), gürcülərə və digər "kafir" xalqlara hücum etməyə razılıq verdi.[1]

Salarilərdən vassal asılılığı

[redaktə | mənbəni redaktə et]

Əbu Tahir Yəzidin hakimiyyəti dövründə bir sıra mühüm hadisələr baş vermi.di. Azərbaycanda Sacilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Onları Deyləmli Salarilər əvəz etdi. Onlardan Müsafiri Mərzuban Bərdəni tutmuş ruslarla müharibələr apardı.

Xəlifələr, Sasanilər dövründə olduğu kimi, sərhəd məntəqəsi olan Dərbəndə böyük əhəmiyyət verərək, onu varlı Şirvan vilayətinə aramsız basqınlar edən xəzərlərdən, köçəri türklərdən və digər xalqlardan müdafiə məqsədi ilə möhkəmləndirirdilər. Onlar Dərbənddəki ərəb qarnizonunun saxlanmasına külli miqdarda vəsait sərf edir, bu xərcləri isə neft hasilatından böyük gəlir götürən Bakıdan və duz mədənlərindən çıxarırdılar. Şirvanşahlar neft quyularının və duz mədənlərinin mədaxilini toplamaq üçün xüsusi vergiyığanlar təyin etmişdilər.[1]

Dərbənd əmirliyi ilə münasibətlər

[redaktə | mənbəni redaktə et]

H.333 (944)-cü ildə Dərbənd əhalisi Əbdülməlik əl-Haşiminin oğlu əmir Əhməd əleyhinə üsyan qaldırdılar və onu şəhərdən qovdular. Onlar Şirvanşah Əbu Tahir Yəzidin yanına adamlar göndərərək, onu əl-Bab hakimliyinə dəvət etdilər. "Əbu Tahir Yəzid oğlu Əhmədi əl-Baba göndərdi və əhali ona öz əmiri kimi sədaqət andı içdi. Əhməd bir qədər orada qaldıqdan sonra əhali onu qovub, Əhməd əl-Haşimini hakimiyyətə qaytardı. Əbu Tahir Yəzid əl-Babın ətrafına (savad) hücum çəkib, oraları qarət etdi".[3] Lakin V.Minorskinin fikrincə, bu hadisə 944-cü ildə baş verə bilməzdi. Çünki Əhməd ibn Yəzid 948-ci ildə qardaşı Məhəmməd tərəfindən həbs olunmuş, 956-cı ildə öldürülmüşdü. Dərbənd əhalisi isə Şirvanşah şahzadəsi Əhmədi 953-cü ildə devirmişdilər. Burda əmirliyə dəvət edilən və daha sonra devrilən şəxs Əbu Tahirin oğlu Əhməd yox, Məhəmmədin oğlu Əhməd olmuşdur.[4]

Sasanilər dövründən ənənəvi olaraq Dərbəndi özünün irsi mülkiyyəti sayan Şirvanşahlar bu iddia ilə dəfələrlə hücum edib oranı tutmuşdular. Lakin həmin vaxt Dərbənddə artıq başqa sülalə – Ərəb Xilafəti tərəfindən təyin edilmiş, ərəb mənşəli Haşimilər hakimiyyətdə idi. Ancaq yadelli işğalçıların və başqa feodalları hücum təhlükəsi olduqda Şirvanşahlar ümumi düşməni dəf etmək üçün Dərbənd hakimləri ilə birləşirdilər. "Tarix-i əl-Bab"da bu barədə deyilir: "Bundan azacıq sonra deyləmlilər Şirvana girdilər. Yəzid əl-Bab əhalisi ilə sülh bağlamağa və onlardan kömək istəməyə məcbur oldu. O, Şabranda və kəndlərdə onlardan tutub aldıqlarını, neft mədənlərindən və duz karxanalarından toplanan rüsumları (rüsum ən-nəffatə vəlməllaxə) geri qaytardı. Əl-Bab əhalisi Yəzidə kömək göstərdi və o, deyləmliləri qovdu, sonra isə onlarla sülh bağladı". [5]

Toplanan gəlir xəlifənin fərmanı ilə vəqf kimi Dərbəndin müdafiəçilərinə ənam verilmək üçün oraya göndərilirdi."Dərbəndnamə"nin verdiyi məlumata görə xəlifə Mütəmid h.276 (883/4)-cı ildə Məhəmməd ibn Əmmarəni həmin mədənlərin rəisi təyin etdi ki, o, toplanan bütün gəliri keçidləri qoruyan əsgərlərə paylamaq üçün Dərbəndə göndərsin.[6]

"Tarix-i əl-Bab"ın göstərdiyinə görə, mərkəzi hökumət zəiflədikdə və Xilafət tənəzzülə uğradıqda yerli hakimlər – istər Şirvanşahlar, istərsə də Dərbənd əmirləri – neftdən və duzdan əldə edilən gəliri mənimsəyirdilər.[1]