II Afridun ibn Mənuçöhr

Zöhrətəddin II Əfridun (Şamaxı1160, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirminci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

II Afridun ibn Mənuçöhr
Vəzifədədir
1160-cı ildən
ƏvvəlkiIII Böyük Mənuçöhr
SonrakıI Axsitan
Şəxsi məlumatlar
Doğum yeri Şamaxı
Vəfat tarixi
Vəfat yeri Şamaxı
Atası III Böyük Mənuçöhr
Uşağı
Dini Sünni İslam

Mənuçöhr h.555 (1160)-ci ildə öldükdən sonra Şirvanşahlar taxtına çox qısa müddətdə onun oğlu Afridun çıxmışdır. O, özündən sonra nə numizmatik, nə də digər başqa bir abidə qoymuşdur. Afridunun adına onun oğlu Fəribürzün sikkələrində öz şəcərəsini göstərən yazılarda təsadüf edilir. Afridun elə həmin ildə öldürüldükdən sonra Mənuçöhrün başqa bir oğlu - Axsitan Şirvan hökmdarı olmuşdur.[1]

Fələki Şirvani qəsidələrinin birində Əfridunu tərifləyərək deyir:

Çox illər yaşasın Zöhrətəddin,
Dövrün məkrlərindən uzaq olsun,
Fəridun şahzadədir aslan ürəkli,
Təkcə atası var dünyada onun təki

Ziya Bünyadov şair Xaqaninin də Əfridundan bəhs etdiyini qeyd edir.[2]

  • Atası III Böyük Mənuçöhr. Şirvanşah.
  • Atasının həyat yoldaşı Tamar. Gürcüstan çarı IV Davidin qızı, Şirvan məleykəsi, Baqrationi sülaləsindən. Şirvanşahdan 3 oğlu və 1 qızı olmuşdur.
    • Tamarın oğullarından biri. Şervaşidze sülaləsinin qurucusu. Babası IV David tərəfindən Suxumiətrafı torpaqların idarəsi ona verilmişdir.
    • Tamarın kiçik oğlu. III Mənuçöhrün ölümündən sonra Tamar kiçik oğlunu hakimiyyətə gətirməyə cəhd etmişdir.
  • Oğlu Fəribürz
  • Qardaşı I Axsitan. Atası III Mənuçöhrün və qısa müddət hakimiyyət sürmüş qardaşı II Afridunun xələfi.
  • Qardaşı Fəribürz. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
  • Bacısı Alçiçək Sultan. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
  • Qardaşı Şahənşah
  • Qardaşı Fərruxzad