Naciyə Qadınəfəndi
Naviqasiyaya keç
Axtarışa keç
Naciyə Qadınəfəndi | |
---|---|
ناسيي كادينيفندي | |
Şəxsi məlumatlar | |
Doğum adı | زليخه عنكواپ |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Əsilzadəlik |
Atası | Arslan bəy |
Anası | Canhız xanım |
Həyat yoldaşı | II Əbdülhəmid |
Uşaqları |
Mehmed Abid Əfəndi Səmiyə Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Naciyə Qadınəfəndi (d. 1882 — ö. 4 fevral 1924) — 34. Osmanlı sultanı II Əbdülhəmidin on üçüncü və son xanımı.
Həyatı
Əsl adı Zəliha olan Naciyə xanım əslən gürcü olan ailədə dünyaya gəlmişdir. Kiçik yaşlarında Kabasakal Mehmed Paşa tərəfidnən alınaraq Ulduz sarayına gətirilmiş, burada saray tərbiyəsi almışdır. 4 noyabr 1904-cü ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evlənən Naciyə xanım padşahın ən sevimli 2 xanımından biri oldu. 1909-cu ildə ərinin sürgünündən sonra onunla birlikdə Salonikiyə getdi və 1912-ci ildə yenə onunla birlikdə İstanbula qayıtdı. 4 fevral 1924-cü ildə Ərənköydəki villasında vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsindədir.
Övladları
- Mehmed Abid Əfəndi
- Səmiyə Sultan (d. 16 yanvar 1908 — ö. 24 yanvar 1909) — 1 yaşında ağciyər iltihabından vəfat etmişdir. Məzarı Yəhya Əfəndi məzarlığındadır.
Mənbə
- Christopher Buyers. "The Royal Ark – Royal and Ruling Houses of Africa, Asia, Oceania and the Americas". 4dw.net.