Güznüt
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Güznüt | |
---|---|
39°07′39″ şm. e. 45°31′54″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 883 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Güznüt — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Güznüt kəndi Çeşməbasar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Güznüt kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Naxçıvan dialektində güznüt "payız əkini" deməkdir. Kəndin ərazisində payızlıq əkin aparıldığından belə adlandırılmışdır.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Araz çayının sol sahilində, düzənlikdə yerləşir. İqlimi kəskin kontinentaldır — yayı subtropik, tropik; qışı mülayim keçən iqlimdir, yayda orta temperatur +35–40 dərəcə olduğu halda, qışda bu temperatur −15–20 dərəcə olur.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 1474 | 712 | 762 |
2009[5] | ↗1698 | ↗832 | ↗866 |
Tanınmış şəxsləri
[redaktə | mənbəni redaktə et]- Nəcəf Həsənov (1976–1996) — Naxçıvan MR Şahbuz rayoununun Qanlıgöl ətrafında şəhid olmuşdur.
- Qafar Qərib (1976) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999).
- Ramil Əliyev (1996–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
- Əbülfəz Məmmədov (1989–2011) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zabiti.
- Qareqin Njde (1886–1955) — erməni daşnak, radikal millətçi, hərbi cinayətkar.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə Güznüt kənd tam orta məktəbi fəaliyyət göstərir.[6]
Din
[redaktə | mənbəni redaktə et]1986–1992-ci illərdə kənd ağsaqqalları və kəndin məşhur memarı Mirzəmməd Ələsgər oğlu Nağıyev (1928–1993) və Cabbar Salman oğlu Quliyev (1935–1992) tərəfindən kəndin yeganə ibadət yeri olan məscid tikilmişdir.
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-17.
- ↑ Güznüt // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 36". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.