Atabəy (Şəmkir)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Atabəy
40°45′02″ şm. e. 45°49′17″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.373 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Atabəy xəritədə
Atabəy
Atabəy

AtabəyAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Atabəy kəndi Çənlibel kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Atabəy kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]

Kənd 1924-cu ildə Atabəy yeri adlanan ərazidə salınmışdır. Burada keçmışdə Atabəy adlı kənd olmuşdur. Xalq etimologiyasına görə, Atabəy, İəkərbəy və Gədəbəy adlı uc qardaş olmuşdur. Onların hər birinin adı bir-birinə yaxın olan uc yaşayış məntəqəsindən birinə verilmışdır. Oykonim Azərbaycanda XII-XIII əsrlərdə fəaliyyət göstərən Eldəgizlər və ya Atabəylər sülaləsinin nümayəndələrindən birinin adı ilə bağlıdır. Mənbələrin məlumatına görə, Məhəmməd Cahan Pəhləvanın oğlu Atabəy Əbubəkr (1191-1210) 1203-cu ildə Şəmkir yaxınlığındakı döyüşdə müttəfiqlərə (gürcü çariçası Tamara, Şirvanşah I Axsitan və düŞmənlər tərəfə keçmış qardaşı Əmirmiran) məğlub olaraq qaçmağa məcbur oldu. Gəncə Əmirmiranın əlinə kecdi. Atabəy qədim Azərbaycan dilində "qəyyum" deməkdir. Bu adla adlanan digər obyekt Atabəy türbəsidir. Möminə xatın türbəsi kimi daha cox tanınan bu sərdabə 1186-cı ildə Atabəy Məhəmməd Cahan Pəhləvanın xanımı üçün Naxçıvanda tikilmışdır. Kürdəmir rayonunun Sığırlı kəndində Atabəyli məhəlləsi, Qazaxıstanda Atabəy kəndi, Tatarıstanın Kukmara rayonunda Atabay adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Cənubi Azərbaycanda Atabəyli, Bağatabəy adlı kəndlər vardır.[2]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kəndin yaxınlığında Qalaboynu qalası yerləşir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Şəkərbəy silsiləsinin ətəyində yerləşir.

Əhalisi 654 nəfərdir (2009).

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  2. Atabəy (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.