Füzuli (Şəmkir)

FüzuliAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə.

Füzuli
40°49′19″ şm. e. 46°08′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Füzuli xəritədə
Füzuli
Füzuli

Şəmkir rayonunun Təzəkənd inzibati ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Əzizbəyov adına sovxozun 2 nömrəli malikanəsi olmuşdur. Yerli əhali arasında İkinci Şöbə də adlanırdı. Yaşayış məntəqəsini 1925-ci ildə həmin rayonun Qaracəmirli kəndindən və Cənubi Azərbaycandan gəlmiş ailələr salmışlar. 1965-ci ildə M.Füzülinin adı ilə adlandırılmışdır. Memorial toponimdir[1].

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.