Düyərli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Düyərli | |
---|---|
40°56′09″ şm. e. 45°49′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Gəncə-Qazax iqtisadi rayonu |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 374[1] |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 9.502 nəfər (2021) |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 2230 |
Poçt indeksi | AZ5716 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının (Kurun qolu) sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim oğuzların düyər tayfasının adını əks etdirir. Səlcuq oğuzlarının yürüşlərində fəal iştirak etmiş düyərlərin adı Türkiyə və Türkmənistan toponimiyasında da əks olunmuşdur[2].
Kənd əhalisi 7920 nəfərdir ki, onunda 3956 nəfəri kişi, 4964 nəfəri isə qadınlar təşkil edir.
Düyərli adının mənşəyi Ağqoyunlu kondefederasiyasına aid olan Döger/Döyer tayfalarından gəlir.[3] Azərbaycan türkçəsində g-y səsləri arasında keçid çox yayılıb, igirmi-iyirmi sözündə olduğu kimi.
Düyərli sözünün etimologiyası ilə bağlı üç fərziyyə var. Bunlardan birinə görə "dü" iki, "ər" isə mərd, igid mənalarında işlənir. Rəvayətə görə vaxtilə Düyərli kəndini iki igid düşmənlərdən qorumuşdur. Elə o vaxtdan kəndin adı Düyərli olmuşdur. Bir fərziyyəyə görə isə Düyərli sözü "dəyərli torpaq" mənasını verir. Digər bir fərziyyəyə görə türk mənşəli "Dügər" tayfalarının adı ilə bağlıdır. Bu fərziyyə daha real görünür. Çünki eyni adlı kənd Tərtər rayonunda da mövcuddur. Bu da onu təsdiq edir ki, bu tayfalar həmin ərazidə də yaşamış və kəndlər belə adlanmışdır.
Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğuldur.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |