Çinarlı (əvvəlki adları: Yelenendorf (1888-1931); Georgiyevsk (1931-1941); Leninfeld (1941–1962); Lenin (1962–29 dekabr 1992) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Şəmkir rayonunun Lenin qəsəbəsi Çinarlı qəsəbəsi adlandırılmışdır.[1]
Çinarlı | |
---|---|
40°46′50″ şm. e. 46°06′54″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5713 |
Yaşayış məntəqəsini 1888-ci ildə Yelenendorf kolonistlərindən 80 ailə tərəfindən qurulub və onu hersoq George Alexandrovich Romanovun şərəfinə Georgsfeld adlandırıblar. 1917-ci ilə qədər Yelisavetpol quberniyasının, Yelisavetpol qəzasının, Georgsfeld (Georgiyevsk) volostunun tərkibində olmuşdur. Quberniya hakimiyyətinin 9 fevral 1916-cı il tarixli fərmanı ilə Rusiya ilə Almaniya arasında gedən müharibəni nəzərə alaraq 1932-ci ildə Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Georgsfeld kəndinin adı dəyişdirilərək Leninfeld adlandırıldı. 1942-ci ildə burada yaşayan almanlar İkinci dünya müharibəsi zamanı məcburi olaraq başqa yerlərə köçürülmüş və 1947–49-cu illərdə Ermənistandan zorla qovulmuş Azərbaycanlı ailələr burada yerləşdirilmışdır. Almanlar çıxarıldığı tarixdən 1962-ci ilə kimi kənd Leninkənd, 1962-ci ildə isə qəsəbə statusu verildikdən sonra Lenin adlandırıldı. 1992-ci ildən Çinarlı adı ilə rəsmiləşdirilmişdir. Rəmzi məna daşıdığı güman edilir.[2] Şəmkir çayının kənarında yerləşən bu qəsəbədə bəzi qədim qalaların da qalıqları mövcuddur. Bunlardan biri də Koroğlu qalasıdır.
Qəsəbədə 2006-cı ildə böyük məscid kompleksi də inşa edilmişdir. 2009–2010-cu tədris ilində Çinarlı qəsəbə N. Süleymanov adına 2 saylı orta məktəb yenidən qurularaq istifadəyə verilmişdir.
Çinarlı qəsəbəsində böyük istirahət parkı, 1980-ci ildə inşa edilmiş Qələbə kompleksi, 1990-cı il 20 yanvar şəhidlərinə ucalmış abidə və hazırda çalışmayan kinoklub mövcuddur. Parkda 1926-cı ildə tikintisi başlanıb NKVD orqanları tərəfindən yarımçıq dayandırılmış kirxa binası da var.
Coğrafiyası çox mülayim. Çinarlı qəsəbəsi bir tərəfdən Nüzgər dağı, bir tərəfdən Şəmkir çayı, digər tərəflərdən isə Şəmkirin digər səfalı yerləri ilə əhatələnir. Havasi sərindir.
Əhalisi 7338 nəfərdir (2024). Çinarlı qəsəbəsi İcra Nümayəndəsi əvəzi Kərim Adil oğlu Rəhimovdur.
İqtisadiyyatın prioritet sahələri: kənd təsərrüfatı və heyvandarlıq.
Qəsəbədə iki 11 illik orta məktəb, üç kitabxana, məscid, ailə sağlamlıq mərkəzi dörd uşaq bağçası, musiqi məktəbi, poçt şobəsi və ATS, üç aptek, almanlar tərəfindən salınmış istirahət parkı, 1907 ci ildə tikilmiş fəaliyyət göstərməyən böyuk şərab zavodu və Şəmkir Səbəti adlı iri topdansatış meyvə tərəvəz bazarı mövcuddur.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |