Sarıtəpə – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Dəllər Cəyir kənd inzibati ərazi vahidinin tərkibindəki yeni yaşayış məntəqəsi Sarıtəpə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1]
Sarıtəpə | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Kənd 1988-ci ildə Orta Asiyadan qovulan Axısqa Türkləri üçün salınmışdır. İlk adı Şəmkir kəndi olub, sonra isə dəyişdirilib Sarıtəpə qoyulmuşdur.
Kənd əhalisi 2289 nəfərdir ki, onunda 49% kişi, 51% isə qadınlar təşkil edir. Əhalisini əsasən axısqa türkləri təşkil edir.
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |