Ağlavaşlı

Ağlavaşlı (əvvəlki adları: Alabaşlı; Qasım İsmayılov) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindəki Qasım İsmayılov kəndi Ağlavaşlı kəndi adlandırılmış, Qasım İsmayılov kənd inzibati ərazi dairəsi Ağlavaşlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir.[1]

Ağlavaşlı
40°48′52″ şm. e. 46°15′49″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 237 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.478 nəf. (2011)
Xəritəni göstər/gizlə
Ağlavaşlı xəritədə
Ağlavaşlı
Ağlavaşlı

Kəndin əsl adı Alabaşlıdır. 1943-cü ildə dəyişdirilərək bolşevik inqilabçı Qasım İsmayılovun şərəfinə adı Qasım İsmayılov olaraq dəyişdirilmişdi. 12 iyun 2018-ci ildə kəndin adı Ağlavaşlı olaraq yenidən qoyulmuşdu.

Alabaşlı toponiminin mənası türk mənşəli söz olub "ala" və "baş"(lı) sözlərindən ibarətdir. Xalq etimalogiyasına görə isə "Ağ" və "lavaş" sözlərinin birləşməsindən yaranmış bir mürəkkəb yer adıdır, toponimdir.

Kənd əhalisinin sayı 2011-ci ildə 2478 nəfərdir.[mənbə göstərin]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

  1. "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.