Ələsgərli (1990-cı ilədək Badakənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Ələsgərli | |
---|---|
40°49′06″ şm. e. 45°46′16″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 816 nəfər |
Şəmkir rayonun eyniadlı inzibati ərazi vahidində kənd. Zəyəm çayının sahilində, Kicik Qafqaz silsiləsinin ətəyindədir. Keçmış adı Badakənd ("samanlıqda olan kənd") olmuşdur. 1990-cı ildə kəndin adı Aşıq Ələsgərin Şərəfinə Ələsgərli adlandırılmışdır. Memorial toponimdir[1].
Əvvəlki adı Badakənd olan bu kənd Badaçayın (Zəyəmin qolu) sahilində, Kicik Qafqazın ətəyindədir. Oykonim bada və kənd sözlərindən düzəlib, "su arxının kənarında; çay kənarında olan kənd" deməkdir. Bəzi ədəbiyyatlarda səhv olaraq Badəkənd variantında verilmişdır. 1920-ci ilədək Zəngəzur mahalında Badabar adlı yaşayış məntəqəsi olmuşdur. Qaraqalpaq Respublikasında Amudərya çayının sahilində Sultanuizdaq silsiləsinin ətəyində Badaytuqay adlı qoruğun olduğu da məlumdur[1].
Kəndin əhalisi 816 nəfər təşkil edir ki, onun da 486 nəfəri kişi, 330 nəfəri isə qadındır.
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |