Kür – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə.
Kür | |
---|---|
40°55′27″ şm. e. 46°11′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 190 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5700 |
Kür Şəmkir rayonunda Şəhər tipli qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi 1975-ci ildə Şamxor SES-in tikintisi ilə əlaqədar olaraq, həmin tikintidə çalıŞan mühəndis-fəhlə iŞçiləri üçün salınmış, 1978-ci ildən isə rəsmi olaraq Kur qəsəbəsi adlandırılmışdır. Qəsəbənin adı Kür çayının adından götürülmüşdür[1].
Qəsəbə XX əsrin 70-ci illərində Şəmkir SES-in tikintisi ilə əlaqədar salınıb. Şəmkir su anbarı və Yenikənd su anbarı var. Əhalisi 10 min nəfərə yaxındır. Burada yerli Şəmkir camaatı ilə yanaşı ətraf rayonlardan köçüb gələnlər də məskunlaşıblar. Qəsəbədə iki 11 illik orta məktəb, 2 uşaq bağçası, 1 xəstəxana, mədəniyyət evi, idman məktəbi, gündəlik bazar,2 supermarket,2 futbol meydançası,polis bölməsi var.
Kür qəsəbəsində sovet dövründə bir neçə iri zavod fəaliyyət göstərib.Hal hazırda fəaliyyətini dayandırıb.Ceyrançöldə minlərlə hektar ərazidə gedən kənd təsərrüfatı sahəsində işçilərin əksəriyyəti Kür qəsəbəsinin əhalisidir.Burada əhali Kür çayından balıq tutur qəsəbə daxilindəki bazarda satışa çıxarır.
Qəsəbənin əhalisi 7.800 nəfər təşkil edir. Əhalisi tamamilə Azərbaycan Türklərindən təşkil olunub
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |