Əliyaqublu (əvvəlki adı: Üçüncü Beynəlmilər) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 fevral 1997-ci il tarixli, 248-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Çaparlı kənd inzibati ərazi vahidinin tərkibindəki Üçüncü Beynəlmiləl kəndi Əliyaqublu kəndi adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 20 oktyabr 2009-cu il tarixli, 892-IIIQ saylı Qərarı ilə Şəmkir rayonunun Əliyaqublu kəndi Çaparlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əliyaqublu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[3]
Əliyaqublu | |
---|---|
40°51′ şm. e. 46°04′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5717[1] |
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |