Çiçərvəng məbədi

Çiçərvəng məbədi (həmçinin: Cicərvənd, Çiçirəvan) ― Daşkəsən rayonunun Bayan kəndində yerləşən məbəd.

Çiçərvəng bazilikası
Xəritə
40°33′41″ şm. e. 46°08′57″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Daşkəsən
Yerləşir Bayan
Tikilmə tarixi XV əsr
Üslubu bazilika
İstinad nöm.4181
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Çiçərvəng bazilikası (Azərbaycan)
Çiçərvəng bazilikası
Bazilikanın və Bayan kilsəsinin planı

Çiçərvəng məbədi Daşkəsən şəhərindən təxminən 20 kilometr aralıdadır. Məbədə gedən yolun 1,5 km qeyri-qənaətbəxşdir və məbədin harada yerləşməsi haqqında heç bir müvafiq göstərişli nişanlar yoxdur. Məbədin sahəsi 500 kv.metrdir. Məbəd albanlara məxsus olmuşdur və tikilmə tarixi 15 əsrə aid edilir. Qalınlığı təxminən 1 metr olan divarlar əvvəlki görkəmində qalsa da, bəzi hissələrdə sonradan təmir işlərinin aparılmasını istisna etmək olmaz. Məbədin indiyədək uçub dağılmayan və toxunulmayan hissələrində xristianlıqla bağlı dini işarələr bu gün də qamaqdadır. Məbədin damından ətrafı aydın görmək mümkündür. Burada olan ocaq yerləri isə onu deməyə əsas verir ki, bu məbəd həm də istehkam xarakteri daşıyıb. Yadelli işğalçılara qarşı birgə mübarizəni təşkil etmək üçün məbədin damında ocaqlar qalanıb. Abidənin üzərində alban memarlığına məxsus naxışlar mövcuddur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]