Üçüncü sülalə (Misir)

III sülalə - Qədim Misirdə Qədim padşahlığın ilk sülaləsi. Təxminən e.ə 2686–2575 illərdə (başqa hesablamalara görə e.ə 2727–2655 illərdə) hökümdarlıq etmişlər[1].

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

Sülalənin hakimiyyət dövrü sakit keçmiş, böyük münaqişələr olmamışdır. Bu illərdə mərkəzi hakimiyyət gücləndi və bir çox sahədə əhəmiyyətli yenilikləri baş verdi.

Misirin siyasi sabitliyi, memarlıq sahəsindəki inqilabi yeniliklər və mədəni yüksəliş ilə seçilən III sülalə dövrü Qədim Misirin gələcəkdə inşa ediləcək möhtəşəm piramida mədəniyyəti üçün mühüm bir başlanğıc qoyub.

Sülalənin ən tanınmış fironu Coser (e.ə. 2670–2640) idi. O, Misir tarixində ilk daş piramidanın – məşhur Sakkara pilləli piramidasının inşasına göstəriş verib. Bu möhtəşəm tikili, memar İmhotepin rəhbərliyi altında tikilin və dünyada mövcud olan ilk böyük miqyaslı daş memarlıq əsəri sayılır. İmhotep yalnız istedadlı bir memar deyildi, həm də həkim, alim və dövlət xadimi kimi tanınırdı. Onun şəxsiyyəti daha sonrakı dövrlərdə ilahiləşib və Misirin müdriklik tanrısı hesab edilməyə başlayıb.

Coserin hakimiyyəti dövrü ölkədə iqtisadi və mədəni inkişaf illəri hesab olunur. Güclü mərkəzi idarəçilik və əkinçiliyin genişləndirilməsi üçün irriqasiya sistemlərinin təkmilləşdirilməsi, Misirin sabitliyini təmin edirdi.

III sülalənin digər mühüm fironları arasında Sexemxet və Huni da var. Sexemxetin hakimiyyəti dövründə, Sakkarada ona aid olan daha bir pilləli piramidanın inşası başlanın, lakin tam başa çatdırılmayıb. Huni isə sülalənin son hökmdarı kimi, Nil çayı üzərində su idarəetmə sistemlərini təkmilləşdirib.

Ad Şəkil Hor adı
Coser
Netyerixet
Coserti
Sexemxet
Nebka
Sanaxt
?
Xaba
Huni
Uncertain
  1. "The Early Dynastic period, Britannica". 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.