On birinci sülalə (Misir)

XI sülalə (təx. 2130-1991) — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalələrdən biri.

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

X sülaləni devirən Tebes nomarxları yeni, XI sülalənin əsasını qoydular. XI sülalənin hakimiyyəti birinci aralıq dövrün sonu və Orta padşahlığın yaranması ilə xarakterikdir.

Sülalənin başlağıcı İkunun oğlu Böyük İntefdən götürülür. Ancaq Manefonun yazılarına, Turin siyahısına və müasir tədqiqatlara əsasən xanədanın ilk padşahı I Mentuhotep idi.

XI sülalə ilkin zamanlar bütün Misiri ələ keçirə bilmirlər. Beləki Herakleopolda yerli sülalə firona tabe olmurdu.

II İntefə aid edilən yazılara əsasən göstərirlir ki, o firon titulunu götürən və Herakleopolla müharibə aparan ilk hökmdar idi. II İntef həmçinin Abidos nomunu da özünə tabe etdi.

II İntefdən başlayan savaşlar II Mentuhotep zamanı bitdi. Beləki II Mentuhotep Herakleopolu zəbt etdi. Beləliklə Misir VI sülalədən sonra ilk dəfə birləşdirildi. Bundan sonra II Mentuhotep Finikiya torpaqlarına da ekspedisiya yolladı.

IV Mentuhotep bu nəsildən sonuncu firon oldu.[1]. Onu əvəzləyən I Amenemhet yeni hakim sülalənin başlanğıcını qoydu. Müasir alimlər IV Mentuhotepin çatisi Amenemhetin çevriliş yolu ilə taxta çıxdığını düşünürlər. Digər fərziyə görə IV Mentuhotepin sələfi yox idi. Buna görə onun ölümündən sonra halimiyyətə ən yaxın köməkçisi gəldi.

Manefon XI sülalədən 16 fironun çıxdığını bildirir. Turin siyahısında isə 7 fironun 143 il hökmdarlıq etdiyi göstərilmişdir[2].

Ad Taxt adı Şəkil Hakimiyyət illəri Qeyd
Böyük İntef
XI sülalədən adı bilinən ilk hökmdar. Tebes hakimi.
I Mentuhotep
Tebia
e.ə. 2134-?
Böyük İntefin oğlu. XI sülalədən ilk firon. Ancaq bu titulu daşımamışdır.
I İntef
Sehertaui
e.ə. ?-2118
I Mentuhotepin oğlu. Sülalədən ilk firon titulunu götürən hökmdar.
II İntef
Uaxanx
e.ə. 2118–2069
I Mentuhotepin oğlu. Herakleopola qarşı savaşmışdır.
III İntef
Naxtnebtepnefer
e.ə. 2069–2061
II İntefin oğlu.
II Mentuhotep
Seanxibtaui Netcerihedcet Smataui
e.ə. 2061–2010
III İntefin oğlu. Misiri birləşdirmişdir.
III Mentuhotep
Sanxtauief
e.ə. 2010–1998
II Mentuhotepin oğlu.
IV Mentuhotep
Nebtaui
e.ə. 1998–1991
III Mentuhotepin oğlu. XI sülalədən sonuncu firon.
  1. Hornung, Erik; Krauss, Rolf; Warburton, David A., redaktorlar Ancient Egyptian Chronology. 2006-12-30. səh. 160–161. ISBN 9789047404002. 2020-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-06. (mirror Arxivləşdirilib 2019-03-30 at the Wayback Machine)
  2. Beckerath, J. V. "The Date of the End of the Old Kingdom of Egypt". Journal of Near Eastern Studies. 21 (2). 1962: 140–147. doi:10.1086/371680. (#redundant_parameters)