İkinci aralıq dövr (Misir)

İkinci aralıq dövrQədim Misirdə Orta padşahlıqYeni padşahlıq arasındakı intervala verilən ad.[1]

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

XIII sülalənin süqutundan sonra Misir çoxlu müstəqil nomlara bölündü.[2] Bu dövrdə mərkəzi hakimiyyət uğrunda mübarizə aparan Ksois sülaləsi (XIV sülalə) Nil deltasının yalnız kiçik bir hissəsinə nəzarət edə bilirdi.

İkinci aralıq dövrün başlaması iqtisadi tənəzzülün dərinləşməsi ilə bağlı idi. XIII və XIV sülalələrin dövründə aclıq bütün Misiri bürüyür.

e.ə. 1700-cü ildə Nubiya Misirdən ayrılır. E.ə. 1675-ci ildə Ərəbistan yarımadasında, Fələstin bölgəsində yaşayan hiksoslar Misirə hücum edərək Nil deltasını ələ keçirir. Burada onlar Avaris şəhərinin əsasını qoyurlar.[3] Hiksos hökmdarları firon titulunu götürərək Misirdə hakimiyyətə gəlirlər. XV və XVI sülalələrin hər ikisi bu xalqın nümayəndəlidirlər.[4] Ancaq hiksoslar öz təsirlərini bütün Nil sahilində yaya bilmədilər və yalnız Aşağı Misir onların fironlarına tabe oldu. Araşdırmalara görə XIV sülalədən olan firon III Neferhotepin dövründə Misirdə yenidən aclıq yaranır.

Yuxarı Misirdə isə bu illərdə Tebes dövləti qurulur. e.ə XVII əsrdə firon Xian Tebesi Aşağı Misirə birləşdirir. Amma onun ölümündən sonra bu ərazilər yenidən müstəqilləşirlər. Tebes hökmdarları özlərinə firon titulunu götürürlər (XVII sülalə). Tebes fironu Kamos Yuxarı Misirə hücum edərək hiksosları Avarisə sıxışdırır.[5] Ondan sonra taxta çıxan I Ahmos isə Avarisi də ələ keçirərək hiksosları deltadan qovur.

I Ahmos həm də XVIII sülalənin əsasını qoyur. e.ə. 1550-ci ildə Qədim Misirdə yeni padşahlıq dövrü başlayır.

  1. Schneider, Thomas. Periodizing Egyptian History: Manetho, Convention, and Beyond // Klaus-Peter Adam (redaktor). Historiographie in der Antike. Walter de Gruyter. 27 August 2008. 181–197. ISBN 978-3-11-020672-2. 18 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2020.
  2. Shaw, Ian, ed (2000). The Oxford History of Ancient Egypt. Oxford University Press. p. 480.
  3. Holladay, John S. Jr. (1997) "The Eastern Nile Delta During the Hyksos and Pre-Hyksos Periods: Toward a Systemic/Socioeconomic Understanding", in Eliezer D. Oren. The Hyksos: new historical and archaeological perspectives. University Museum, University of Pennsylvania. 1997. 183–252. ISBN 978-0-924171-46-8. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-16.
  4. Turin Kinglist Arxiv surəti 27 sentyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-09-27 at the Wayback Machine Accessed July 26, 1006 (line X.21 of the cited web link clearly provides this summary for the dynasty: "6 kings functioning 100+X years"). The surviving traces on the X figure appears to give the figure 8 which suggests that the summation should be read as 6 kings ruling 108 years.
  5. James, T. G. H. "Egypt: From the Expulsion of the Hyksos to Amenophis I." Chapter 8, Volume II of The Cambridge Ancient History.