XVII sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri (e.ə. 1580–1550[1]).
İkinci aralıq dövr xaosla xarakterikdir. Sosial-iqtisadi tənəzzül vahid, mərkəzləşdirilmiş dövlətin qurulmasına imkan vermirdi. Aşağı Misirə hiksoslar hakimlik edirdi. Nil deltası və axarı boyu yarı-müstəqil nomlar onlardan aslı vəziyyətdə idi. XVII sülalənin fironları Tebesdə hökmdarlıq edirdilər.
2012-ci ilin mart ayında Karnakdakı Amun-Re məntəqəsində aşkar edilən bir əhəngdaşı qapısını araşdıran Fransız arxeoloqlar XVII sülalədən olan Ahmos Senaxtenre adına rast gəlirlər. Bu tapıntı Ahmosa aid ilk abidədir[2].
Bu xanədanlığın son hökmdarları II Sekenenra Taa və Kamos hiksoslara qarşı müharibəyə başladılar. Savaş Ahmosun dövründə başa çatdı. Yadelli hiksoslar Nil deltasından qovuldular. XVII sülalənin sələfi XVIII sülalənin hakimiyyətə gəlməsi ilə ikinci aralıq dövr başa çatdı. Misirdə yeni padşahlıq dövrünün əsası qoyuldu.
Y. fon Bekeratuya görə XVII sülalə e.ə. 1645–1550-ci illərdə hakimiyyətdə olmuşlar. Misirşünaslar bu nəslə aid 9 və ya 10 fironun olduğunu qeyd edirlər. Xanədan təxminən 30 il hökmdarlıq etmişdir.