Üçüncü aralıq dövr (Misir)

Üçüncü aralıq dövrQədim Misir tarixinin dövrlərindən biri. Xronoloji olaraq bu zaman kəsiyi yeni padşahlıqsonrakı dövr arasında yerləşir.

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

XX sülalə hökmdarı III Ramzes hakimiyyətini möhkəmləndirmək üçün din xadimləri ilə yaxınlaşır. Firondan geniş səlahiyyətlər və var-dövlət alan kahinlər çox güclənərək artıq mərkəzin siyasəsitindən yayınırlar. III Ramzesdən etibarən fironun təsir gücü azalmağa başlayır.

Mərkəzi hakimiyyətin zəifləməsi ayrı-ayrı bölgələrin müstəqilləşməsinə, hərcmərcliyə, sosial-iqtisadi vəziyyətin pisləşməsinə səbəb olur. IV Ramzesin dövründə Suriya və Fələstin torpaqları itirildi. Tebesdəki Amon məbədi baş kahinini o qədər güclənir ki, artıq firon da ona mane ola bilmir. Din xadimlərinin gücü baş kahin Amenhotepin zamanında daha da artır. Sonuncu firon XI Ramzesin hakimiyyəti zamanında baş kahin Herihor bütün vacib dövlət vəzifələrini əlində cəmləşdirmişdi. Artıq din xadimləri fironlarla yox, tanrı ilə insanlar arasında vasitəçi rolunu oynayırdı. Buna görə hökmdarlar əvvəlki kimi ilahiləşdirilən gücə malik deyildilər[1].

XI Ramzesin ölümü ilə XX sülalə də süqut etdi. Tebes və ətraf torpaqlarda hakimiyyət baş kahin Herihorda qalırsa, Nil deltasında XXI xanədan taxta çıxdı. Beləliklə Misirdə mərkəzləşdirilmiş dövlət yenidən bölündü. Bu hadisə isə Qədim Misirdə üçüncü aralıq dövrün başlamasına səbəb oldu.

Nomlardakı firon mülkləri yerli varlı şəxslərin və kahinlərin əlinə keçdi. Aristokrat təbəqə arasında mübarizə güclənir. Misir demək olar ki, bütün ətraf torpaqlarını itirir. Ölkə bölünür və yadelli hücumları qarşısında aciz hala gəlir. Bu səbəbdən liviyalıların Aşağı Misirə köçü başladı. Eyni zamanda Yuxarı Misir Tebes kahinlərinin hakimiyyəti altına düşdü.

XI Ramzesin qızının əri Smendes Tanisdə taxta çıxaraq XXI sülalənin əsasını qoyur. Bu xanədanlıq ancaq Tanis şəhəri və ətraf ərazilərdə hakimlik edə bilirdilər. Bubastis şəhərinnə liviyalalar nəzarət edirdi (XXII sülalə)[2]. XXIII xanədanlığın fironları isə Meşveş bərbər tayfasından idilər[3]. E.ə. 960-cı ildə liviyalı I Şeşonk Misir taxtını ələ keçirdilər. Buna baxmayaraq Tanis fironlarının hakimiyyəti tamamilə kəsilmədi. E.ə. 817-ci ildə bu nəsildən olan I Petubastis müstəqilliyini elan etdi. Sais şəhərində isə XXIV sülalə hökmdarlıq edirdi.

E.ə. VII–VIII əsrlərdə yadelli Kuş çarlığı Yuxarı Misiri işğal etdi[4]. Misirdə hökmranlıq etmiş Kuş çarları XXV sülalə kimi tanınır. E.ə. 728-ci ildə XXIV sülalədən Tefnaxt kuşitlərə qarşı hücum etsədə məğlub olur.

E.ə. 715-ci ildə kuşitlər ərazilərini Aşağı Misirə doğru genişləndirirlər. E.ə. VII–VIII əsrlərdə Assuriya çatlarının Misirə hücumları geniş miqyas alır.

E.ə. 656-cı ildə Tanutamonun ölümü ilə kuşitlərin Misirdəki hakimiyyəti sona çatır. Bu hadisə üçüncü aralıq dövrün baş çatması ilə də xarakterikdir.

  1. "New Kingdom of Egypt". Ancient History Encyclopedia. Retrieved 2017-05-06". 2021-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-25.
  2. ""The geographic origins of the Bubastite Dynasty and possible locations for the royal residence and burial place of Shoshenq I"". 2017-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-25.
  3. Breasted, James Henry, 1865-1935. Ancient records of Egypt. University of Illinois Press. 2001. 406–444. ISBN 0252069900. OCLC 49621223.
  4. Török, László. The Kingdom of Kush: Handbook of the Napatan-Meroitic Civilization. Leiden: BRILL. 1998. səh. 132-133,153-184. ISBN 90-04-10448-8.