İkinci sülalə (Misir)

II sülalə - Qədim Misir tarixinin erkən padşahlıq dövrünün ikinci və sonuncu sülaləsi[1].

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

Bu dövrlə bağlı məlumatlar yetərli qədər olmadığından ikinci sülalənin siyasi vəziyyəti, qonşu xalqlarla münasibəti çox zəif öyrənilib.

Bu xanədanlıq birinci sülalənin süqutundan sonra hakimiyyətə gəlib və Misirin dövlət quruluşunun təkmilləşməsi, dini və inzibati sistemlərin formalaşmasında önəmli rol oyanıb.

II sülalə dövründə əhali arasında dinin güclənməsi, yeni dini mərkəzlərin yaranması müşahidə olunub. Manefon Tinisin paytaxt şəhər statusunu qoruduğunu yazır.

Tanınmış misirşünas Volfanq Helqə görə Misir bu dövrdə iki yerə bölünüb. Ayrılma səbəbi kimi cəmiyyətdə dini fərqlərin güclənməsi önə çıxardılır. Buna görə II sülalə fironlarının bir hissəsi Yuxarı, digər bir hissəsi isə Aşağı Misirdə hökmranlıq edib.

İlk firon Hotepsehemuy ölkəni birləşdirmək və daxili sabitliyi bərpa etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirmişdi. Onun adı "iki güc barışır" mənasını verir ki, bu da o dövrdə Yuxarı və Aşağı Misirin yenidən birləşməsinə işarə edir.

Sülalənin digər önəmli fironlarından biri Peribsen olub. Peribsen, təxminən e.ə. 2760-cı ildə hakimiyyətə gəlib və ölkədəki dini dəyişikliklərlə yadda qalıb. O, ənənəvi günəş tanrısı Ra əvəzinə Seth tanrısını öz qoruyucu tanrısı kimi qəbul edirdi. Bu dəyişiklik həm də Peribsenin dövründə baş verən dini böhranı, Misir cəmiyyətində yaranmış qarşıdurmaları əks etdirir.

Sülalənin son fironu Xasexemuy isə ölkənin yenidən sabitliyə qovuşmasında mühüm rol oynayıb. Deltada baş qaldıran üsyanı yatırıb və ölkənin cənub və şimalını yenidən birləşdirməyi bacarıb. O, özünü həm Hor, həm də Set tanrılarının himayədarı kimi təqdim edirdi.

II sülalə hökmdarlarının adları, sıralaması və hakimiyyət illəri haqqında məlumatlar dəqiq deyil. İlk üç firon bir çox mənbələrdə eynidir.

Ad Şəkil Hakimiyyət illəri (təx.)
Hotepsehemuy
e.ə. 2840
Nebra/Raneb
e.ə. 2830
Ninetyer
e.ə 2810-2777
Vadyenes/Veneq
e.ə. 2790
Sened
e.ə. 2790-2666
Nubnefer
e.ə. 2760
Set-Peribsen
e.ə. 2760
Neferkara
e.ə 2749
Neferkasokar
e.ə. 2745
Hudyefa
Xasexemuy
e.ə. 2740-2722
  1. "The Early Dynastic period". 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-15.