IX sülalə — Qədim Misirdə birinci aralıq dövrdə hakimiyyətdə olmuş sülalə.
Herakleopolis nomarxı I Xeti VIII sülaləni devirərək yeni hakim sülalənin əsasını qoymuşdur. Manefona görə IX və X sülalələr eyni bir sülalə olub Herakleopol hakimlərinin nəslindən gəlir.
Roma tarixçisi Yevseyiyə görə Herakleopol sülaləsi IX və X adları ilə ümumilikdə 285 il hakimiyyətdə olmuşdur. Sekst Arikan isə bu xanədanın 185 illik hökmranlığını göstərir.
Yurqen fon Bekerstuya görə IX sülalə hakimiyyətə təxminən e.ə 2192–2120-ci illər arasında gəlib. Digər mütəxəssislər bu hadisənin təxminən e.ə 2118/2141 illər aralığında baş verdiyini bildirirlər[1]..
Manefona görə I Xeti bütün Misiri öz hakimiyyəti altında birləşdirmişdi. IX sülalə taxta güc yolu ilə çıxmışdılar. Manefon I Xeti zalımlığı ilə görə seçildiyi yazmışdı. Ondan sonra fironlar uzun müddət mərkəzi hakimiyyət uğrunda mübarizə apardılar. Ancaq cənub nomlarının və Tebes nomu hökmdara tabe olmurdular.
III Xetinin dövründə sülalə ən güclü dövrünü keçirir. O həm də yeni sülalənin başlağıcını qoyur.
Manefonun yazılarına əsasən Herakleopol sülaləsindən 19 firon hakimiyyətdə olmuşdur. Turin siyahısında 18 hökmdarın adı verilib. Ancaq onlardan çoxunun adı günümüzə gəlib çatmamışdır[2].
Ad | Qeyd |
I Xeti | Manefona görə I Axto adı Herakleopol nomarxı. Sülalədən ilk firon. Ov zamanı timsah tərəfindən öldürülmüşdür. |
II Xeti | Turin siyasında ona aid məlumatlar günümüzə çaymamışdır. |
VII Neferkara | Anxtifinin məzarlığında qeyd olunan Kaneferre ola bilər. |
Senen… | Turin siyahısında adını tam oxumaq mümkün deyil |
III Xeti | VII Neferkaranın oğlu. X sülalənin banisi. |